تبليغاتX
پاییز یاپراغلاری
آپاردیلار گولومی - ائیله دیله ر ظولومی- نه قویدولار دانیشام - نه کسدیله ر دیلیمی

Oğlan bu nə səsdir

 

Oğlan qapını bağla nə haydır bu nə səsdir?

Get söylə utansın bu cəmaaət daha bəsdir

 

QAFLANTIni keçdi yenə məşrutə sedası

Başlandı bu  təbrizlilərin köhnə ədası

 Yırtıldı əcəb müstəbidin qanlı rədası

Minlələ rə,iyyət bu yolun oldi fədaası

 

Kor gözləri gördu sonu bihudə əbəsdir

Oğlan qapını bağla nə haydır bu nə səsdir?

 

əlbət keçəcəkdir əlimə bir kərə firsət

onda verərəm məndə bu məxluqə əziyyət

bir-bir gələcək həbsə bu əəzay-e cəmi,t

puldur mənə hər şey nəyə lazımdı həmiyyət

 

baş tutmuri hiləm-kələyim el özu nəsdir

Oğlan qapını bağla nə haydır bu nə səsdir?

 

Boş-boş danışı yorsa özün millət-i nadan

Ağlar qalacaq olmayacaq ərzidə  xəndan

Dünyadə gərək olmaya bir sahib-i vicdan

Tərtib olunubdur oların  cürmünə zindan

 

Zahirdə adəı ölkədi baatində qəfəsdir

Oğlan qapını bağla nə haydır bu nə səsdir?

 

Sən eylə xəyal eyləmə məndə dalı qallam

Aaxır oların kütləsinə zəlzələ sallam

əzra,il olub qudrətilə canların allam

bir bir tutaram başlarına qəddara çallam

 

bax dövrənə məəmurdu nigəhbandı əsəsdir

Oğlan qapını bağla nə haydır bu nə səsdir?

 

Bu xakidə hökm eyləyəcək dayim isarət

Bir gün elərəm evlərizi zülmülə qaarət

Var məndə qoşun qər-o-ğəzəb kin-o-maharət

Etmişdi əgər bəziləri xeyli cisarət

 

Ülkütdüm olar səslərini gör necə kəsdi

Oğlan qapını bağla nə haydır bu nə səsdir?

 

Irsə yetişibdir mənə bu dövlət-o-millət

Hakimdi bütün millətə hər nöqtədə dövlət

Təqsim olunanda yetişibdir sizə zillət

Rədd eyləmə gözdən nədi məqsəd nədir illət

 

Aaləmdə zərər eylədi hər kəs ki tələsdi

Oğlan qapını bağla nə haydır bu nə səsdir?

 

 Yazan   məhəmməd  biriya

+  88/05/22     ائلچی  |