|
آپاردیلار گولومی - ائیله دیله ر ظولومی- نه قویدولار دانیشام - نه کسدیله ر دیلیمی
|
|
Müşavirə |
| |||
|
Mahnıların yarıda qaldı |
|
| |||
| |||
|
Kaş bir az dünyaya sən tez gələydin... |
|
| |||
| |||
|
Bir gün peşman olacaqsan |
|
| |||
| |||
|
Başqa yolum qalmayıb ki... |
|
| |||
| |||
Axı mən dünyaya nə deyim indi?!
Dirəyi sınıqdı, təməli əyri,
Ürəyi qaradı, əməli əyri,
Həm özü əyridi, həm əli əyri,
Axı mən dünyaya nə deyim indi?
Evləri qorxulu, küçəsi sirli,
Neçəsi şübhəli, neçəsi sirli,
Gündüzü qç-ha-qaç, gecəsi sirli,
Axı mən dünyaya nə deyim indi?
Birinin evində çörəyi yoxdur,
Birinin pulu var, ürəyi yoxdur,
Biri də xoşbəxtdir, diləyi yoxdur,
Axı mən dünyaya nə deyim indi?
Mərdləri sarsıdır, belin sındırır,
Ocağın dağıdır, odun söndürür,
Namərdi ucaldır, ata mindirir,
Axı mən dünyaya nə deyim indi?
İşə bax, savabdan seçilmir günah,
İnsan gah dilənir, gah da olur şah,
Yaşamaq çətindir, qorxuram allah!
Axı mən dünyaya nə deyim indi?
Bu həyat imansız, bu həyat dinsiz,
Sevinci bir zərrə, kədəri sonsuz,
Lap tanrı özü də yaşamır onsuz,
Axı mən dünyaya nə deyim indi?
Yaxşını yamandan seçə bilməyir,
Heç kəs də sirrini aça bilməyir,
Zülmündən insanlar qaça bilməyir,
Axı mən dünyaya nə deyim indi?
Ürəyim açıqdır, əlim bağlıdı,
Deməyə sözüm, var dilim bağlıdı,
Vətəndən vətənə yolum bağlıdı,
Axı mən dünyaya nə deyim indi?
خياليم ترلاني
يئنه سيرانه چخبدر خياليم ترلاني كئچميشلرده
گوروره م توزلو خيال پرده ده آغ بيرچي آنام
شنلي آيدين گونده
ايكي قارداشي اوتوردوب ديزينين اوستونده
بير ديزينده مني لاي لاي دييه ره ك يوخلاددي
بير ديزينده سني عشق ايله ماراقلانديردي
يوره يينده كدرين قاره كوكون يانديردي
بيلمه ديم بير قارا طوفان قوپدي
بيلمه ديم آيريليقين طوفاني هاردان قوپدي
بيلمه ديم بير ده افقلار نه ئ اوچون چن دوغدو
نه ده ن عشقين گونشين گؤيده قارانليغ بوغدو
بو گئنيش دونيا گونش سيز
آنايا زيندان اولوب
گونو آغلار گشدي
آنانين گوز ياشي آخديقجا آرا ز داشلاندي
آيريليق باشلاندي
اوزون ايللر اؤته ره ك هر گونو ايلدن آغير اولدو
ارزيلار گوللري سولدي
پاييزين يئللري اسدي پوزولان بيرليگيميزده
ديريليكده ن جانا گلديك داغيلان ديرليگيميزده
بوايل آي قارداشلار
يازين آخير نفسي باغلاري گوللنديردي
سازيمين تئللري سونبوللري تئللنديردي
كدر اوغروندا داش دير
نه وطن داشليقدير
سولايين يوللاريزي
سن اوتايدان
بو بوتايدان
اوزادين قوللاريزي
اوزادين كورپو قورولسون ارازين اوستونده
ياپشين ال اله عشقين اوجاقي اودلانسين
آيريليقلار يانسين
آنامين نغمهسينين سحري قاناد وئردي منه
من اوتايدان اوچدوم
من اوچايدان اوچدوم
بیز بوعشق ايله سئوينجي ، قاتاراق گوز ياشينا
اینجی اولدوز سپیره م
شوقیله
قارداش باشینا
پیروز دیلنچی
==========================
بويوك ديار
بويوك بير ديارام بويوك توپراغام
واحيد بير ميللتم واحد بايراغام
اوزبكم قيرقيزام تركم قازاغام
قارداش واي سوي داش واي اوبام ائليم واي
وطندن وطنه گئدن يولوم واي
دربندم تبريزم آنكارايام من
كاشغارام كركوكم گور هارايام من
ايكي يه بولونموش آستارايام من
آراز واي، مفتيل واي ، سرحد تئليم واي
وطنده ن وطنه گئده ن يولوم واي
هر يانا اؤز دوتسان من اوياندايام
زنجاندا ، مغاندا ، نخجواندايام
تركمن چايدايام ، گلستاندايام
قلم واي ، ايمضا واي ، ساختا قولوم واي
وطنده ن وطنه گئده ن يولوم واي
موشفقم ، جاويدم ، گوله لنميشم
هيكله دونموشم، داشا دونموشم
اولويام ناحاقدان بئله سينميشام
گوله واي ،اعدام واي ، ناحاق اولوم واي
وطنده ن وطنه گئده ن يولوم واي
بيرياندا بايراغيم ياساق اولوندو
بيرياندا چكوج له اوراق اولوندو
من توركم دئيه نلر دوستاق اولوندو
ياساق واي ، قيفيل واي ، كسيك ديليم واي
وطنده ن وطنه گئده ن يولوم واي
هريئرده هر ياندا بير بايراغيم وار
شرق ده ن غربه دك باخ داياغيم وار
سازلي بورچاليم وار ، قارا باغيم وار
باغيم واي ، باغچام واي ، سولموش گولوم واي
وطنده ن وطنه گئده ن يولوم واي
بابكم نبي ام لاپ چنگيره م من
ده ده قورقودام من سازام سوزه م من
كول آلتينداكي ياناركوزه م من
آلو واي آتش واي ، سونموش كولوم واي
وطنده ن وطنه گئده ن يولوم واي
بير داها كيمسه يه اييلمز ائليم
بنه روسا نه فارسا اييلمز بئليم
زنجيره چكيلمز باغلانماز قولوم
قيريلميش زنجير واي ، آچيخ قولوم واي
وطنده ن وطنه گئده ن يولوم واي
وطنده ن وطنه گئده ن يولوم واي
وطنده ن وطنه گئده ن يولوم واي
وطنده ن وطنه گئده ن يولوم واي
وطنده ن وطنه گئده ن يولوم واي
واي...............
پیروز دیلنچی
==========================
« جوان شاعير ساز گؤتورك ،
آراميزدا سؤز اويناسين .
هر سطريميز ، هر نؤقطه ميز ،
هدفينده دوز اويناسين . »
هاشيم ترلان
جاواب:
قوي آغلاسين
قوجا شاعير قلم گوتور ،
كدرده ن ياز سؤز آغلاسين
وصال اوچون نغمه لر قوش ،
غريبليكده گؤزآغلاسين
قارا باختلي سارامز وار
ساغالميان يارامز وار
گؤروشماغا هارامز وار ،
آيريليغا دؤز آغلاسين
سانما اولوب حسرتين آز ،
قلمين دير الينده ساز
قيزيل ساچلي گونش ده ن ياز ،
آلو ياغدير كوز آغلاسين
قوجا شاعير دورما بير آن ،
ساز آل سوز قوش ائللره يان
قيشدا گوللر دونان زامان ،
ايستي پاي وئر بوز آغلاسين
داريخاندا ائلي سسله ،
حزين حزين ماهني بسله
حسرتده ن دئ بيزيم نسله ،
گوز ياش توكوب اوز آغلاسين
آلسا بوز بولوت باشيني ،
قملي گورسن قارداشيني
گوزده ن آخان گوزياشيني،
ياناغلارا دوز آغلاسين
ياد ائللرده ن كوچوب گله ن ،
حزين يئلي گورسه چمن
سولان گوله آغلاما سن ،
ماتمينده ياز آغلاسين
شاعیر توکمه گؤزده ن یاشین
آتمیشدان دا اوتوب یاشین
سؤیله نه لر چکیب باشین
قوی دردلیلر آز آغلاسين
شاعير گوروم ايلدن ايله ،
نغمه لرين دوشسون ديله
گزسين بوتون ائلده ن ائله ،
عاشخ چالسين سوز آغلاسين
پیروز دیلنچی
==========================
Qoy ağlasın
Cavan şaiir saz götürək
Aramızda söz oynasın
Hər sətrimiz hər noqtamız
Hədəfində düz oynasın
Haşım tərlan
Cavab:
Qoy ağlasın
Qoca şair qələm götür,
Kədərdən yaz, söz ağlasın.
Vüsal üçün nəğmələr qoş,
Qəriblikdə göz ağlasın.
Qara bəxtli Saramız var,
Sağalmayan yaramız var,
Görüşməyə haramız var?
Ayrılığa döz, ağlasın!
Sanma olub həvəsin az,
Qələmindir əlində saz,
Qızıl saçlı günəşdən yaz,
Alov yağdır, köz ağlasın!
Qoca şair durma bir an!
Saz al, söz qoş, ellərə yan!
Qışda göllər donan zaman,
İsti pay ver buz ağlasın.
Darıxanda eli səslə,
Həzin-həzin mahnı bəslə,
Həsrətdən de bizim nəslə-
Göz yaş töküb, üz ağlasın.
Alsa boz bulud başını,
Qəmli görsən qardaşını,
Gözdən axan qan yaşını-
Yanağlara düz, ağlasın!
Yad ellərdən köçüb gələn-
Həzin yeli görsə çəmən,
Solan gülə ağlama sən!
Matəmində yaz ağlasın.
Şair tökmə gözdən yaşın,
Altmışdan da ötüb yaşın.
Söylə nələr çəkib başın,
Qoy dərdlilər az ağlasın.
Şair görüm ildən-ilə,
Nəğmələrin düşsün dilə,
Gəzsin bütün eldən-elə,
Aşıq çalsın saz ağlasın.
Piruz dilənçi
======================
böyuk bir diyar
böyuk bir diyaram böyük toprağam
vahid bir millətəm vahid bayrağam
özbəyəm kırqızam türkəm qazağam
Qardaş vay soydaş vay obam elim vay
Vətəndən vətənə gedən yolum vay
Dərbəndəm təbrizəm ankarayam mən
Kaşğaram kərkükəm gör harayam mən
Ikiyə bölünmüş astarayam mən
Araz vay məftil vay sərhəd telim vay
Vətəndən vətənə gedən yolum vay
Hər yana uz dutsan mən o yandayam
Zəncanda muğanda naxcıvandayam
Türkəmənçaydayam gülüstandayam
qələm vay imza vay saxta qolum vay
Vətəndən vətənə gedən yolum vay
Müşfiqəm cavidəm güllələnmişəm
Heykələ dönmuşəm daşa dönmüşəm
Uluyam nahaxdan belə sinmışam
Güllə vay eedam vay nahaqq ölum vay
Vətəndən vətənə gedən yolum vay
Bir yanda bayrağım yasağ olundu
Bir yanda kəküclə orağ olundu
Mən türkəm deyənlər dostağ olundu
Yasax vay qıfıl vay kəsik dilim vay
Vətəndən vətənə gedən yolum vay
Hər yerdə hər yanda bir bayrağım var
Döğudan batıya bax dayağım var
Sazlı borçalım var qara bağım var
Bağım vay baxcam vay solmuş gülüm vay
Vətəndən vətənə gedən yolum vay
Babəkəm nəbiyən lap çəngizəm mən
Dədəqorqudam mən sazam sözəm mən
Kül altıdakı yanar közəm mən
Alov vay aatəş vay sönmüş külüm vay
Vətəndən vətənə gedən yolum vay
Bir daha kimsəyə əyilməz elim
Nə rusa nə farsa əyilməz belim
Zəncirə çəkilməz bağlanmaz qolum
Qırılmış zəncir vay açıx qolum vay
Vətəndən vətənə gedən yolum vay
Vətəndən vətənə gedən yolum vay
Vətəndən vətənə gedən yolum vay
Vətəndən vətənə gedən yolum vay
Vay………
Piruz dilənçi
======================
zindan
Heç bir kəslə göruşmədən,
Heç bir kəsle danışmadan…
Nə bir xoş söz, nə güler üz,
Nə də bayram təbrikleri…
Doğmalardan çox-çox uzaq,
Kimsə haqlı, kimsə nahaq,
Yaşla quru birgə yanır,
Hamı məhbus, hamı dustaq.
* * *
Dariısqal bir uzun zaldır,
Nə allahın günəşindən xəbər vardır,
Nə bəndənin ateşindən əsər vardır.
Yer-göy beton,
Yer-göy demir…
Biz kimik ki?,
Lap tanrı da bu soyuqda tir-tir esir!
Divarlarda damcı-damcı
Rütubətin şehleri var…
Ağır-ağır qorxunc qalın qapılar da
eyni rəngdə, eyni boyda
düzülübdür sağda, solda…
Her qapının üzərində
Özundən də çox zəhimli
İki böyük qıfıl durur.
Her qapının arxasında kimler yatir?
Eləsində dörd adam var,
Eləsində on beş adam.
Tək başına bir otaqda qalan da var,
Tek başına min-bir dərdə dalan da var...
Bizim otaq 70 saylı kameradır,
Qonşumuzda yerə-göyə sığışmayan,
Öz acılı taleyilə barışmayan,
Qəlbi cavan, özü cavan,
Bir oğlan var!
Fəryad edir, haray salır,
Yeri-göyü söyür bəzən!
Arada bir dözə bilmir bu zülmətə,
Öz canına qəsd eləyir,
Əl-qolunu, damarını kəsir-tökür...
Gecə-gündüz yatmaq bilmir bu gənc oğlan!..
Nə o bizim,
Nə biz onun üzümüzü görməmişik.
Qonşularin heç birini görmək olmur...
Bağlı qapı arxasından eşidilən,
Boğuntulu nalə səsi gəlir hərdən.
* * *
Bizim otaq 70 saylı kameradir,
Allah kəssin bu otağı…
Bu otaqda nə vardır ki?
Rütubətin, siqaretin, tualetin-
Qarışılmış qoxusundan başqa heç nə!
Bu otaqda iki dəmir taxtımız var,
Gör nə qara baxtımız var:
Taxtımızın ayaqları-
Özümüz tək bağlanıbdır betonlara…
Bu otağın küncünde bir tualet var,
Qoy onu da allah kəssin!
Nə tualet?
Tualetin nə qapısı, ne divarı…
Bizim otaq 70 saylı kameradır,
Lap tavana çatan yerdə,
Əl boyda bir pencərə var.
Pencereden baxmağa da,
Nə insanın boyu çatır, nə cürəti.
Qoy onu da allah kəssin!
Bir yerdən ki, boy çatsa da,
Baxmaq belə qadağandır-
Nəyə lazım?!
Həyətdə bir məhbus da var:
Uca boylu şam ağacı!
Bəzən onun qol-budağı-
Baxır bizim pencərədən…
* * *
Bizim otaq 70 saylı kameradır,
Burda yalnız Tahirlə mən yaşamırıq,
Bizdən başqa böcək de var,
Hörümçək də bu otaqda…
Mən deyəndə allah kəssin bu otağı,
Tahir deyir:
Allah, bundan betərindən qoru bizi!
Bizim otaq 70 saylı kameradır,
Tahirlə mən gecə-gündüz
Yalan-palan, dağdan-daşdan,
Ağlımıza nə gəlirsə,
Danışırıq boş-boşuna…
Nə vaxt ölmür,
Nə gün keçmir…
Bizim otaq 70 saylı kameradır,
İki alma,
İki konfet,
Bir az çörək,
Qonşulardan bayaq bizə pay gəlmişdi,
Bayram payi!
Bizim otaq 70 saylı kameradır,
Bu otağa
Heç allahın havası da gələ bilmir,
Bayram necə gəlsin bura?
Qorxuram ki, o da gəlsə düşər tora!
Bura duşən,
Tora duşən…
Çıxa bilmir…
* * *
Bizim otaq 70 saylı kameradır,
Son günlərdən
İki alma,
Bir quru nar,
Bir az konfet, bir az pendir,
Üç kiflənmiş lavaşımız qalıb hələ...
Çarə nədir?
Olanımız budur bizim!
Bəlkə bayram süfrəmizi solğun görüb,
Gəlmir bura?
Bəlkə o da bir şey umur?!
Olanımız budur vallah:
Süfrəmizi bəzəmişik,
Yeni ilin süfrəsini…
Tahir deyir:
Allah, bundan betərindən qoru bizi!
Bundan betər nə vardır ki?
Allah kəssin bu süfrəni!
* * *
Bizim otaq 70 saylı kameradır,
Bu otaqda Tahirlə mən yaşamırıq,
Can veririk!
Tahir kimdir?
45 yaşlı bir qazaxlı…
Ziyalıdır, alimdir o,
Amma hanı elmi sayan?
Elmə baxan?!
Doqquz aydır yatır burda,
Min cür dərdə düşub cani…
Xəstelikdən, ağrilardan,
Gecə-gündüz zarısa da,
Bəzən durub gicəllənib yıxılsa da,
Fəryadına gələn olmur…
Öz-özüne ürək verir:
Allah, bundan betərinden qoru bizi!
Az qalır ki, canı çıxsın,
Ölüb getsin,
Mən bilmirəm bundan betər nə olacaq?
Allah kəssin Tahirin bu duasını!
* * *
Bizim otaq 70 saylı kameradır,
Bu otaqda nə saat var,
Nə də başqa zaman ölçən bir aparat!
Səhər tezdən qaplları döyə-döyə bağırırlar:
-qalxın-qalxın!
Saat altı,
"proqulka"!!
Baxırsan ki, şaxta kəsir, soyuq kəsir,
Yatmaq olmur...
Təzə yuxu tutan yerdə
Dəli-cinli olur adam
Bu hay-küydən, bağırtıdan…
Hələ bunlar harasıdır?
Öz yerindən durmayanı
Söyürlər də, döyürlər də…
Di gəl yaşa bu fəlakətlə, Bu rəzalətlə!..
Zaman da ki, keçmək bilmir.
Burda bir gün, bir il kimi
Hey uzanır, hey uzanır…
Tahirin də çirk içində
Lap qaralmış ağ damino daşları var,
Fala baxır bu daşlarla…
Yazıq Tahir!
Daşlari da düz çıxmır heç!
Allah kəssin bu daşları!
* * *
Bizim otaq 70 saylı kameradır,
Səhər tezdən göz dikmişik
Ağır dəmir qapıya biz…
Mən bilmirəm rus dilində,
"Nazor"-du bu, "Pazor"-du bu,
Nəzaretçi mənasında…
Birdən yenə bağırmağa başlayır ki,
"Adboy", "adboy",
Yatın, yatın!
Gözlərimdən axan qandan,
Xəbərsizdir nəzarətçi.
Niyə yataq? Necə yataq?
Onsuz da biz kamerada yatmaqdayıq…
Allah kəssin bu yatmağı!
Bizim otaq 70 saylı kameradır,
Bayram oldu, il dəyişdi,
Amma bizim bu otaqda,
Heç hava da dəyişmədi…
Yenə Tahir, yenə de men,
Yenə boş-boş nağıllar...
Allah kəssin bu nağılı!
Piruz dilənçi
======================
Man nəyəm?
Qan rəngi hər zaman yanağımdadır,
Köyşəndə kök salan qızıl laləyəm.
İşıqlı ay mənim qucağımdadır,
Hərdən bir görsənən tozlu haləyəm.
Hər yeri söyləsən, gəzib gəlmişəm,
Min dürlü həsrətə dözüb gəlmişəm,
Sellərdən ayrılıb, süzüb gəlmişəm,
Dağları seyr edən bir şəlaləyəm.
İlk səhər istəsən, el bağındayam,
Bağdakı güllərin yarpağındayam,
Gecələr yetimlər yanağındayam,
şəbnəməm, şehəm mən, inci jaləyəm.
Bağçada güləndə ətirli güllər,
Bir şadlıq məclisi quranda ellər,
Vüsal mahnısını çalanda tellər,
Xalqımın əlində mən piyaləyəm.
Dinləyin ey başı dumanlı dağlar!
Bir qərib şairəm, gözüm qan ağlar,
Aşıqlar əldə saz ağladan çağlar,
Ney kimi sızlayan həzin naləyəm!
Piruz dilənçi
======================
Dirəyi sınıqdı, təməli əyri,
Ürəyi qaradı, əməli əyri,
Həm özü əyridi, həm əli əyri,
Axı mən dünyaya nə deyim indi?
Evləri qorxulu, küçəsi sirli,
Neçəsi şübhəli, neçəsi sirli,
Gündüzü qaç-ha-qaç, gecəsi sirli,
Axı mən dünyaya nə deyim indi?
Birinin evində çörəyi yoxdur,
Birinin pulu var, ürəyi yoxdur,
Biri də xoşbəxtdir, diləyi yoxdur,
Axı mən dünyaya nə deyim indi?
Mərdləri sarsıdır, belin sındırır,
Ocağın dağıdır, odun söndürür,
Namərdi ucaldır, ata mindirir,
Axı mən dünyaya nə deyim indi?
İşə bax, savabdan seçilmir günah,
İnsan gah dilənir, gah da olur şah,
Yaşamaq çətindir, qorxuram allah!
Axı mən dünyaya nə deyim indi?
Bu həyat imansız, bu həyat dinsiz,
Sevinci bir zərrə, kədəri sonsuz,
Lap tanrı özü də yaşamır onsuz,
Axı mən dünyaya nə deyim indi?
Yaxşını yamandan seçə bilməyir,
Heç kəs də sirrini aça bilməyir,
Zülmündən insanlar qaça bilməyir,
Axı mən dünyaya nə deyim indi?
Ürəyim açıqdır, əlim bağlıdı,
Deməyə sözüm, var dilim bağlıdı,
Vətəndən vətənə yolum bağlıdı,
Axı mən dünyaya nə deyim indi?
Piruz dilənçi
======================
Dilançiyam mən
Şerimdə görəndə təxəllüsümü,
Sanmayın var-dövlət dilənçisiyəm.
Bütün var-dövlətim ürəyimdədir,
Bir zərrə məhəbbət dilənçisiyəm.
Gələcək bağında gül əkmişəm mən,
Ən yaxşı günlərdən əl çəkmişəm mən,
Qeyrətli ellərə göz tikmişəm mən,
Xalqıma şan-şöhrət dilənçisiyəm.
Azadlıq yoluna, yolum deyirəm,
Dilimə mən qurban olum deyirəm,
Vətən düşməninə: -ölüm deyirəm!
Yurduma səadət dilənçisiyəm.
Qaranlıq gecəyə ay vermək üçün,
Ellərə xoşbəxtlik pay vermək üçün,
Məzlum insanlara hay vermək üçün,
Cəsarət, dəyanət dilənçisiyəm.
Piruz dilənçi
======================
Anama
Gedişin evimi yıxacaq mənim,
Getməyə hazırlıq görmə, əzizim.
Sənsizlik qəlbimi sıxacaq mənim,
Getməyə hazırlıq görmə, əzizim.
Hələ getməmisən yerin görünür,
Şəhriyar arxanca baxır, sürünür,
Evimiz dumana, çənə bürünür,
Getməyə hazırlıq görmə, əzizim.
Son vüsal gecəmiz çatıbdır bizim,
Könlümüz min dərdə batıbdır bizim,
Onsuz da bəxtimiz yatıbdır bizim,
Getməyə hazırlıq görmə, əzizim.
Bakıda olmağın düz altı aydı,
Kaş bu son gecəmiz sonsuz olaydı,
Ölürəm, amandı, haydı, haraydı!
Getməyə hazırlıq görmə, əzizim.
Sərhəddən keçəndə geriyə baxma,
Könlümün yıxılmış evini yıxma,
Məndən olsa əgər, heç yola çıxma!
Getməyə hazırlıq görmə, əzizim.
Ayrılıq yamandı, gəl ayrılmayaq,
Gözünün yaşını sil, ayrılmayaq,
Nə olar bir daha gül, ayrılmayaq,
Getməyə hazırlıq görmə, əzizim.
Gecələr qorxuram, gəl saxla məni,
Boyumu oxşayıb, qucaqla məni,
Mən hələ uşağam, sən saxla məni,
Getməyə hazırlıq görmə, əzizim.
Piruz dilənçi
======================
Allah pozulub ənənə-adət bizim eldə,
Sanki itirib keçmişi millət bizim eldə.
İnsanın üzü gülməyir artıq, bu nə işdir?
Heç kəs yerini bilməyir artıq bu nə işdir?
Hey söylə, vecə gəlməyir artıq bu nə işdir?
Ağsaqqala yoxdur daha hörmət bizim eldə,
Allah pozulub ənənə-adət bizim eldə.
Hər şeydən uca pul sayılır, pul bu məkanda,
Vardırsa pulun paylamağa, gəl bu məkanda,
Yoxdursa balam, sən yaşama, öl bu məkanda,
Bir qanun olub indi də rüşvət bizim eldə,
Allah pozulub ənənə-adət bizim eldə.
Qeyrət papağın başlarımızdan atırıq biz,
Əziyət çəkirik, hər gecə barda yatırıq biz,
İşsiz deyilik, əcnəbiyə qız satırıq biz,
Ya rəbb, bu nə namus, bu nə qeyrət bizim eldə?
Allah pozulub ənənə-adət bizim eldə.
Hər kəs bizə zülm etdi, cəfa etdi də, dözdük,
Məhv oldu bizim mənliyimiz, itdi də, dözdük,
Öyrəncəli olduq, Qarabağ getdi də dözdük,
Hardandı görən bunca rəzalət bizim eldə?
Allah pozulub ənənə-adət bizim eldə.
Rusdan üzülüb əllərimiz qərbə uzandı,
Qərbin özü başdan-ayağa boşdu, yalandı,
Avropadakı şura da boş zurna çalandı,
Soxmuş özünü indi də ATƏT bizim eldə,
Allah pozulub ənənə-adət bizim eldə.
Bəziləri Türkəm -deyə, Turanlı olubdur,
Cəbr ilə gedib çoxları İranlı olubdur,
İranlı demə, yox baba, viranlı olubdur,
Hakim kəsilibdir neçə dövlət bizim eldə,
Allah pozulub ənənə-adət bizim eldə.
Aclıq bürüyüb ölkəni, imdadə gələn yox,
Məhv olsa da millət, əcəba dadə gələn yox,
Qol-qıç uzadıb ölsə də, fəryadə gələn yox,
Getdikcə də artır bu səfalət bizim eldə,
Allah pozulub ənənə-adət bizim eldə.
İşdən daha cox al-ver edən nazirə bir bax,
Nazir demək olmaz buna, sən cibgirə bir bax,
Hər sahədə meydan oxuyan tacirə bir bax,
Al-verxanadır sanki vəzarət bizim eldə,
Allah pozulub ənənə-adət bizim eldə.
Satqınlıq edib dövlətə çatmaq mod olubdur,
Haqsız tutulub türmədə yatmaq mod olubdur,
Vitrində vətən torpağı satmaq mod olubdur,
Boldur belə mənada ticarət bizim eldə,
Allah pozulub ənənə-adət bizim eldə.
Bizdən olanı təbliq elə, göylərə qaldır,
Şəxsiyyəti yoxdursa da, sən xalqı inandır,
Baxmazsa sözə, şax-şaxa qoş, zurna da çaldır,
Çoxdur belə haqsız yerə töhmət bizim eldə,
Allah pozulub ənənə-adət bizim eldə.
Mən əmr eləsəm, bağdakı güllər solacaqdır,
Güllər nədi, göylərdə bulutlar dolacaqlır,
Hər şey mənə sərf eyləsə, qanun olacaqdır,
Bax gör, belədir indi hökumət bizim eldə,
Allah pozulub ənənə-adət bizim eldə.
Hər kəs ölür, ölsün, itir, itsin, soxasoxdur,
Baş saxlamağa xaricə getsin, soxasoxdur,
Qoy kim bacarır, bildiyin etsin, soxasoxdur,
Atdan bahadır boynu yoluq it bizim eldə,
Allah pozulub ənənə-adət bizim eldə.
Bir dəstə ərazil oturub soymağa hazir,
Ac milləti ağlar günə lap qoymağa hazir,
Vermiş əl-ələ keyf eləyir şah ilə nazir,
Hər kəs oxuyur keçmişə rəhmət bizim eldə,
Allah pozulub ənənə-adət bizim eldə.
Qatma başını böylə böyük işlərə şair,
Sən söylədiyin sözləri kimdir görə şair,
Bəsdir daha bitdi, qələmi qoy yerə şair,
Başdan çıxarıb əqlini qürbət bizim eldə,
Allah pozulub ənənə-adət bizim eldə.
Piruz dilənçi
======================
xiyalım tərlanı
yenə seyranə çıxıbdır xiyalım tərlanı keçmişlərdə
görürəm tozlu xıyal pərdədə ağbirçəy anam
şənli aydın gundə
iki qardaşı oturdub dizinin üstündə
bir dizində məni laylay diyərək yuxlatdı
bir dizində səni eşqiylə maraxlandırdı
yurəyində kədərin qarə kökün yandırdı
dilmədim bir qara tufan qopdi
bilmədim ayrılığın tufanı hardan qopdi
bimədim birdən ofoqlar nəy üçün çan doğdi
nədən eşqin gunəşin göydə garanlığ boğdi
bo geniş dünya günəşsiz
Anaya zindan olub
guni aglar geşdi
aananın göz yaşı axdixca araz daşlandı
aaaah ayrılıx başlandı
uzun illər ötərək hər gunun ildən ağır oldi
arzılar gulləri soldi
payızın yelləri asdi pozulan birliyimizdə
dirilikdə cana gəldik dağılan dirliyimizdə
bu il ay gardaşlar
yazın axır nəfəsi bağları gulləndirdi
sazımın tellləri sumbulləri telləndirdi
kədər uğrunda dadaşdır
nə vətən daşlıxdır
sulayın yollarızı
sən o taydan
bu butaydan
uzadın gollarızı
uzadin köpu qurulsun arazın ustundən
yapışin ələlə eşqin ocaöı odlansın
ayrılıxlar yansın
anamın nəğməsinin sehri ganad Verdi mənə
mən o taydan uçdum
mən o çaydan uçdum
biz bu eşqiylə sevinci qatarax göz yaşın
inci ulduz səpirəm
şövqilə
qardaş başəna
Piruz dilənçi
======================