|
آپاردیلار گولومی - ائیله دیله ر ظولومی- نه قویدولار دانیشام - نه کسدیله ر دیلیمی
|
من نه دئييرم
من دئييرم ظولمکاردان آازاد اولسون وطنيم
پوزولماسين خزان وورموش باغلار کيمي گولشه نيم
آنا توپراغ قونچالانسين گول چيچکلر سئوينسين
سولقون اوزلر ياشلي گؤزلر پاک اوره کله ر سئوينسين
من دئييرم اؤلکه ميزین يانسين علمين چيراغي
هميشه ليک سؤندوروولسون جهالتين چيراغي
هه ر طرفده مدنيت سارايلاري تيکيلسين
خيياوانلار گئنيشلنسين تيراموالار چکيلسين
من دئييرم ايسارت ده ن خيلاص اولسون ائليميز
بوندان آرتيغ ظاليملره باغلانماسين بئليميز
ايستعمارا قارشي دورسون رنجبرلر اوردوسو
اکينجيلر زحمتکئشلر کارگرلر اوردوسو
من دئييرم ديکتاتورلوق ابديليک چوروسون
آزادليغين گؤزل نوورو هر طرفي بوروسون
حریت ين کلمه سييله شؤهرت تاپسين آديميز
بيز اؤلسکده سعادتله ياشاسين ائولاديميز
من دئييرم يوردوموزا کج باخانلار يوخ اولسون
بؤهتان دئييب آديميزا شر ياخانلار يوخ اولسون
خالقيميزين ايگيدلييي دوشسون ديلدن ديللره
عمللري يادگار تک قاسين ائلدن ائللره
من دئييرم آذربايجان قهرمانلار يوردودور
شوجاتلي باغيرخانلار ستتارخانلار يوردودور
بؤيوک قاجار شاهلاريني يولا سالميش بو ديار
اونون هر بير قارشيسيندا اجداديمين حاقي وار
محمد بيريا
Mən nə deyirəm
Mən deyirəm zülmkardan aazad olsun vətənim
Pozulmasın xəzan vurmuş bağlar kimi gülşənim
Ana toprağ qonçalansın gül çiçəklər sevinsin
solqun üzlər yaşlı gözlər paak ürəklər sevinsin
Mən deyirəm ölkemizde yansın elmin çırağı
Hemişelik söndürülsün cihaletin ocağı
Her tərəfdə mədəniyyət sarayları tikilsin
Xiyavanlar genişlənsin tıramvalar çəkilsin
Mən deyirəm isaretden xilas olsun elimiz
Bundan artığ zalimlərə bağlanmasın belimiz
Isteemara qarşı dursun rəncbərlər ordusu
əkincilər zəhmətkeşlər kargərlər ordusu
Mən deyirəm diktatorluq əbədilik çurusun
Aazadlığın gözəl nuuru hər tərəfi bürüsün
Hürrüyətin kəlməsiylə şöhrət tapsın adımız
Biz ölsəkdə səaadətlə yaşasın evladımız
Mən deyirəm yurdumuza kəc baxanlar yox olsun
Böhtan deyib adımıza şər yaxanlar yox olsun
Xalqımızın iyidlıyi düşsun dildən dillərə
əməlləri yadgar tək qalsın eldən ellərə
Mən deyirəm azərbaycan qəhrəmanlar yurdudur
Şücaəətli BAĞIRXANlar SƏTTARXANlar yurdudur
Böyük QACAR şahlarını yola salmış bu diyar
Onun hər bir qarşısında əcdadımın haqqı var
MƏHƏMMƏD BIRIYA
بختيار وطنيم
هر زامان آرزيم بودور بير لاله زار اولسون وطن
لاله لر گولله ر آچيلسين خوش دييار اولسون وطن
آزريستان اؤلکه سي ظولمييله چوخ تالان اولوب
ايسترم آابادليغين تا پايدار اولسون وطن
اتحاد ائتمک گه ره کدير بو وطن اوغروندا بيز
محو ائده ک ظاليملري تا بختيار اولسون وطن
چوخ اميينم گؤرمه سين ذلت داهي يوردوم منيم
هئر جهتدن صاحيب-اي عز-او- ووقار اولسون وطن
يازان-مه حه ممه د بيرييا
Bəxtyar vətənim
Hər zaman arzım budur bir laləzar olsun vətən
Lalələr güllər açılsın xoş diyar olsun vətən
Aazəristan ölkəsi zülmiylə çox taalaan olub
Istərəm aabadlığın ta paydar olsun vətən
Ittihad etmək gərəkdir bu vətən uğrunda biz
Məhv edək zalimləri ta bəxtyar olsun vətən
Çox əmiinəm görməsin zllət dahi yurdum mənim
Her cəhətdən sahib-i izz-o- vüqar olsun vətən
Yazan—məhəmməd biriya