|
آپاردیلار گولومی - ائیله دیله ر ظولومی- نه قویدولار دانیشام - نه کسدیله ر دیلیمی
|
ایمان موشتری سی
امان آللا ه یئنه شئیطان گه لیب ایمان آپارا
قورویون قویمایین ایمانیزی شئیطان آپارا
مه نیم اینسانلیغیمین گؤر نه حاصاری یاوادیر
کی گونوز غولی بییابان گه لیر اینسان آپارا
خه رمه نی ساققیزا ساتدیخ نه یامان چه دچی دی بو
هئی گه لیر که نده بیزه ده رد وئره ده رمان آپارا
چؤره گ آلمیش الینه آج نئجه طاقه ت گه تیسین
ائله بیر یاز گئجه سی قیز گه لیب اوغلان آپارا
آرادان بیرده بیزی بؤلسه له ر اربابلاریمیز
قورخورام قویمویالار ته ربیزی تئهران آپارا
قارا طوفان کی گه لیب خالقلا شوخلوخ ائله مه ز
سئل گه ره ک ائل داغیدا ائو ییخا ائیوان آپارا
بو قارانلیغ گئجه له رده قاپیمیز پیس دؤیولور
نه بیلیم به لکه اجه ل دیر دایانیب جان آپارا
سه لقه لی اوغرو تاپیلمیشسا بو باشسیز یئرده
"شه هریار"دان دا گه ره ک بیر دولو دیوان آپارا
Oyun oldux
itimiz qurd olali bizdə qayıtdıx qoyun oldux
Itilə qol boyun oldux
It əlindən qayıdıb qurdada bir zad boyun oldux
Itilə qol boyun oldux
Qurdumuz dişlərini hey qara daşlarda itiddi
Qoyununda işi bitdi
Son soxuldu sürüyə bir sürüni sökdü dağıtdı
əkilib it gedib itdi
bizdə baxdıx itilə qurd arasında oyun oldux
Itilə qol boyun oldux
Ata şəhryar
Naz eyləmisən
Çoxlar incikdi ki sən onlara naz eyləmisən
Məndə incik ki mənim nazımı az eüyləmisən
Etmisən nazı bu viranə könüldə sultan
Evin abad ola dərvişə niyan eyləmisən
Hər baxışda çalıban kipriyi mizrab kimi
Bir qulağ ver bu sınığ qəlbi nə saz eyləmisən
Başdan aç yaylıği əfşan eylə susən sünbül
Sən bizim bayramımızsan qışı yaz eyləmisən
Sən gün ol qoy qəmimiz dağda qar olsun ərisin
Mənim ancaə işimi suzoqodaz eyləmisən
Mən bu mə,nadə qəzəl yazmağa halım yoxudu
Sən cocuq tək qocanı fırfırabaz eyləmisən
Kakili başda burub bağlamısan taac kimi
O qızıl saçdan ona güllü qotaz eyləmisən
Sinə bir dəşt-i muğandı quzu yanyanə yatıb
Mənim ağlar gözümi orda araz eyləmisən
Bu gözəllik ki cəhanda sənə vermiş tanrı
Hər qədər naz eləsən eylə ki az eyləmisən
Məni bu suzilə atdın aralandın bilirəm
Aranı bir para namərdilə saz eyləmisən
Dəstəmaz eylədiyin çişmə məsiha qanıdır
Bilmirəm hansı klisadə namaz eyləmisən
Mən əşirran oxusam pəncə əraq ustə gəzər
Gözəlim tur olali tərk-i hicaz eyləmisən
Taza şaiir bu dəniz hər nə baxırsan dibiyox
Çox uzatsan boğazi ördəyi qaz eyləmisən
Bəs ki zülf o xət o xalın qopalağın götdün
Zülfəlinin başıni az qala daz eyləmisən
Gəl mənim istədiyim kə,bə yıxılmaz ucalar
Başdada kəj gedəsən dibdətaraz eyləmisən
Xət o xalından alıb məşqini qur,an yazaram
Bu həqiqətlə məni əhl-i məcaz eyləmisən
Məni dan ulduzi yaxşı tanırsan ki səhər
ofoqi xəlvət edib raz o niyaz eyləmisən
şəhriyarın dağılıb dağda daşa daldalanıb
özün insaf elə məhmudi ayaz eyləmisən
ata şəhryar
Getmə tərsa balası
Izn ver toy gecəsi məndə sənə dayə gəlim
əl qatanda sənə moşşatə təmaşatə gəlim
sən bu məhtab gecəsi seyrə çıxan bir sər ol
izn ver məndə dalınca sürünüb sayə gəlim
mənədə baxdın o şəhla gözulə mən qara gün
cur,ətim olmadı bir kəlmə təmənnatə gəlim
mən cəhənnəmdədə baş yasdığa qoysam sənilə
heç ayılmam ki durub cənnəti mə,vayə gəlim
nənə qarnındada sənlə ekiz olseydim əyər
istəməzdim doğulub birdə bu dünyayə gəlim
sən tatıb cənnəti röyadə görəndə gecələr
məndə cənnətdə quş ollam ki o röyayə gəlim
qıtlığ illər yağışı tək quruyub göz yaşımız
kuye eşqində gərək birdə müsəllayə gəlim
səndə səhrayə marallar kimi bir çıx noli ki
məndə bir seydə çıxanlar kimi səhrayə gəlim
allahından sən əyər qorxmuyub olsan tərsa
qorxuram məndə dönüb dine məsihayə gəlim
ŞEYXI SƏN,AN kimi donquz otarıb illərcə
Səni bir görməy üçün mə,bədi tərsayə gəlim
Yox sənəm anlamadım anlamadım haşa mən
Bıraxım məscidimi sənlə klisayə gəlim
Gəl çıxax turetəcəllayə sən ol celveyi tur
Məndə musa kimi o , ture təcəllayə gəlim
Şiridir şəhriyarın şe,ri əlində şəmşir
Kim deyir mən belə bir şirilə də,vayə gəlim
Ata shehryar
Azərbaycan
Ey Iran Qəsrini əliylə tikən,
Iran'dan həmisə bəlalar çəkən,
Bulaq gözlərinə dumanlar çökən,
Pərisan məmləkət, dərtli məmləkət.
Üstünə atəslər yagan topragim,
Məhəbbət ocagim, ülfət ocagim,
Ay mənim hamiya bar verən bagim,
Ah çəkmə, bulutlar yanar ahindən.
Tarix az görməyib qudurqanlari,
Qanlini qan tutar, qandir onlari,
Ey mənim xalqimin qartal vuqari,
Enmə, öz zirvənin ucaligindan.
Nə qədər ki yasar cahanda günəs,
Nə qədər ki sudan çəkinər atəs,
Sərq adli üzüyün gövhər qasi tək,
Parlasin, Parlasin qoy, AZƏRBAYCAN.
Ata şrhryar
əslikərəm şerinə bir haşiyə
“kərəm deyər mən bir səfil səyyadam
Hər marala tor ataram mar gəli
Yar bağının bülbülləri oxuyur
Bizim yurda seyrədə yox sar gəli”
Evdə bir il ah çəkərəm xəbər yox
Evdən çıxam mən oyana yar gəli
Taytuşlarım çölə çıxa gün çıxar
Mən çıxanda yağış getsə qar gəli
Yazıx quzum aclığa döz darıxma
Bugün sabah bahar gəli bar gəli
Bizə gələ gəlməyə bir kal iydə
Qonşumuza heyva gəli nar gəli
Xan evinə şir gələ quyrux bular
Bizim evə kor it gələ har gəli
Xalqa qonax gəli gözü sürməli
Bizim evdən kor getməmiş kar gəli
Bəxtimə arvat nə çıxa bilmirəm
Bəllidi ki sarsağa sovsar gəli
Bir (üç ətək) əndazadır əynimə
(salisbury)gen gəlməsə dar gəli
Dovlətliyə yas gələdə oynayar
Biz kasıba toy gələ axsar gəli
Qəm yükündən kədxudanın hissəsi
Xərdəl olu,bizimki xarvar gəli
Kətdə bizi döyəllə bir havar yox
Biz bir kəlmə hax danışsax car gəli
Darqaşayidlar bizə sərkar şıxar
Dar dibindən qurtula sərdar gəli
Bundan belə özgə görəm özgədən
Minnət çəkir qeyrətimə ar gəli
Işçi toyux kəsənə mən baxanmam
Bilməm necə ürəyindənvar gəli
Qəmdən mənim bir eynək var gözümdən
Işığ aydın gün gözümmə tar gəli
Eşqim düşüb yadıma gözlər daşar
Baharda sel atlanı çaylar gəli
Çox şairin təb,i donar buz kimi
ŞƏHRIYARın təb,idə qaynar gəli
Ata şehryar
Qafqazlı Qardaşlar ilə Görüş
Ey səfasın unudmayan Qafqaz,
Gəlmişəm zövq alam maraqından.
Qeyrəti coşqun olmayan nə bilir,
Ki, nələr çəkmişəm firaqından.
Qoy gəlim bir qucaqlaşıp öpüşək,
Bir çəkək rüzgar əlindən dad.
Tanrının şükr edək calalına ki,
Bu qədərlikcə olmuşuq azad.
Oxuruq biz sizin təranələri,
Yadigar ömürlərdən, illərdən.
Bakinın söz-sovu, hekayələri,
Düşməz illər boyu dillərdən.
Sazımın qəmli simlərində mənim,
Bakinin başqa bir təranəsi var.
Sinəmin dar xərabəsində dərin,
Bu cəvahirlərin xəzanəsi var.
Mən sizin şanlı qəhramanlarınızı,
Sözlərimdə həmişə yad edərəm.
Zülmə qarşı qılınc sözüm kəskin,
Qəhramanlar kimi cihad edərəm.
Sən kimi qardaş öz qardaşını,
Atmayıb, özgə kimsə dutmayacaq.
Qoca Təbriz də yüz min il keçsə,
Baki qardaşların unutmayacaq.
Gün o gündür ki, Haq yolun düzlər,
Onda biz də düzü düzə qoşarıq.
Ayıranmaz o gün bizi şəmşir,
Əbədi vəsl üçün qucaqlaşarıq.
Rəhimin, Rüstəmin əlini sıxmaq,
Mənə dünya boyunca izzəti var.
Qocalıqda bu izzəti tapmaq,
Bir cavanlıq qədərcə ləzzəti var.
Dilimiz, qanımız bir olduqda,
Qırmaq olmaz bu əhdi-peymanı.
Xalq ilə əhdi möhkəm etmaqda,
Boşluya bilmərik bu imanı.
Gəlmişik doğma yurdumuz Bakiyə,
Qoy bu tarix də iftixar olsun.
Şəhriyardan da bu üfüqlərdə,
Bir sınıq nəğmə yadigar olsun.
Ata şehryar
Şair qardaşım Şəhriyara məktub
Haqqım deyə ellər qalxıb ayağa,
Səsin gəlmir, ay Şəhriyar, hardasan?
Ayıl barı güllələrin səsinə,
Millətin min dərdi var, hardasan?!
Mən uzaqdan görürəm bu dəhşəti
Sən yaxından görmürsən vəhşəti?
Düşmən yenə nişan alıb milləti
Meydanlarda axır qanlar, hardasan?
Alqışlardım bir zaman hər kəlməni,
Səbəb nədir eşitmirəm nəğməni?
Gör haçandır, gör haçandır mən səni
Axtarıram diyar, diyar, hardasan?
Od tutaraq alışardım, şerinlə,
Ədalətdən danşardım şerinlə.
Al günlərçün çalışardım şerinlə,
De hardasan, ey sənətkar, hardasan?
Yağdırmasan lənətini cəllada,
Bildirməsən qüdrətini cəllada,
Göstərməsən qeyrətini cəllada
Etməz sənə el ehtibar, hardasan?!
Qəm yelkənim dənizdədir haçandır,
Yarı canım Təbrizdədi, haçandır.
Təbrizdədir, o sizdədir haçandır,
De hardasan, ey nəğməkar, hardasan?
Öz andını çıxartma gəl yadından,
Atəş yağdır ürəyinin odundan.
Qardaş kimi, vətən, millət adından
Var səsimlə çəkirəm car, hardasan?!
Çox da bu gün, bu dəm özüm burdayam
Ellər bilir, ürəyimlə hardayam.
Süleymanam, söz ordumla ordayam.
Bəs sən özün, ey Şəhriyar, hardasan?!
Süleyman Rüstəm, noyabr, 1980.
Süleyman Rüstəmə savab
Gün çırtadı, göz qamaşdı,
Araz mənlə fosunlaşdı
Eşqim ayaqyalın qaçdı,
Sənin gəldi, Süleymanım!
Sənə qurban mənim canım,
Mən ölmüşəm, ağlayan yox,
Gözlərimi bağlayan yox,
Bir od yaxıb dağlayan yox,
Soyuq bizi kiridibdir,
Şaxta bizi qurudubdur.
Neftimizi basdırırlar,
Millətə qan qusdururlar.
Bir iddəyə qısdırırlar,
Qalan qalır ac-susuz,
Cavandırsa, acdır quduz.
40 ildir ki, dusdağam mən.
Qərarlar icra ağam mən,
Deyirsən bəki, sağam mən?
Bağırmadan iş qurtulub,
Boğaz, bağırsaq yırtılub.
Bir əl silah, bir əl yalın,
Biri tünük, biri qalın,
Deyir ki, haqqızı alım,
Amma hansı kömək ilə?
Yemək olur demək ilə?!
...böyük başlardır təqsirkar,
kiçik başda nə təqsir var?
Yenə arteş dura havar,
Millətin də işi işdir,
Yoxsa dava mərkimişdir.
Qorxum budur oyun ola,
Millət dönə qoyun ola.
Kimdir öizə boyun ola?
Ki, qurdu biz qova bilək,
Qurdun şərin sova bilək?
...amma bizim mücahidlər,
hər biri min cana dəyər.
Topa, tanka baxar məyər?
Qan-qan deyib, hayxırması,
Acıqlı bir şir balası.
...biz bir dərya qan vermişik,
zindanlarla can vermişik,
40 nəsil qurban vermişik –
Şəriəti tək insanlar,
Təxti kimi pəhləvanlar.
Biz etisab etdik tamam,
əliyalın etdik qiyam.
Qoyun qəli, Naib-imam
Cahad desə, dartılaruq,
Qırılsaq da, qurtularuq.
...Səsin mənə nə səs oldu,
qəbir yenə qəfəs oldu.
Bir balaca həvəs oldu,
Dedim yenə durum yazım,
Yenə də bir qəbir qazım.
Hardan belə səsin gəlsin,
Gözümüzün yaşın ilsin,
Mənim də bir üzüm gülsün.
Haçan səni görə billəm?
Qol boynuva herə billəm?
Qardaşların gözündən öp,
Bəxtiyarın üzündən öp,
Səmədin də sözündən öp.
Mən də təkəm, sizə qurban,
Tək canım, hammuza qurban!
Azərbaycan
Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan !
Xoş günlərin getməz müdam xəyalımdan Azərbaycan !
Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram,
Yaralanmış qelbim kimi, qelbi viran Azərbaycan.
Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə,
Abad olub, azat olub, mülkü-İran, Azerbaycan !
Bisütuni-İnqilabda Şirin-Vətən için Fərhad,
Külüng vurmuş öz başına zaman-zaman Azərbaycan !
Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
Üstadımız demiş heçdir vətənsiz can, Azərbaycan !
Qurtarmakçün zalımların əlindən Rəy şümşadını,
Öz şümşadın başdan-başa olup al qan, Azərbaycan !
Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin ?
Qolu bağlı qalacaqdır nə vaxtacan Azərbaycan ?!
İgidlərin İran üçün şəhid olmuş, əvəzində,
Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan !
Övladların nə vaxtadək tərki-vətən olacaqdır ?
Əl-ələ ver, üsyan elə, oyan oyan Azərbaycan !
Yetər fəraq odlarından od ələndi başımıza,
Dur ayağa ! Ya azad ol, ya tamam yan, Azərbaycan !
Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan !
Ata şəhryar
یالان دونیا
سنین بهرن یئین کیمدیر؟
کیمینکی سن؟ ییهن کیمدیر؟
سنه دوغرو دئین کیمدیر؟
یالان دونیا، یالان دونیا!
سنی فرزانه لر آتدی
قاپیب، دیوانه لر توتدی
کیمی آلدی، کیمی ساتدی
ساتان دونیا، آلان دونیا
آتی ازل داغا سالدیق
یورولدوقجا دالی قالدیق
آتی ساتدیق، اولاغ آلدیق
یهر اولدی پالان دونیا
بیری آینا ، بیری پاس دیر
بیری آیدین، بیری کاس دیر
گجه توی دور، گونوز یاس دیر
گول آچدیقجا، سولان دونیا
ایگیت ارین باشین یئیهن
گوجالار بوزباشین یئیهن
قبیرلرین داشین یئیهن
اءوزو یئنه قالان دونیا!
نه قاندین، کیم گول اکن دیر؟
کیم قیلیج تک قان توکن دیر؟
تیمور هله کوره کن دیر
چنگیز جانین، آلان دونیا
یامان قورقو! ییغیلایدین!
طوفانلاردا بوغولایدین!
نه اولایدی بیر داغیلایدین
بیزی درده سالان دنیا
چاتیب، سندن کوءچن کچدی
اجل جامین، ایچن کچدی
اولان اولدو، کئچن کئچدی
نه ایستردین اولان دونیا
بوغولایدین، دوغان یئرده
دوغوب خلقی بوغان یئرده
اوغول نعشین اوغان یئرده
آنا زولفون یولان دونیا
Can qurban etmənin vaxtı çatıbsa,
Səndən hansı namərd əsirgəyər can?
Qoyuram başımı ayaqlarına,
Ey ana torpağım, ey Azərbaycan!
Üstünə atəşlər yağan torpağım,
Məhəbbət ocağım, ülfət ocağım.
Ey mənim hamıya bar verən bağım,
Ah çəkmə, buludlar yanar ahından.
Ey çörək yerinə yaralar yeyən,
Al-əlvan yerinə qaralar geyən,
Anam, mehribanım, söylə, nə zaman
Qandal açılacaq əl-ayağından?
Tarix az görməyib quduranları,
Qanlını qan tutar, qandır onları.
Ey mənim xalqımın vüqarlı qartalı,
Enmə öz zirvənin ucalığından,
Ey ana torpağım, ey Azərbaycanım!
Şatr oğlan
Şatr oğlan görum allah sənə versin bərəkət
Qoy unun yaxşi ələnsin , xəmirin əllənsin
Çox pişir yaxşi pişir göydə fırıldat kürəyi
Mənbər üstə çörəyin qoy qalanib təllənsin
Təndirin tuur təkin ərşidən alsin işiği
Ərsinin beyrəq-i əhrar kimi millənsin
Kasıbın qisməti yox yağli pilov döşləmağa
Bu yavan səngəyi bir qoy sahalib səllənsin
Qeyrətin qurbani sən müştərini tez yola sal
El içində yaramaz arvaduşax vellənsin
Qoy ikir yalliği satsin xozəyin bir manata
Dişi düşmüş qocanin ağzi nədir dillənsin
O mənim şe,rimə çox mayil olan vərdəstə
Denə , şa,ir çörəyi qoy qurusun güllənsin
Mən liğirsa yiyəbilsəmdə fulus lazm olar
Bu susuz baxca nə lazım bu qədər bellənsin
Sari yazlıxdan olan gülli qızarmış səngək
Gərəy ağzında ərik tək əzilib həllənsin
Tehranın qeyrıti yox şəhriyarı saxlamağa
Qaçmışam tırbizə ta yaxşı yaman billənsin
Baxcamız fasid olub hər nə əkirsən olmaz
Yeri daşlıxdı gərək torpağı qərbillənsin
Moddəası çox olan təbl-e tohi por badux
Neyliyək zırnaçinin burnu gərək yellənsin
Bu gicəllənmədən ay çərx-i fələk səndə yorul
Bu həyasız günə gözlər nə qədər zillənsin
Sə,dinin bag-i Golestanı gərək həşrə qədər
Alması səllələnıb xurması zənbillənsin
Lə,nət ol bad-i xəzanə ki nizami bağının
Bir yava gülbəsərin qoymadı kakillənsin
Aarezu cəlgələrində biz əkən məzrəələr
Diyəsən saqələnib qoy hələ sünbüllənsin
Qissə çox qafiyə yox axtarıram tapmiyuram
Yeridir şəhriyarın təb,idə tənbəllənsin
Ata şəhriyar

یار قاصدی
سن یاریمین قاصیدی ســـن
ایلش سنه چای دئمـــــــیشم
خیالینـــــــی گؤندریـــــب دی
بس کی من آخ وای دئمیشم
آخ گئجه لر یاتمامیشــــــام
من سنه لای ـ لای دئمیشم
سن یاتالی من گؤزومــــه
اولدوزلاری سای دئمیشـم
هرکس سنه اولدوز دئیـــه
اؤزوم سنه آی دئــــــمیشم
سندن سونرا حیــــــاته من
شیرین دیسه زای دئمیشـم
هر گؤزلدن بیر گول آلیــب
سن گؤزله پای دئمیشــــــم
سنین گون تک باتمــاغینی
آی باتانا تـــــای دئمــــــیشم
ایندی یایـــا قـــیش دئییــــرم
سابیق قیشــا یای دئمــــیشم
گاه تویونو یـــــاده ســـــالیب
من دلی نــای ـ نــای دئمیشم
سونـرا یئنه یاســــــــه باتیب
آغلاری های ـ های دئمـیشم
اتک دولـــــو دریــــا کیمــــی
گؤز یاشیما ، چای دئمـــیشم
عؤمره سورن من قارا گون
آخ دئمیشم ، وای دئمیشم ...
( شهریار )
Türkün Dili
Türkün dili tək sevgili istəkli dil olmaz
Özgə dile qatsan, bu əsil dil əsil olmaz.
Öz şe'rini Farsa, Ərəbə qatmasa şair,
Şe'ri eşidənlər, oxuyanlar kəsil olmaz.
Pşmiş kimi şe'rin də gərək dadı-duzu olsun,
Kənd əhli bilərlər ki, doşabsız xəşil olmaz.
Sözlər də cəvahir kimidir, əsli bədəldən,
Təşhis verən olsa bu qəd"r zir-zibil olmaz.
Şair ola bilməzs"n, anan doğmasa şair,
Missən a balam, hər sarı köynək qızıl olmaz.
Ötməz, oxumaz bülbülü salsan qəfəs içrə,
Dağ-daşda doğulmuş dəli ceyran həmil olmaz.
İnsan odur, dutsun bu zəlil xalqın əlindən,
Allahı sevərsən, belə insan zəlil olmaz.
Hər çənd Sərabın südü cox, yağ-balı çoxdur,
Baş ərsə də çatdırsa Sərab Ərdəbil olmaz.
Millət qəmi olsa bu çocuklar çöpə dönməz,
Ərbablarımızdan da qarınlar təbil olmaz.
Məndən də nə zalım oğlum, nə qisasçı,
Bir dəfə bunu qan ki, ipəkdən qəzil olmaz.
Düz vaxtda dolar taxta-tabaq edviyə ilə,
Onda ki, nənəm sancılanar, zəncəfil olmaz.
Fars şairi cox sözləri bizdən aparmış,
Sabir kimi bir süfrəli şair paxıl olmaz.
Türkün məsəli, folkloru dünyada təkdir,
Xan yorğanı, kənd içrə məsəldir, mitil olmaz.
Azər qoşunu qeysəri-Rumu əsir etmiş,
Kəsra sözüdür, bir belə tarix nağıl olmaz.
Bu Şəhriyarın təb'i kimi çimməli çeşmə,
Kövsər ola bilsə demirəm, Səlsəbil olmaz.
ATA ŞƏHRYAR
شاطر اوغلان
شاطر اوغلان گوروم آللاه سنه وئرسین برکت
قوی اونون یاخشی النسین ،خمیرین اللنسین
چوخ پیشیر یاخشی پیشیر گویده قیریلدات کوره یی
منبر اوسته چوره یین قوی قالانیب تللنسین
تندیرین طور تکین عرشیده ن آلسین ایشیغی
ارسینین بیرق احرار کیمی میللنسین
کاسیبین قیسمتی یوخ یاغلی پیلوو دوشله ماغا
بو یاوان سنگه یی بیرقوی ساحالیب سئللنسین
قیرتین قوربانی سن موشترینی تئز یولا سال
ائل ایچینده یاراماز آرواد اوشاغ وئللنسین
قوی ایکیریاللیغی ساتسین خوزه ئین بیر ماناتا
دیشی دوشموش قوجانین آغزی نه دیر دیللنسین
او منیم شعریمه چوخ ماییل اولان وردسته
دئنه: شاعیر چوره یی قوی قوروسون گوللنسین
من لیغیرسا یئیه بیلسم ده فلوس لازیم اولار
بو سوسوز باخچا نه لازیم بو قده ربئللنسین
ساری یازلیقدان اولان گوللی قیزارمیش سنگک
گره ک آغزوندا اریک تک ازیلیب هللنسین
تهرانين غيرتي يوخ شهريار ساخلاماغا
قاچمشام تربيزه تا ياخشي يامان بللنسين
باغچاميز فاسد اولوب ، هر نه ااكرسن اولماز
يئري داشليقدي گره ك توپراقي غربيللنسين
مدعاسي چوخ اولان طبل تهي پربادوخ
نيله يك ضرناچي نين بورنو گره ك يئلله نسين
بو گيجللنمه دن آي چرخ فلك سنده يورول
بو حياسيز گونه گوزلر نه قده ر زيللنسين
سعدي نين باغ گلستاني گره ك حشره قده ر
آلماسي سلله لنيب خرماسي زنبيللنسين
لعنت اول باد خزانه كي "نظامي " باغينين
بير ياوا گلبسرين قويمادي كاكللنسين
آرزو جلگه لرينده بيز اكن مزرعه لر
دئييه سن ساقه لنيب قوي هله سنبللنسين
قصه چوخ قافيه يوخ آختاريرام تاپميورام
يئريدير شهريارين طبعي ده تنبللنسين
آتا شهريار

Yar qasidi
xətalini göndəribdir
bəs ki mən axvay demişəm
ax gecələr yatmamışam
mən sənə laylay demişəm
sən yatalı mən gözumə
ulduzları say demişəm
hər kəs sənə ulduz deyə
özüm sənə ay demışəm
səndən sora həyatə mən
şirindisə zay demişəm
hər gözəldən bir pay alıb
sən gözələ pay demişəm
sənin gün tək batmağıvı
aybatana tay demişəm
indi yaya qış deyirəm
sabiq qışa yay demişəm
gah toyunu yadə salıb
mən dəli nay nay demişəm
sonra yenə yasə batıb
ağları hayhay demişəm
ətək dolu dərya kimi
göz yaşəma çay demişəm
ömrə surən mən qara gün
ax demişəm vay demişəm
şəhryar
اصلی کرم شعرینه بیر حاشیه
" کرم دئیه رمن بیر سفیل صییادام
هر مارالا تور آتارام مار گلی
یار باغینین بولبوللری اوخویور
بیزیم یوردا سئیره ده یوخ سار گلی"
ائوده بیر ایل آه چکرم خبر یوخ
ائودن چیخام ، من اویانا ، یارگلی
تای - توشلاریم ، چوله چیخا، گون چیخار،
من چیخاندا یاغیش گئتسه ، قارکلی
یازیغ قوزوم !آجلیغا دوز ، داریخما،
بوگون - صاباح باهار گلی ، بار گلی
بیزه گله - گلمیه ، بیر کال اییده،
قونشوموزا هیوا گلی ، نار گلی
خان ایوئینه ، شئر گله ، قویروق بولار
بیزیم ائوه، کور ایت گله ، هار گلی .
خلقه قوناق گلی ، گوزی سورمه لی ،
بیزیم ائودن ،کور گئتمه میش ، کار گلی
بختیمه آرواد نه چیخا ، بیلمیرم؟
بللی دی کی سارساغا ،سوسار گلی .
بیر(بیراوچ اتک)اندازادیر اگنیمه،
(سالیسبوری)گن گلمه سه دار گلی .
دولتلی یه یاس داگله اوینایار ،
بیز کاسیبا توی گله ،آخسار گلی
غم یوکوندن ،کدخدانین حصه سی ،
خردل اولی ،بیزیمکی خالوار گلی .
کتده بیزی دویله ، بیر هاوار یوخ،
بیز بیر کلمه حق دانیشساق ، جار گلی
داغاشا ییرتلار بیزه سرکار چیخار،
دار دیبیندن قورتولار ، سردار گلی .
بوندان بئله ،ئوزگه گوره م ،ئوزگه دن -
منت چکیر ، غیرتیمه آر گلی .
ایشچی ، تویوق کسنده من باخانمام ،
بیلمم نئجه اوره گینده وار گلی ؟
غمدن منیم ، بیر عینک وار گوزومده .
ایشیق - آیدین گون ، گوزومه تار گلی .
عشقیم دوشوب یادیمه ، گوزلر داشار ،
باهاردا سئل آتلانی - چایلار گلی .
چوخ شاعیرین طبعی دونار بوز کیمی ،
*شهریار*ین شعری ده ، قاینار گلی .
آتا شهریلر
imanılə getdi
Yığdı xeyrobərəkət süfrəsin ehsanilə getdi
əmnəmanlıxda bağladı imanılə getdi
bəy xan olmazsa deyərdik olacax kəndimiz azad
o xarab kətdə və lakin elə bəyxanilə getdi
selo dayir olalı hər nə dəyirman yəğışıldı
ama xalis təmiz unlarda dəyirmanilə getdi
mustəbid sultani saldıx ki ola xalqımız azad
sonra baxdıx ki azadlıxda o sultanilə getdi
bir (bəli qurban) olub indi bizə min bir(bəli qurban)
amma xəl,ət verən ol bir bəli qurbanil əgetdi
duz müsəlmanə deyərdik qulağı tüklüdi bədbəxt
indi bax gür ki o düzlükdə o müsəlmaniləgetd i
vermə sabir dedi ol dolma fisincani axunda
ağzımızdanda dad ol dolma fisincanilə getd i
dedi insanımız azdır hamı insan gərək olsun
amma insanlığımızda o az insanilə getdi
bu qədər dəftər o əsnadilə bir haqqa çatan yox
hax verənlər pitiyi mirzə qələmdanilə getdi
--------
--------
Istədik qanla yuvax ölkəmizin ləkkəsin amma
Ölkəmiz xalis özi ləkkə olub qanilə getdi
Yorqanı oğru qapanda dedi molla nəsirəddin
Neyləsin çılpağıdı oğruda yorqanilə getdi
Hava insanı boğur başbaşa ,,qazkərbonik,, olmuş
Teldə əsmir eləbil yeldə süleymanilə getdi
Su KƏRƏCdən koloriylə gəli bir paslı dəmirdə
Görəsən ŞAHSUYU tək çişmə nə ünvanilə getdi
türkü olmuş qədəğən divanımızdanda xəbər yox
Şəhriyarın da dili vay diyə divanilə getdi
ATA ŞƏHRYAR
ايمانله گئتدي
يغدي خير و بركت سفره سين، احسانله گئتدي
امن-امانليف دا يوكون باغلادي، ايمانله گئتدي
بيگ-خان اولمازسا دئيه رديك اولاجاق كنديميز آباد
او خراب كتده ، و لاكن ائله بيگ-خانله گئتدي
(سيلو)داير اولالي، هر نه دگيرمان ييغيشيلدي
آمما خالص-تميز اونلاردا،دگيرمانله گئتدي
مستبد سلطاني سالدوق، كي اولا خلقميز آزاد
سونرا باخديق كي آزادليق دا او سلطانيله گئتدي
بير (بلي قربان!) اولوب ايندي بيزه مين بلي قربان
آمما (خلعت وئرن) اول بير بلي قربانله گئتدي
دوز مسلمانه ديئيرديك:قولاغي توكلودي بدبخت
ايندي باخ، گور كي او دوزلوك ده ، مسلمانله گئتدي
وئرمه(صابر)دئدي، او دولما-فسنجاني آخوندا
آغزيميزدان دا داد، اول دولما- فسنجانله گئتدي
دئدي انسانيمز آزدير، هامي انسان گرك اولسون
آمما انسانليقمزدا، او آز انسانله گئتدي
بو قدر (دفتر)و (اسناد) له ، بير حقه چاتان يوخ
حق وئرنلر (پيتيگي) ميرزا قلمدانله گئتدي
بيزه بير دين قالا بيلميشدي ميراث، بيرده بو ايران
دين گئدنده دئدي:" تك گئتمه رم! " ايرانله گئتدي
ايسته ديك قانلا يوواق ئولكه ميزين لكه سين، آمما
ئولكه ميز خالص ئوزي لكه اولوب قانله گئتدي
يورقاني اوغري قاپاندا، دئدي ملانصرالدين:
نيله سين چيلپاغيدي،اوغري دا يورقانله گئتدي
هاوا انساني بوغور باش -باشا " گاز كربنيك " اولموش
يئل ده اسمير، ائله بير، يئل ده سليمانله گئتدي
سو، كرج دن " كلور " ايله گلي پاسلي دميرده
گوره سن " شاه سويي " تك چشمه نه عنوانله گئتدي
تركي اولموش قدغن، ديوانيميزدان دا خبر يوخ
"شهريارين" ديلي ده واي دئيه، ديوانله گئتدي
آتا شهریار
اويون اولدوخ
ايتيميز قورداولالي،بيزده قاييديق قويون اولدوخ
ايت ايله قول-بويون اولدوخ
ايت الينده ن قاييديب،قوردادا بير زاد بويون اولدوخ
ايت ايله قول-بويون اولدوخ
قوردوموز ديشلريني هي قارا داشلاردا اايتيددي
قويونون دا ايشي بيتدي
سون سوخولدي سورويه ،بير سوروني سوءكدو –داغيتدي
اكيليب ،ايت گئديب ايتدي
بيزده باخدخ ايت ايله قورد آراسيندا اويون اولوخ
ايت ايله قول-بويون اولدوخ
آتا شهریار
خان ننه
خان ننه ، هایاندا قالدین
بئله باشیوا دولانیم
نئجه من سنی ایتیردیم !
دا سنین تایین تاپیلماز
...
سن اؤلن گون ، عمه گلدی
منی گه تدی آیری کنده
من اوشاق ، نه آنلایایدیم ؟
باشیمی قاتیب اوشاقلار
نئچه گون من اوردا قالدیم
...
قاییدیب گلنده ، باخدیم
یئریوی ییغیشدیریبلار
نه اؤزون ، و نه یئرین وار
« هانی خان ننه م ؟ » سوروشدوم
دئدیلر کی : خان ننه نی
آپاریبلا کربلایه
کی شفاسین اوردان آلسین
سفری اوزون سفردیر
بیرایکی ایل چکر گلینجه
...
نئجه آغلارام یانیخلی
نئچه گون ائله چیغیردیم
کی سه سیم ، سینم توتولدو
...
او ، من اولماسام یانیندا
اؤزی هئچ یئره گئده نمه ز
بو سفر نولوبدو ، من سیز
اؤزو تک قویوب گئدیبدیر ؟
...
هامیدان آجیق ائده ر کن
هامییا آجیقلی باخدیم
سونرا باشلادیم کی : منده
گئدیره م اونون دالینجا
...
دئدیلر : سنین کی تئزدیر
امامین مزاری اوسته
اوشاغی آپارماق اولماز
سن اوخی ، قرآنی تئز چیخ
سن اونی چیخینجا بلکی
گله خان ننه سفردن
...
ته له سیک روانلاماقدا
اوخویوب قرآنی چیخدیم
کی یازیم سنه : گل ایندی
داها چیخمیشام قرآنی
منه سوقت آل گلنده
آما هر کاغاذ یازاندا
آقامین گؤزو دولاردی
سنده کی گلیب چیخمادین
نئچه ایل بو اینتظارلا
گونی ، هفته نی سایاردیم
تا یاواش – یاواش گؤز آچدیم
آنلادیم کی ، سن اؤلوبسن !
...
بیله بیلمییه هنوزدا
اوره گیمده بیر ایتیک وار
گؤزوم آختارار همیشه
نه یاماندی بو ایتیکلر
...
خان ننه جانیم ، نولیدی
سنی بیرده من تاپایدیم
او آیاقلار اوسته ، بیرده
دؤشه نیب بیر آغلایایدیم
کی داها گئده نمییه یدین
...
گئجه لر یاتاندا ، سن ده
منی قوینونا آلاردین
نئجه باغریوا باساردین
قولون اوسته گاه سالاردین
...
آجی دونیانی آتارکن
ایکیمیز شیرین یاتاردیق
یوخودا ( لولی ) آتارکن
سنی من بلشدیره ردیم
گئجه لی ، سو قیزدیراردین
اؤزووی تمیزلیه ردین
گئنه ده منی اؤپه ردین
هئچ منه آجیقلامازدین
...
ساواشان منه کیم اولسون
سن منه هاوار دوراردین
منی ، سن آنام دؤیه نده
قاپیب آرادان چیخاردین
...
ائله ایستیلیک او ایسته ک
داها کیمسه ده اولورمو ؟
اوره گیم دئییر کی : یوخ – یوخ
او ده رین صفالی ایسته ک
منیم او عزیزلیغیم تک
سنیله گئدیب ، توکندی
...
خان ننه اؤزون دئییردین
کی : بهشت ده ، الله
وئره جه ک نه ایستیور سن
بو سؤزون یادیندا قالسین
منه قولینی وئریبسه ن
...
ائله بیر گونوم اولورسا
بیلیرسن نه ایستیه رم من ؟
سؤزیمه درست قولاق وئر :
( سن ایله ن اوشاخلیق عهدین )
...
خان ننه آمان ، نولیدی
بیر اوشاخلیغی تاپایدیم
بیرده من سنه چاتایدیم
سنیلن قوجاقلاشایدیم
سنیلن بیر آغلاشایدیم
یئنیدن اوشاق اولورکن
قوجاغیندا بیر یاتایدیم
ائله بیر بهشت اولورسا
داها من اؤز الله هیمدان
باشقا بیر شئی ایسته مزدیم
آتا شهریار
آتامیز یوردی
آتامیز یوردی بولونمکده دیر اویناش آراسیندا
بولونر یوزیاشینون جرمه سی فراش آراسیندا
آتامیز کوروشی دنیا یاسوبن دخمه سی ایچره
آنامیز ایرانی بولمکده دیر اویناش آراسیندا
داراشوپ جانیمه دشمن هره بیر دیش قوپاریرلار
بو یتیم مالی قالوپ بیر سوری کلاش آراسیندا
باخ نجه قیزلاری ، عورتله ری، سائلیک ائدیرلر
ملتین ناموسودور ، فیرلاینر اوباش آراسیندا
تاپسا ملت یاوان آش ئوزلری بوزباشی یئسینلر
گنه بیر نسبت اولور آشیله بوزباش آراسیندا
قره ملت قالوب آج ، جانی گئدیر ، اوستلیک ایمان
بولونور باغ بالی اربابلیه آغباش آراسیندا
آش ایچنده علما آزقالیر اودسون قاشیقین دا
نئیلسون شک ائلیوپ قاشقینان آش آراسیندا
آغ گورچین ، نه روا دیر که ایشیقلیق قوشی سن تک
یاتا بایقوش یوواسیندا قالا خفاش آراسیندا
گؤزیاشیمسان سن آراز قویما گؤزوم باخادا گورسون
نه یامان پرده چکوپسن ایکی قارداش آراسیندا
دئمه داغ داشدی سلیمان سنی مندن آییران شئی
بیر چیپباندیر که چیخوبدور گؤزیلن قاش آراسیندا
خلقی دارتیر، بو دگرمان داشی تک داغلاری ایله
بیزی دارتاندا قالایدی الی بیر داش آراسیندا
شهریار سن یازان اشعاری اوزاقدان تانیرام من
بیر اویوشماخ داغی وار نقشیله نقاش آراسیندا
...
آتا شهریار
آزادلیق قوشی وارلیق
هر چند قوتلماق هله یوخ دارلیغمیزدان
اما بیر آزادلیق دوغولوب وار لیغمیزدان
(وارلیق)نه بیزیم تکجه آزادلیق قوشوموز دیر
بیر مژده ده وئر میش بیزه همکار لیغمیزدان
به به نه شیرین دیللی،بو جنت قوشی ،طوطی
قندین آلیب الهام له دینار لیغمیز دان
دیل آچامدا کارلیق دا گئدر،کورلوغلوموزدا
چون لا للیغمیز دو غموش ایدی کار لیغمیزدان
دشمن بیزی ال بیر گوره،تسلیم اولی ناچار
تسلیم اولوروق دشمنه ناچار لیغمیزدان
هر انقلابین وور- ییخی صون بنالیق ایسته ر
دستور گرگ آلماق داها معمار لیغمیزدان
هشیار اولاسوز،دشمنی مغلوب ائده جکسیز
دشمنلریمیز قور خوری هشیار لیغمیزدان
بیرلیک یارادون،سوز بیر اولاربیز کیشی لرده
یوخلو قلار یمیز بیتد یره جک وار لیغمیزدان
آتا شهریار
Xan nənə
Xan nənə !hayanda qaldın
Belə başıva dolanım
Necə mən səni itirdim?
Da sənin tayın tapılmaz
Sən ölən gün əmmə gəldi,
Məni getdi ayrı kəndə
Mən uşaq nə anlıyaydım?
Başımı gatıp uşaqlar
Neçə gün mən orda galdım.
Gayıdıp gələndə baxdım
Yerivi yığışdırıplar
Nə özün və nə yerin var.
"Hanı Xan nənəm?"-Soruşdum.
Dedilər ki, Xan nənəni
Aparıplar Kərbəlayə
Ki şəfasın ordan alsın
Səfəri uzun səfərdir
Bir iki il çəkər gəlincə
Necə ağlaram yanıxlı ?
Neçə gün elə çığırdım,
Ki səsim, sinəm tutuldu
O mən olmasam yanında,
Özü heç yerə gedənməz
Bu səfər nolupdı mensiz
Özü tək goyup gedipdi ?
Hamıdan acığ edərkən
Hamıya acığlı bakdım
Sonra başladım ki:Mən də
Gedirəm onun dalınca
Dedilər səninki tezdir.
İmamın məzarı üstdə
Uşağı aparmag olmaz.
Sən oxu Qur'anı tez çıx
Sən onu çıxınca bəlkə
Gələ xan nənən səfərdən
Təlesik ravanlamaxda
Oxuyup Qur'anı çıxdım
Ki yazım sənə: Gəl indi
Daha çıxmışam Qur'anı
Mənə sovgət al gələndə
Amma hər kağaz yazanda
Ağamın gözü dolardı
Sən də ki, gəlip çıxmadın
Neçə il bu intizarla
Günü həftəni sayardım
Ta yavaş-yavaş göz açdım
Anladım ki, sən ölüpseən
Bilə-bilmiyə henüz de
Ürəyimdə bir itik var
Gözüm axtarır həmişə.
Nə yamandı bu itiklər
Xan nənə, canım nolaydı
Seni bir də mən tapaydım
O ayaglar üstə bir də
Döşənip bir ağlayaydım
Golu halgə salmış ip tək
O ayağı bağlıyaydım
Ki, daha gedənmiyeydin
Gecələr yatanda, sən də
Meni goynuva alardın
Necə bağrıva basardın ?!
Golun üstə gah salardın
Acı dünyanı atarkən
İkimiz şirin yatardıx
Yuxuda löley atarkən
Səni mən bələşdirərdim
Gecəli, su gızdırardın
Özüvü təmizleyərdin
Gene də məni öpərdin
Heç mənə acıxlamazdın
Savaşan mənə kim olsun
Sən mənə havar durardın
Məni sən anam döyəndə
Gapıp aradan çıkardın.
Elə istilik o istək ?!
Daha kimsədə olarmı ?!
Ürəyim deyir ki: Yox, yox
O dərin səfalı istək
Mənim o əzizliyim tək
Sənilə gedip tükəndi
Xən nənə, özün deyərdin
Ki, sənə behiştdə Allah
Verəcək nə istiyürsən
Bu sözün yadında galsın
Mənə qolunu veripsən
Elə bir günüm olursa
Bilirsən nə istərəm mən ?
Sözümə dürüst gulax ver
"Senilə uşaxlıq əhdin
Xan nənə, aman nolaydı
Bir uşaxlığı tapaydım ?!
Bir də mən sənə çataydım
Sənilə gucaxlaşaydım
Sənilə bir ağlaşaydım
Yenidən uşağ olurkən
Gucağında bir yataydım
Elə bir behişt olursa
Daha mən öz Allahımdan
Başga bir şey istəməzdim
Şəhryar əmi
اي صفاسين اونودمايان قافقاز
اي صفاسين اونودمايان قافقاز
گلميشم ذوق آلام مراقيندان
غيرتي جوشغون اولمايان نه بيلير
کي نه لر چکميشم فراقيندان
اوخوروق بيز سيزين ترانه لري
يادگار عمرلردن ايللردن
باکينين سوز-سويي حکايه لري
دوشمز ايللر دويونجا ديللردن
سازيمين غملي سيملرينده منيم
باکي نين باشقا بير ترانه سي وار
سينه مين دار خرابه سينده درين
بو جواهرلرين خزانه سي وار
سن کيمي قارداش اوز قارينداشيني
آتماييب اوزگه کيمسه توتماياجاق
قوجا تبريزده يوزمين ايل کچسه
باکي قارداشلارين اونوتماياجاق
گلميشيک دوغما يوردوموز باکيا
قوي بو تاريخده افتخار اولسون
شهريارداندا بو افقلرده
بو سينيق نغمه يادگار اولسون
آتا شهریار
بار الاها سن بیزه وئر بو شیاطین دن نجات
اینسانین نسلین کسیب ، وئر اینسه بو جین دن نجات
بیزدن آنجاق بیر قالیرسا ، شیطان آرتیب مین دوغوب
هانسی رؤیا ده گؤروم من ، بیر تاپا مین دن نجات
بئش مین ایلدیر بو سلاطینه گرفتار اولموشوق
دین ده گلدی ، تاپمادیق بیز بو سلاطین دن نجات
بیر یالانچی دین ده اولموش شیطانین بیر مهره سی
دوغرو بیر دین وئر بیزه وئر بو یالان دین دن نجات
هر دعا شیطان ائدیر ، دنیا اونا آمین دئییر
قوی دعا قالسین ، بیزه سن وئر بو آمین دن نجات
ارسینی تندیرلرین گوشویلاریندا اویناییر
کیمدی بو گودوشلارا وئرسین بو ارسیندن نجات
یا کرم قیل ، کینلی شیطانین الیندن آل بیزی
یا کی شیطانین اؤزون وئر بیرجه بو کین دن نجات
اؤلدورور خلقی ، سورا ختمین توتوب یاسین اوخور
بار الاها خلقه وئر بو حوققا یاسین دن نجات
دینه قارشی ( بابکی – افشینی ) بیر دکان ائدیب
بارالاها دینه ، بو بابکدن ، افشین دن نجات
( ویس و رامین ) تک بیزی رسوای خاص و عام ائدیب
ویس ده اولساق ، بیزه یارب بو رامین دن نجات
شوروی دن ده نجات اومدوق کی بیر خئیر اولمادی
اولماسا چای صاندیقیندا قوی گله چین دن نجات
من تویوق تک ، اؤز نینیمده دوستاغام ایللر بویو
بیر خوروز یوللا تاپام من بلکی بو نین دن نجات
« شهریارین » دا عزیزیم بیر توتارلی آهی وار
دشمنی اهریمن اولسون ، تاپماز آهین دن نجات
....
آتا شهریار
دؤیونمه - سؤیونمه
بیر قرن ده قارداش دان اوزاخلاشماق اولورموش؟
قارداش دئیه ، بیر عمر ، سوراغلاشماق اولورموش؟
بیردنده ، بو قارداش لا ، قوجاقلاشماق اولورموش؟
بونلار بئله کی عرض ائلدیم ، گلدی و اولدی
من هر نه محال فرض ائله دیم ، گلدی و اولدی
بیز آیریلالی قرن ایدی ، قارداش لاریمیزدان
لش لر کیمی آیری دوشه لی باشلاریمیزدان
اوزموش الی قافقازلی قارین داشلار یمیزدان
گور من نه حال اوللام بو قیزیل گول لری تاپسام
رستم علی اوف تک گول بلبل لری تاپسام
قارداش گوزوم آختارمادا قوی بیر سنی تاپسین
عشقیم ، طیلیسم داغلاری فرهاد کیمی چاپسین
دشمن وار ایسه امجگینی ، تندیره یاپسین
حسرت قالالی بیز سیزه ، بیر قرن یاریمدیر
آغلار گوزوم شاهدی ، شعریم ، سه تاریم دیر
بیر قرن ده قارداش دان اوزاخلاشماق اولورموش؟
قارداش دئیه ، بیر عمر ، سوراغلاشماق اولورموش؟
بیردنده ، بو قارداش لا ، قوجاقلاشماق اولورموش؟
بونلار بئله کی عرض ائلدیم ، گلدی و اولدی
من هر نه محال فرض ائله دیم ، گلدی و اولدی
بیز آیریلالی قرن ایدی ، قارداش لاریمیزدان
لش لر کیمی آیری دوشه لی باشلاریمیزدان
اوزموش الی قافقازلی قارین داشلار یمیزدان
گور من نه حال اوللام بو قیزیل گول لری تاپسام
رستم علی اوف تک گول بلبل لری تاپسام
قارداش گوزوم آختارمادا قوی بیر سنی تاپسین
عشقیم ، طیلیسم داغلاری فرهاد کیمی چاپسین
دشمن وار ایسه امجگینی ، تندیره یاپسین
حسرت قالالی بیز سیزه ، بیر قرن یاریمدیر
آغلار گوزوم شاهدی ، شعریم ، سه تاریم دیر
آتا شهريار
بهجت آباد خاطره سی
اولدوز ساياراق گوزله ميشم هر گئجه ياری
گج گلمه ده دير يار يئنه اولموش گئجه ياری
گؤزلر آسيلی يوخ نه قارالتی نه ده بير سس
باتميش گولاغيم گؤرنه دؤشور مکده دی داری
بير قوش آييغام! سويليه رک گاهدان اييلده ر
گاهدان اونودا يئل دئیه لای-لای هوش آپاری
ياتميش هامی بير آللاه اوياقدير داها بير من
مندن آشاغی کيمسه يوخ اوندان دا يوخاری
قورخوم بودی يار گلمه يه بيردن ياريلا صبح
باغريم ياريلار صبحوم آچيلما سنی تاری!
دان اولدوزی ايسته ر چيخا گؤز يالواری چيخما
او چيخماسادا اولدوزومون يوخدی چيخاری
گلمز تانيرام بختيمی ايندی آغارار صبح
قاش بيله آغارديقجا داها باش دا آغاری
عشقين کی قراريندا وفا اولمياجاقميش
بيلمم کی طبيعت نيه قويموش بو قراری؟
سانکی خوروزون سون بانی خنجردی سوخولدی
سينه مده أورک وارسا کسيب قیردی داماری
ريشخندله قيرجاندی سحر سويله دی: دورما
جان قورخوسی وار عشقين اوتوزدون بو قماری
اولدوم قره گون آيريلالی او ساری تئلدن
بونجا قره گونلردی ایدن رنگيمی ساری
گؤز ياشلاری هر يئردن آخارسا منی توشلار
دريايه باخار بللی دی چايلارين آخاری
از بس منی ياپراق کيمی هيجرانلا سارالديب
باخسان اوزونه سانکی قيزيل گولدی قيزاری
محراب شفقده ئوزومی سجده ده گؤردوم
قان ايچره غميم يوخ اوزوم اولسون سنه ساری
عشقی واريدی شهريارين گللی- چيچکلی
افسوس قارا يل اسدی خزان اولدی بهاری
آتا شهريار
Heydər babaya bir salam
1 *Heydər Baba, ildırımlar şaxanda,
Sellər, sular şakqıldıyup axanda,
Gızlar ona səf bağlıyup baxanda,
Səlām olsun şovkətüzə elüzə,
Mənim də bir adım gəlsün dilüzə.
2 Heydər Baba, kəhlik'lərün uçanda,
Kol dibinnən dovşan galxup gaçanda,
Baxçalarun çiçək'lənüp açanda,
Bizdən də bir mümkün olsa yad elə,
Açılmıyan ürək'ləri şad elə.
3 Bayram yeli çardaxları yıxanda,
*Novruz güli, *gar çiçəği çıxanda,
Ağ bulutlar köynək'lərin sıxanda,
Bizdən də bir yad eliyən sağ olsun,
Dərdlərimiz goy dikkəlsün dağ olsun.
4 Heydər Baba, gün daluvı dağlasın,
Üzün gülsün, bulaxlarun ağlasın,
Uşaxlarun bir dəstə gül bağlasın,
Yel gələndə ver gətirsin bu yana,
Bəlkə mənim yatmış bəxtim oyana.
5 Heydər Baba, sənün üzün ağ olsun,
Dört bir yanun bulağ olsun bağ olsun,
Bizdən sora sənün başun sağ olsun,
Dünya gazov-qədər ölüm itimdi,
Dünya boyı oğulsuzdı, yetimdi.
6 Heydər Baba, yolum sənnən kəc oldı,
Ömrüm geçdi, gələmmədim gec oldı,
Heç bilmədim gözəllərün nec' oldı.
Bilməzidim döngələr var, dönüm var,
İtginlik' var, ayrılıq var, ölüm var.
7 Heydər Baba, iğit əmək' itirməz,
Ömür geçər, əfsus bərə bitirməz,
Nāmərd olan ömri başa yetirməz.
Biz də vallah unutmarıq sizləri,
Görəmməsək' həlal edün bizləri.
8 Heydər Baba *Mir Əjdər səslənəndə,
Kənd içinə səsdən küydən düşəndə,
*Āşıq Rüstəm sazın dilləndirəndə,
Yadundadı nə hövləsək' gaçardım,
Guşlar təkin ganad çalup uçardım.
9 *Şəngülava yurdı, *āşıq alması;
Gāh da gedüp orda gonaq galması,
Daş atması, alma, heyva salması,
Galup şirin yuxı kimin yadımda,
Əsər goyup ruhumda, hər zadımda.
10 Heydər Baba, *Gurı Gölün gazları,
Gədik'lərün sazax çalan sazları,
Kət kövşənin payızları, yazları,
Bir sinəma pərdəsidir gözümdə,
Tək' oturup səyr edərəm özümdə.
11 Heydər Baba, Qərə Çimən cadası,
Çovuşların gələr səsi, sədası,
Kərbəliya gedənlərin qadası,
Düşsün bu ac yolsuzların gözinə,
Təməddünün uydux yalan sözinə.
12 Heydər Baba, şəytan bizi azdırıp,
Məhəbbəti ürək'lərdən gazdırıp,
Qara günün sərnəviştin yazdırıp,
Salup xəlqi birbirinün canına,
Barışığı bələşdirüp ganına.
13 Göz yaşına baxan olsa gan axmaz,
İnsan olan xəncər belinə taxmaz,
Amma heyif kör tutduğun buraxmaz,
Behiştimiz cəhənnəm olmaqdadur,
*Zilhiccəmiz *məhərrəm olmaqdadur.
14 Xəzan yeli yarpaxları tökəndə,
Bulut dağdan yenüp kəndə çökəndə,
*Şəyxəlislām gözəl səsin çəkəndə,
Nisgilli söz ürək'lərə dəyərdi,
Ağaşlar da Allaha baş əyərdi.
15 *Daşlı Bulax daş gumınan dolmasın,
Baxçaları saralmasın solmasın,
Ordan geçən atlı susuz olmasın,
Deynə bulax xeyrün olsun axarsan,
Üfüqlərə xumar xumar baxarsan.
16 Heydər Baba dağın daşın sərəsi,
Kəhlik' oxur dalısında fərəsi,
Guzuların ağı, bozı, qərəsi..
Bir gedeydim dağ dərələr uzunı,
Oxuyeydim *çoban qeytər guzunı
17 Heydər Baba, Sulu Yerin düzündə,
Bulax qeynər çay çimənin gözündə,
*Bulağ otı üzər suyun üzündə,
Gözəl guşlar ordan gəlüp geçəllər,
Xəlvətliyüp bulaxdan su içəllər.
18 Biçin üsti sünbül biçən oraxlar,
Eylə bil ki zülfi darar daraxlar,
Şikārçılar bildirçini soraxlar,
Biçinçilər ayranların içəllər,
Bir huşlanıp sondan durup biçəllər.
21 Əmmə Can'ın bal *bəlləsin yiyərdim,
Sondan durup üs donumı giyərdim,
Baxçalarda tiringini diyərdim,
Ay özümi o əzdirən günlərim,
Ağaç minüp at gəzdirən günlərim.
22 Həçi xala çayda paltar yuvardı,
Məmməd Sadıq damlarını suvardu,
Heç bilməzdik' dağdı, daşdı, duvardı,
Hər yan gəldi şıllağ atup aşardıq,
Allah nə xoş qəmsiz qəmsiz yaşardıq.
23 Şəyxəlislām *münacatı diyərdi,
*Məşəd Rəhim ləbbādəni giyərdi,
*Məşdācəli bozbaşları yiyərdi,
Biz xoşuduq, xeyrat olsun, toy olsun,
Fərq eləməz hər nolacaq qoy olsun.
24 *Məlik' Niyaz vərəndilin salardı,
Atın çapup qeygacıdan çalardı,
Qırgı təkin gədik' başın alardı,
Dolayıya qızlar açup pəncərə,
Pəncərələrdə nə gözəl mənzərə.
25 Heydər Baba kəndin toyun tutanda,
*Gız gəlinlər həna, piltə satanda,
*Bəy gəlinə damnan alma atanda,
Mənim də o gızlarında gözüm var,
Āşıxların sazlarında sözüm var.
26 Heydər Baba bulaxların *yarpuzı,
Bostanların gülbəsəri, garpuzı,
Çərçilərin ağ nəbatı, sakgızı,
İndi də var damağımda dad verər,
İtgin gedən günlərimdən yad verər.
29 Heydər Baba *Mirzəmmədin baxçası,
Baxçaların turşa, şirin alçası,
Gəlinlərin düzmələri, taxçası,
Hey düzülər gözlərimin rəfində,
Xeymə vurar xatirələr səfində.
30 Bayram olup gızıl palçıq əzəllər,
Nakqış vurup otaqları bəzəllər,
Taxçalarda düzmələri düzəllər,
Gız gəlinin *fındıqçası, hənası,
Həvəslənər anası, gaynanası.
31 *Bakiçınun sözi, sovı, kāğızı,
İnək'lərün *bulaması, ağızı,
*Çərşənbənin girdəkānı, mövizi,
*Gızlar diyər atıl matıl çərşənbə,
Ayna təkin bəxtim açıl çərşənbə.
32 Yumurtanı göyçək' gülli boyardıq,
Çakgışdırup sınanların soyardıq,
Oynamaqdan bircə məğər doyardıq,
Əli mənə yaşıl aşıq verərdi,
İrza mənə novruz güli dərərdi.
33 Novruz Əli xərməndə vəl sürərdi,
Gāhdan yenüp küləşləri kürərdi.
Dağdan da bir çoban iti hürərdi.
Onda gördün ulax ayax saxladı,
Dağa baxup gulaxların şaxladı.
35 Yaz gecəsi çayda sular şarıldar,
Daş gayalar seldə aşup xarıldar,
Garanlıxda gurdun gözi parıldar,
İtlər gördün gurdı seçüp ulaşdı,
Gurd da gördüm galxup gədik'dən aşdı.
36 Gış gecəsi tövlələrün otağı,
Kətlilərün oturağı, yatağı,
Buxarıda yanar otun yanağı,
Şəbçərəsi, girdəkānı, iydəsi,
Kəndi basar gülüp danışmaq səsi.
37 *Şüca xaloğlınun Baki sovqəti,
Damda guran samavarı söhbəti,
Yadımdadı, şəsli qəddi, qāməti,
Cünəmməğün toyı döndi yas oldı,
*Nənə Gızın bəxt aynası kās oldı.
38 Heydər Baba, Nənə Gızın gözləri,
*Rəxşəndənin şirin şirin sözləri,
Türki dedim oxusunlar özləri,
Bilsinnər ki adam gedər, ad galar,
Yaxşı pisdən ağızda bir dad galar.
40 *Garı Nənə uzadanda işini,
Gün bulutda əyirərdi *teşini,
Gurd gocalup çəkdirəndə dişini,
Süri galxup dolayıdan aşardı,
Baydaların süti aşup daşardı.
42 Bostan pozup gətirirdik' aşağı,
Doldırırdıq övdə taxta tabağı,
Təndirlərdə pişirirdıq gabağı,
Özün yiyüp toxumların çıtdardıq,
Çox yemək'dən lap az gala çatdardıq.
43 *Vərziğannan armut satan gələndə,
Uşaxlarun səsi düşərdi kəndə,
Biz də bu yannan eşidüp biləndə,
Şıllağ atup bir gışqırıq salardıq,
Buğda verip armutlardan alardıq.
44 *Mirza Tağıynan gecə getdik' çaya,
Mən baxıram seldə boğulmuş aya,
Birdən işıq düşdi otay baxçaya,
Ey vay dedik' gurddı, qəyitdik' gaşdıq,
Heç bilmədik' nə vaqt küllük'dən aşdıq.
45 Heydər Baba, ağaçlarun ucaldı,
Amma heyif cəvanlarun gocaldı,
Toxlılarun arıxlıyup acaldı,
Kölgə döndi, gün batdı, gaş qərəldi,
Qurdun gözi qaranlıqda bərəldi.
46 Eşitmişəm yanur Allah çırağı,
Dāyir olup məscidizün bulağı,
Rahat olup kəndün evi uşağı,
*Mənsur Xanın əli golı var olsun,
Harda galsa Allah ona yar olsun.
47 Heydər Baba *Moll' İbrahim var, ya yox? / Mək'təb açar, oxur uşaqlar, ya yox?
Xərmən üsti mək'təbi bağlar, ya yox?
Məndən axunda yetirərsən səlām.
Ədəbli bir səlām-ı mā lā-kəlām.
49 Heydər Baba dünya yalan dünyadı,
Süləymannan, Nuhdan galan dünyadı,
Oğul doğan, dərdə salan dünyadı,
Hər kimsiyə hər nə verüp alupdı,
Əflatunnan bir gurı ad galupdı.
50 Heydər Baba yār u yoldaş döndilər,
Bir bir məni çöldə goyub çöndilər,
Çeşmələrim, çıraxlarım söndilər,
Yaman yerdə gün döndi, axşam oldı,
Dünya mənə xərābə-i Şam oldı.
51 Əmoğlıynan gedən gecə *Gıpçağa,
Ay ki çıxdı atlar gəldi oynağa,
Dırmaşırdıq dağdan aşırdıq dağa,
*Məşməmi Xan göy atını oynatdı,
Tüfəngini aşırdı, sakqıldatdı.
52 Heydər Baba *Qərə Gölün dərəsi,
*Huşgənabın yolı, bəndi, bərəsi,
Orda düşər çil kəhliğün fərəsi,
Ordan geçər yurdumuzun özinə,
Biz də geçək' yurdumuzun sözinə.
53 Huşgənabı yaman günə kim salup?
*Seyidlərdən kim gırılup, kim galup?
*Āmir Gafar dam daşını kim alup?
Bulax ginə gəlüp göli doldırur?
Ya gurıyup baxçaları soldırur?
54 Āmir Gafar seyidlərün tacıydı,
Şahlar şikār etməsi qeygacıydı,
Mərdə şirin, nāmərdə çox acıydı,
Məzlumların həqqi üstə əsərdi,
Zalimləri gılış təkin kəsərdi.
55 *Mir Mustafa Dayı uca boy baba,
Heykəlli sakgallı Tolıstoy baba,
Eyləyərdi yas məclisini toy baba,
Huşgənabun abırusı ərdəmi,
Məscidlərün məclislərün görkəmi.
56 *Məsdüssādat gülərdi bağlar kimi,
Gūruldardı bulutlı dağlar kimi,
Söz ağzında ərirdi yağlar kimi,
Alnı açıq, yaxşı dərin ganardı,
Yaşıl gözlər çırağ təkin yanardı.
58 *Mir Sālihin dəlisavlığ etməsi,
*Mir Əzizin şirin *şaxsey getməsi,
*Mir Məmmədin gurulması bitməsi,
İndi desək' əhvalatdı, nağıldı,
Geçdi, getdi, itdi, batdı, dağıldı.
59 *Mir Əbdülün aynada gaş yaxması,
Cöcilərindən gaşınun axması,
Boylanması, dam duvardan baxması,
*Şah Abbasın dürbüni, yādəş bəxəyr,
Huşgənabın xoş güni, yādəş bəxəyr.
60 *Sitar' əmmə nəzik'ləri yapardı,
*Mir Qādir də hər dəm birin gapardı,
Gapup yiyüp dayça təkin çapardı,
Gülməliydi onun nəzik' gappası,
Əmməmin də ərsininün şappası.
61 Heydər Baba *Āmir Heydər neyniyür?
Yəqin ginə samavarı qeyniyür,
Day gocalup alt əngiynən çeyniyür,
Gulax batup, gözi girüp gaşına,
Yazığ əmmə *hava gəlüp başına.
62 *Xanım əmmə, *Mir Əbdülün sözini,
Eşidəndə əyər ağzı gözini,
*Məlkāmıda verər onun özini,
Dāvaların şuxluğılan gatallar,
Əti yiyüp başı atup yatallar.
63 *Fizzə Xanım Huşgənabın güliydi,
*Āmir Yəhya əmgızınun qulıydı,
*Ruxsārə artist idi sövgüliydi,
*Seyid Hüsəyn Mir Sālihi yansılar,
*Āmir Cəfər qeyrətlidür gan salar.
64 Səhər tezdən naxırçılar gələrdi,
Goyun guzı dam bacada mələrdi,
*Əmmə Canım körpələrin bələrdi,
Təndirlərin gavsanardı tüssisi,
Çörək'lərin gözəl iyi, issisi.
65 Gövərçinlər dəstə galxup uçallar,
Gün saçanda gızıl pərdə açallar,
Gızıl pərdə açıp yığup gaçallar,
Gün ucalup artar dağın cəlālı,
Təbiətin cəvanlanar cəmālı.
66 Heydər Baba garlı dağlar aşanda,
Gecə kərvan yolun azup çaşanda,
Mən hardasam, Təhranda ya Kāşanda,
Uzaqlardan gözüm seçər onları,
Hiyal gəlüp aşup geçər onları.
67 Bir çıxeydim *Dam Qəyənin daşına,
Bir baxeydim geçmişinə, yaşına,
Bir göreydim nələr gəlmiş başına,
Mən də onun garlarıylan ağlardım,
Gış donduran ürək'ləri dağlardım.
68 Heydər Baba, gül gonçəsi xəndandı,
Amma heyif, ürək' qəzası gandı,
Zindəgānlıq bir garanlıq zindandı,
Bu zindanun dəriçəsin açan yox,
Bu darlıqdan bir gurtulup gaçan yox.
69 Heydər Baba göylər bütün dumandı,
Günlərimiz birbirindən yamandı,
Birbirüzdən ayrılmayun amandı,
Yaxşılığı əlimizdən aluplar,
Yaxşı bizi yaman günə saluplar.
70 Bir soruşun bu gargınmış fələk'dən,
Nə istiyür bu gurduğı kələk'dən,
Deynə geçirt ulduzları ələk'dən,
Goy tökülsün bu yer yüzi dağılsın.
Bu şəytanlıq gurgusı bir yığılsın.
71 Bir uçeydim bu çırpınan yelinən,
Bağlaşeydim dağdan aşan selinən,
Ağlaşeydim uzaq düşən elinən,
Bir göreydim ayrılığı kim saldı,
Ölkəmizdə kim gırıldı, kim galdı.
72 Mən sənün tək' dağa saldım nəfəsi,
Sən də qeytər göylərə sal bu səsi,
Bayguşun da dar olmasın qəfəsi,
Burda bir şer darda galup bağırır.
Mürüvvətsiz insanları çağırır.
73 Heydər Baba, qeyrət ganun gaynarkən,
Qərə guşlar sənnən qopup qalxarkən,
O sıldırım daşlarınnan oynarkən,
Gavzan mənim himmətimi orda gör,
Ordan əyil, qāmətimi darda gör.
75 Heydər Baba, mərd oğullar doğqinan,
Nāmərdlərin burunların ovginan,
Gədik'lərdə gurdları dut boğginan,
Goy guzılar ayın şayın otlasın,
Goyunların guyruqların gatlasın.
76 Heydər Baba, sənün göğlün şad olsun,
Dünya varkən ağzun dolı dad olsun,
Sənnən geçən tanış olsun yad olsun,
Deynə mənim şair oğlum Şəhriyar,
Bir ömürdür qəm üstinə qəm galar.
II Hissə
1 Heydər Baba, gəldim səni yoxlıyam,
Bir də yatam gucağunda yuxlıyam,
Ömri govam, bəlkə burda haxlıyam,
Uşaqlığa diyəm bizə gəlsin bir,
Aydın günlər ağlar yüzə gülsün bir.
2 Heydər Baba, çək'dün məni gətirdün,
Yurdumuza yuvamıza yetirdün,
Yusufuvı uşağ ikən itirdün,
Goca Yə'gub, itmişsəm də tapupsan,
Govalıyup gurd ağzınnan gapupsan.
3 Gedənlərin yeri burda, görünür,
Xanım Nənəm ağ kəfənin bürünür,
Dalımcadur, hara gedəm sürünür:
Bala gəldün? Niyə belə gej gəldün?
Səbrim sənnən güləşdi sən güj gəldün.
4 Mən gördüğüm kərvan çatup köçüpdi,
Ayrılığın şərbətini içipdi,
Ömrümüzün köçi burdan geçipdi,
Geçip gedip gedər gəlməz yollara,
Tozı gonup bu daşlara kollara.
5 Burda şirin xātirələr yatuplar,
Daşlarılan başı başa çatuplar,
Aşnalığın daşın bizdən atuplar,
Mən baxanda gavzanıllar baxıllar,
Bir də yatup yandırıllar yaxıllar.
6 Qəbiləmiz burda gurup ocağı,
İndi olmuş gurd guşlarun yatağı,
Gün batanda sönər bütün çırağı,
Və bəldətin ləysə ləhā ənīsü,
İlla'l-yə'āfīrü və illa'l-'īsü.
7 Zaman geçir üfüqlərdə toz galır,
Kərvan kimi uzaqlarda toz salır,
Duman gəlir yürək'ləri çulgalır,
Yürək' diyir zaman geçmə, aman dur,
Geçənlərdə gözüm var, bir dayan, dur.
8 Rüzigārın dəğirmanı fırlanır,
Məxlug onun dişlərinə tullanır,
Bax ki ginə bəşər neçə allanır,
Həmişə līk şadlıq umur özinə,
Qəbri görür, toz gondurmur yüzinə.
9 Köhnələrin sür sümüği dartılup,
Gurtulanun çul çuxası yırtılup,
Moll' İbrahim lap əriyüp gurtulup
Şəyxəlislām səhman galup gıbraqdı,
Novruz əli gaçaq geçip goçaqdı.
10 Ahıllarun yetmiş kəfən çürüdüp,
Cahılları dünya qəmi kiridüp,
Gız gəlinlər ət canları əridüp,
Rəxşəndənin nəvə dutur əlini,
Nənə Gızın kürəkəni, gəlini.
11 Çox şükri var, ginə gəldux görüşdux,
İtənlərdən bitənlərdən soruşdux,
Küsmüşdux da Allah goysa barışdux,
Bir də görüş gısmət ola, olmıya,
Ömürlərdə fürsət ola, olmıya.
12 Burda xiyal məydanları genişdi,
Dağlar daşlar bütün mənlə tanışdı,
Görcək məni Heydər Baba danışdı:
Bu nə səsdür sən āləmə salupsan,
Gəl bir görək', özün harda galupsan.
13 Kəcāvəylə bu çaydan çox gəçmişik',
Bu çeşmələrdən nə sular içmişik',
Bu yoncalıqlarda kəsüp biçmişik',
Çəpişləri g ıdıqlıyan günlərim,
Çəpiş kimi oynaqlıyan günlərim.
14 Bu xərməndə "aradan xəyr" oynardıq,
Cumalaşup garışga tək' gaynardıq,
Yavaş yavaş baxçalara ağnardıq,
Ağaçlardan "çəling agaç" kəsərdik',
Goruqcunun gorxusundan əsərdik'.
15 Bu tövlədə sarı inək' doğardı,
Xanum Nənəm inək'ləri sağardı,
Ana iysi dam duvardan yağardı,
Mən bizovı gucaqlardım gaşmasın,
Diyərdi bax bayda dolsın daşmasın.
16 Bu damlarda çoxlı "cızıq" atmışam,
Uşaqların aşıqların utmışam,
Gurguşumlı səkqa alup satmışam,
Uşaq necə heç zadınan şad olar,
İndi bizim qəmi dutmur dünyalar.
17 Mək'təb galır, uşaqlar dərs alıllar,
Həy yazıllar, həy pozıllar, yalıllar,
Moll' İbrahim özi evi galıllar,
Amma bizim yoldaşlardan qalan yox,
Bunlardan bir bizi yada salan yox.
18 Bir vəxtində bu mək'təb pərgār idi,
Bir Müsəyyib, bir Məmdəsən var idi,
Biri xəlfə, biri vərzişkār idi,
Axud bizlə oynamağa gedərdi,
Özi bizə oynamağ örgədərdi.
19 Dedim balam o Məmdəsən nolupdı,
Mə'lum oldı tifil cəvan ölüpdi,
Nə var nə var, burnunnan gan gəlüpdi,
Bir yel əsir baxırsan Məmdəsən yox,
Bu kətdə bir burun ganın kəsən yox.
20 Dedim deyün Müsəyyibə nə gəldi,
Qulam gördüm ağlar gözilə güldi,
Dedi o da bahalıq düşdi öldi,
Dedim yazıq bizlə hasıl bölənlər,
Bitimində acılarınnan ölənlər.
21 Bu mək'təbdə şə'rin şəhdin dadmışam,
Axundun ağzından gapup udmuşam,
Gāhdan da bir axundı alladmışam,
Başım ağrır diyüp gaçup getmişəm,
Baxçalarda gedüp gözdən itmişəm.
22 Azad olanda mək'təbdən çıxardıq,
Hücum verüp biribirin sıxardıq,
Yolda hər nə gəldi vurup yıxardıq,
Uşaq demə ipin gırmış dana de,
Bir dana da demə, əlli dana de.
23 Məlik' Niyaz itgin gedüp yox olup,
Əmir Aslan sək'tə ilə yıxılup,
Hərə gaçup bir dərədə sıxılup,
Çörək' qəmi çıxup xəlqin ayına,
Hər kəs galup öz canının hayına.
24 Kətdi yazıq çıraq tappır yandıra,
Görüm sizün bərqüz galsın andıra
Kim bu sözi ərbablara gandıra,
Nədür axır bu millətin günahı,
Dutsun sizi görüm məzlumlar ahı.
25 Hər nə alır baha verir gıyməti,
Ucuz fəqət əkinçinün zəhməti,
Bitəndən artıq biçənin ücrəti,
Kənd uşağı gedir yolda işliyə,
Orda bəlkə qəndi tapa dişliyə.
26 Kətdi gəlin kimi dünyanı bəzər,
Öz ovrəti yamaq yamağa düzər,
İğnə bəzər xəlqi özi lüt gəzər,
İndi də var çərşabları albaqdı,
Uşaqlarun qış paçası çılpaqdı.
27 Bu baxçada aş tərəsi əkərdik',
Hey su açup kərdiyə göz tikərdik',
Çıxmaq həmin dərip aşa tökərdik',
Fıngılışlar gaşıqlardan aslanı,
Yağlı desəm gurı ağzun ıslanı.
28 Bu döşlərdə guzıları yayardıq,
Axmasunlar ulduz təkin sayardıq,
Guş govanı çəküp daşa dayardıq,
Guş govan da elə bil ki gabandı,
Gurd uzaqdan diyər bəs ki çobandı.
29 Xanım Nənəm naxoş olan ilidi,
Gış var ikən küləğidi, yelidi,
Gış da çıxdı yağışidi, selidi,
Yük' yapını hey çatırdux ki gedax,
Sel çımxırup məcburıdux qeyidax.
30 Neysan düşdi biz də düşduq yağışa,
Kim bacara sellərilə boğuşa,
Hey diyirduq bəlkə yağış yığışa,
Bala Kişi faytunçımız gəlmişdi,
İmamiyyə qəhvəsində galmışdı.
31 Bu zəmidə gedüp gözdən itərdik',
Tongal gurup sütülləri ütərdik',
Deyüp gülmək' muradına yetərdik',
El də gülsün muradına yetişsün,
Yürək'lərin yaraları bitişsün.
32 Xalvarçılar burda xalvar daşırdı,
Bu küllük'dən ulaqlar dırmaşırdı,
Sellər kimi ne'mət aşup daşırdı,
Hər iş diyeydün hər kimə görərdi,
Can dərmanı istiyeydün verərdi.
33 İndi bəşər ac gurd təkin uduxup,
Çömbələnti göz gıcırdup duruxup,
Baxıllar ki görsünnər kim sınıxup,
Tökülsünlər onun ləşin yırtsunlar,
Hərə bir diş ənsəsindən gırtsunlar.
34 Heydər Baba, səndə dəfīnələr var,
Dağlar vədīəsi, xəzīnələr var,
Amma sənə bənzər də sīnələr var,
Bu sīnələr dağlarilə danışur,
Dağlar kimi göylərilə konuşur.
35 Gör hardan mən sənə saldım nəfəsi,
Dedim qeytər sal āləmə bu səsi,
Sən də yaxşı sīmurg etdün məgəsi,
San ki ganad verdün yelə, nəsimə,
Hər tərəfdən səs verdilər səsimə.
36 Heydər Baba səni vətən bilimişdim,
Vətən deyüp baş götürüp gəlmişdim,
Səni görüp göz yaşımı silmişdim,
Halbuki lap qəmli gurbət səndeymiş,
Gara zindan, acı şərbət səndeymiş.
37 Kim galdı ki bizə buğun burmadı ,
Atdan atdan bizə kələk' gurmadı,
Bir mərd oğul bizə havar durmadı,
Şəytanları qucaqlıyup gəzdiz siz,
İnsanları əyaqlıyup əzdiz siz.
38 Duvar ucaldı gün bizə düşmədi,
Zindan garaldı göz gözi seşmədi,
Gündüz gözi mənim lampam geşmədi,
Sel də basdı emmiz dolup göl oldı,
Çox yazığın evi çönüp çöl oldı.
39 Əvvəl başı məndən istiqbal etdiz,
Sonnan çönüp işimdə ixlal etdiz,
Öz zənnüzcə ustadı iğfal etdiz,
Əybi yoxdur, geçər gedər, ömürdür,
Gış da çıxar, yüzi gara kömürdür.
40 Mənim yolum məhəbbət caddəsiydi,
Son sözlərim Həqqun irādəsiydi,
Məhəbbətün risālət və'dəsiydi,
Yoxsa məndə bir kəsilə qərəz yox,
Siyāsət adlı məndə bir mərəz yox.
41 Həq nə diyür, küfrə garşı getmeyüz,
Nurdan çıxup zülmat içrə itmeyüz,
Fırıldağa fırfıra tək bitmeyüz,
Gördüz də ki olmadı küfrin dibi,
Pul da versə almağa tikmiş cibi.
42 Şeytan bizim qıbləmizi çöndərip,
Allah diyən yoldan bizi döndərip,
İlanlı çeşməyə bizi göndərip,
Minnət goyur ki arxuvuz nəhr olup,
Biz görürük' sular bizə zəhr olup.
43 Heydər Baba, giləylıqdan nə çıxar,
Zülmün evin səbr ü təhəmmül yıxar,
Dərviş olan səbrün əlin bərk' sıxar,
Gəl qeyidaq çıxaq Ağa Düzinə,
Geçaq ginə məhəbbətin sözinə.
44 Deynə uşaq birbiriylə saz olsun,
Bəlkə bu g ış bir də çönüp yaz olsun,
Çay çimənlər ördək' olsun, gaz olsun,
Biz də baxup fərəhlənüp bir uçaq,
Sınıq salxaq ganadları bir açaq.
45 Bu baxçadan alçaları dərərdik',
Gış adına çıxup damda sərərdik',
Hey də çıxup yalannan çöndərərdik',
Gış zumarın yayda yiyüp doyardıq,
Bir külli də minnət xəlqə goyardıq.
46 Evlər galır ev sahibi yox özi,
Ocaqların ancaq işıldır közi,
Gedənlərin az çox galıpdur sözi,
Bizdən də bir söz galacaq, ay aman,
Kimlər bizdən söz salacaq, ay aman.
47 Bizdən sora kürsilərin tovında,
Kəndin nağıllarında söz sovında,
Gar'nənənin çaxmağında, govında,
Heydər Baba özin gatar sözlərə,
İşgi kimi xumar verər gözlərə.
48 Āşıq diyər bir nazlı yar varımış,
Əşqından odlanup yanar varımış,
Bir sazlı sözli Şəhriyar varımış,
Odlar sönüp onun odı sönmiyüp,
Fələk' çönüp onun çərxi çönmiyüp.
49 Heydər Baba, alçaqlarun köşg olsun,
Bizdən sora galanlara eşq olsun,
Geçmişlərün gələnlərə məşq olsun;
Ovladımız məzhəbini danmasun,
Hər içi boş sözlərə aldanmasun.
یالان دونیا
سنین بهرن یئین کیمدیر؟
کیمینکی سن؟ ییهن کیمدیر؟
سنه دوغرو دئین کیمدیر؟
یالان دونیا، یالان دونیا!
سنی فرزانه لر آتدی
قاپیب، دیوانه لر توتدی
کیمی آلدی، کیمی ساتدی
ساتان دونیا، آلان دونیا
آتی ازل داغا سالدیق
یورولدوقجا دالی قالدیق
آتی ساتدیق، اولاغ آلدیق
یهر اولدی پالان دونیا
بیری آینا ، بیری پاس دیر
بیری آیدین، بیری کاس دیر
گجه توی دور، گونوز یاس دیر
گول آچدیقجا، سولان دونیا
ایگیت ارین باشین یئیهن
گوجالار بوزباشین یئیهن
قبیرلرین داشین یئیهن
اءوزو یئنه قالان دونیا!
نه قاندین، کیم گول اکن دیر؟
کیم قیلیج تک قان توکن دیر؟
تیمور هله کوره کن دیر
چنگیز جانین، آلان دونیا
یامان قورقو! ییغیلایدین!
طوفانلاردا بوغولایدین!
نه اولایدی بیر داغیلایدین
بیزی درده سالان دنیا
چاتیب، سندن کوءچن کچدی
اجل جامین، ایچن کچدی
اولان اولدو، کئچن کئچدی
نه ایستردین اولان دونیا
بوغولایدین، دوغان یئرده
دوغوب خلقی بوغان یئرده
اوغول نعشین اوغان یئرده
آنا زولفون یولان دونیا
آتا شهريار
Behcət ava xatirəsi
Ulduz sayarax gözləmişəm hər gecə yari
Gec gəlmədədir yar yenə olmuş gecə yari
Gözlər asılı yox nə qaraltı nədə bir səs
Batmış qulağım gör nə duşurməkdədi dari
Bir quş “ayığam “söyləyərək gahdan iyildər
Gahdan onuda yel deyə laylay huş apari
Yatmış hamı bir allah oyaxdır daha bir mən
Məndən aşaği kimsə yox ondanda yuxari
Qorxum budi yar gəlməiyə birdən yarıla sübh
Bağrım yarılar sübhüm açılma səni tari
Dan ulduzi istər çıxa göz yalvarı çıxma
O çıxmasada ulduzumun yoxdi çixari
Gəlməz tanıram baxtımı indi ağarar sübh
Qaş boylə ağardıxca daha başda ağari
Eşqin ki qərarında vəfa olmayacağmış
Bilməm ki təbiət niyə qoymuşbu qərari
San ki xoruzun son banı xəncırdi soxuldi
Sinəmdə ürək varsa kəsib qırdi bamari
Rişxəndilə qırcandı səhər soylədi durma
Can qorxusi var eşqin utuzdun bu qumari
Oldum qara gün ayrılalı o sarı teldən
Bunca qara günlərdi edən rəngimi sari
Göz yaşları hər yerdən axarsa məni tuşlar
Dəryayə baxar bəllidi çayların axari
əz bəs məni yaprağ kimi hicranla saraldıb
baxsan üzünə san ki qızıl güldi qızari
mehrab-i şəfəqdə özümi səcdədə gördum
qan içrə qəmim yox üzüm olsa sənə sari
eşqi varıdı ŞƏHRIYARın gülli çiçəkli
əfsus qara yel əsdi xəzan oldi bahari
ŞƏHRIYAR
Səhəndiyyə
Şah dağım, çal papağım, el dayağım, şanlı Səhəndim,
Başı Dumanlı Səhənd’im, başı Tufanlı Səhənd’im
Başda Heydər Baba tək garla, gırovla garışıpsan
Son ipək telli buludlarla ufugda sarışıpsan
Savaşırkən barışıpsan
Göydən ilham alalı sirri səmâvata deyərsən
Hələ ağ kürkü bürün, yazda yaşıl don da geyərsən
Goradan halva yeyərsən
Döşlərində sonalar sinəsi tək şux məmələrdə
Nə şirin çeşmələrin var
O yaşlı telləri yel hörmədə, aynalı Səhərdə
İşvəli eşmələrin var
Goy Yağış yağsa da yağsın, sel olub axsa da axsın,
Yanlarında dərələr var
Goy gələmgaşların uçsun fərələrlə, hamı baxsın
Başlarında herələr var, sıldırımlar, sərələr var
O ətəklərdə nə gızlar yanağı lalələrin var
Guzular otlayarax neydə nə xoş lalələrin var
Ay kimi hâlələrin var
Gül çiçəktdən bezənəndə, ne gəlinler kimi nâzın,
Suların zemzemesinde, ne derin râz-ı niyâzın
Oynayar güllü gotazın
Titreyir saz telli tek şaxələrin çayda, çiməndə,
Yel o tellərdə gəzəndə, ne Köroğlu çalı sazın
Ördəyin xəlvət edib göldə pərilərlə çiməndə
Gol ganaddan ona ağ hövle açar gəzməli ağzın
Gış gedir, goy gələ yazın.
Hələ novruzgülü var, gar çiçəyin var, gələcəklər
Yel yağışda yuyunurkən günşlə güləcəklər
Üzlərin tez siləcəklər
Gışda keklik həvəsiylə çölə gaçdığda canavarlar
Garda gaggıldayarag nazlı gələmgaşların olsun
Yaz o döşlərdə nahar məndəsin açdıgda çobanlar
Bollu, südlü sürülər, daldı gavutmaşların olsun
Ad alıp səndən o şair ki, sən ondan ad alarsan
Ona hər dad verəsən yüz o mugabil dad alarsan
Tarıdan hər zad alarsan
Adaş oldugda sən onla daha artıx ucalarsan
O cəlalətlə Dəmavənd dağından bac alarsan
Şir əlindən tac alarsan
O da şe’rin, ədəbin şah dağıdır, şanlı Səhəndi,m
O da sən tək atıb ulduzlara şe’riyle kəməndi
O da Simorğdan almağdadı fəndi
Şe’r yazanda qələmindən görusən dür səpələndi
Sanki ulduzlar elendi
Söz deyəndə görusən qatdı gülü, püstəni, gəndi
Yaşasın şair efendi
O nə şair ki dağın vəsfinə misdaq oni gördum
Mən sənin tək ucaliğ məşqinə muşşaq oni gurdum
Eşqə eşq əhlinə muştaq oni gurdum
O nə şair ki, xıyal mərkəbinə şuv şığıyanda
O nəhəng at ayağın tozlu dulutlarda goyanda
Lulələnməkdədi yer göy nəcə tumar sarayanda
Görəcəksən o zamanda
Nə zaman varsa məkan varsa kəsib biçdi bir anda
Geçəcəklər gələcəklər nə bu yanda nə o yanda
Nə bilim galdi hayanda
Bax nə hörmət var onun öz demişi tuk papağında
Serini tacı əyilmiş başı durmuş gabağında
Başına savrulan inci çarığ olmuş ayağında
Vəhyidir şeri mələklərdi pıçıldır gulağında
Şəhdi var bal dodağında
Oda dağlar kimi şənində nə yazsam yaraşandı
Oda zalim qoparan qarla kuləklə duruşandı
Quduza zalimə qarşı sinəgərmiş vuruşandı
Amma vəchində fağır xalqı soruşandı
Qara millətdə hunər bulsa hunərlə araşandi
Qaralarla qarışandı
Sarışandı
Gecə haqqın gözudur, tur törətmiş ocağında
əriyib yağ tək urəklərdi yanırar çırağında
mey məhəbbədən içibdir lalə bitibdir yanağında
o bir oğlan ki , pərilər su içəllər çanağında
inci gaynar bulağında
təb,I bir sevgili bulbulki , oxur gul budağında
sarı sunbul qucğında
sular əfsanədi söylər onun əfsunli bağında
səhərin çənli çağında
Şairin zövqi ,nə əfsunli ,nə əfsanəli bağlar
Ay nə bağlar ki əlif leylidə əfsanədə bağlar
Od yaxıb dağları dağlar
Gul gulərsə bulağ ağlar
Şa,irn aləmi ölməz ona aləmda zaval yox
Arzılar orda nə xatirliyə imkandı ,mahal yox
Baği cənnət kimi orda ,bu haramdir bu halal yox
O məhəbbətdə məlal yox
Orda haldır daha gal yox
Gecələr orda gumuşdəndi ,qızıldan ,nə gunuzlər
Nə zümürrüd kimi baglardı ,nə mərmər kimi düzlər
Nə sarı telli inəklər ,nə ala gözli ökuzlər
Ay necə ay kimi üzlər
Gul ağaclari nə tavus kimi çətrin açıbalvan
Hillə kərvanıdı çöllər bəzənər sursə bu karvan
Dəvə kərvanıdı dağlar ,yuki ətləsdı bu heyvan
Sabirin şəhrinə doğru ,qatarı çəkmədə sərvan
O xyalımdakı şirvan
Orda qarda yağar amma daha gullər sola bulməz
Bu təbiət o təravətdə mahaldır ola bulməz
Ömr peymanəsi orda dola bulməz
O üfüqlərdə baxarsan nə dənizlər ,nə boğazlar
Nə prilər kimi quşlar qonub uçmaxda ,nə qazlar
Gölda çimməkdə nə qizlar
Balığ ulduz kimi göllərdə dənizlərdə parıldar
Abşar,mirvarısın sel kimi tökdükdə xarıldar
Yel kuşuldar su şarıldar
Qəsrilər vardı qızıldan,qalalar vardı əqiqdən
,,rafayil,, tablosu tək səhnələri əhd-i əqiqdən
Doymasan köhnə rəfiqdən
Cənnətin bağları tək bağlarının hur o qusuri
Düzülüb qurfədə eyvanda ,cəvahir kimi huri
əldə hurilərinin cam-e buluri
tüngünün gel kimi səhbay-e təhuri
nə maraxlar ki ayıx gözlərə röyadı diyərsən
nə şafağlar ki dərin baxmada dəryadi diyərsən
uyduran cənnət-e mə,vadı diyərsən
zöhrənin qəsri birilyan ,hasarı incidi yaqut
qəsr-e cadudi məhəndisləri HARUT ilə MARUUT
orda mani dayanib qalmiş o surətlərə məbhut
gapi qulluxcusu HARUUT
Oda şe,rin muziyin mənbə,isərcişmədi qaynar
Nə pərilər kimi fəvvarədə əfşan olub oynar
Şa,ir ancağ onu anlar
Doli məhtab kimi istəxridi fəvvarələriylə
Mələkə orda çimir ay kimi məhparələriylə
Güllü güşvarələriylə
Şe,r o musiqi şabaş olmada əfşandı pərişan
Sanki ağ şahidir olmaxda gəlin başına əfşan
Nə gəlinlər ki nə ənlik ezə sertüllə , nə kirşan
Yaxa nə tülki nə dovşan
Ağ pərilər sarı köynəkli buludlardan ənirlər
Süd gölündə mələkə iylə çimirkən sevinirlər
sevinirlər öyünürlər
qovzananda hərə əldə dolu bir cam aparırlar
sanki çəngilərə şairlərə ilham aparırlar
dərya qızlarına peyğam aparırlar
dənizin örtüyü mavi ofoqun səqfi səmavi
aynadı hər nə baxırsan yer olub göylə musavi
ğəq onun şerinə ravi
ğurfələr ay-bulud altında olar tək görünürkən
göz açıb yummada çırağlar kimi yandığda sönurlər
səhnələr çərxi ələk tək burunub gahda çönürlər
kölgəliklərsürünürlər
zöhrə eyvanda ilahə şinelində görünərkən
baxasan hafizidə orda cəlalətlə görərsən
nə sevərsən
gah görən hafize şirazilə eyvanda durublar
gah görən ortada şətrənci qurarkən oturublar
gah görənsazilə avazilə əyləncə qurublar
sanki sağərdə vurublar
xacə əlhan oxuyanda hamı işdən dayanırlar
o nəvalərlə pərilər gah uyub gah oyanırlar
lalələr şövləsi əlvan şeşə rəngi boyanırlar
nə xumar gözlə yanırlar
qanad istər bu fəza , qoy qala tərlanlı səhəndim
eşit öz qissəmi dəstanımı dəstanlı səhəndim
səni heydərbaba o nə,rələriylə çağıranda
o səfil darda qalan , tülkü qovan şer bağıranda
şeytanın şıllağa qalxan qatırı noxda qıranda
dədəqorqud səsin aldım dedim arxamdi inandım
arxa durduxca səhəndim savalan tək havalandım
selə qarşı qovalandım
COŞQUNun da qanı daşdı mənə bir haylı sıs oldi
Hər səsiz bir nəfəs oldi
Bakı dağlarıda hay Verdi səsə qeyha ucaldı
Otayın nə,rələri sanki bu taydanda bac aldi
Qurd acaldıqca qocaldı
RAHİMin nə,rəsi qovzandı deyən toplar açıldı
Sel gəlib nəhrə qatıldı
RUSTƏMin topları səsləndi deyən bomlar açıldı
Bizə gül qonça saçıldı
Qorxma gəldim,, deyə səslərdə mənə can dedi qardaş
Mənə cancan deyərək düşmana qanqan dedi qardaş
Mənə sultan dedi qardaş
Məndə ,,canım,, çığırıb,,can sənə qurban,, dedi qardaş
El sizə qaflan dedi qardaş
Dağ sizə asan dedi qardaş
dağlı heydər babanın arxası hər yerdə dağ oldi
Dağa dağlar dayağ oldi
Arazım ayna çırağ goymada aydın şafağ oldi
O tayın nəğməsi qovzandi ürəklər qulağ oldi
Yenə qardaş deyərək qaçmada başlar ayağ oldi
Qaçdığ üzləşdik arazda ,yenə gözlər bulağ oldi
Yenə qəmlər qalağ oldi
Yenə qardaş sayaği sözlərimiz bir sayağ oldi
Vəsl iyin almada əl çatmadi eşqim damağ oldi
Həlalik qəm saralarkən qaralar döndi ağ oldi
Arazın süd gölu daşdi qayalıxlarda bağ oldi
Sarı sunbullərə zulf içrə oraxlar darağ oldi
Yoncalıxlar yenə bıldırçına yay yaz yatağ oldi
Gözdə yaşlar çırağ oldi
Lalə bitdi yanağ oldi
Qonça güldi dodağ oldi
Nə sol oldi nə sağ oldi
Elimi arxamı gördukdə zalm ovçu qısıldı
Selmkimi zülmi basıldı
Zinə arx oldi kəsildi
Gül gözundən yaşı sildi
Tor quran ovçu atın qovmada sindi geri qaldı
Özü getdi toru qaldı
Amma heydər babada bildi ki biz tək hamı dağlar
Bağlanıb qolqola zəncirdə buludlar odur ağlar
Nə bilim bəlkə təbi,ət özü namərdə gun ağlar
əyri yolları açarkən dez olan qolları bağlar
saf olan sinəni dağlar
dağlarin hər nə qoçi tərlanı ceyraanı marali
hamı düşgün hamı pozğun sinələr dağlı yaralı
gün açan yerdə saralı
amma zənnetmə ki dağlar yenə qalxan olacağdır
məhşər olmaxdadı bunlar daha vulqa olacağdır
zulm dünyası yanar kən də tilit qan olacağdır
vay......... nə tufan olacağdır
dedin azər elinin bir yaralı nisgilitəm mən
nisgil olsamda gülüm bir əbədi sevgiliyəm mən
yad məni atsada öz gulşənimin bülbülüyəm mən
elimin farsıcada dərdini söylər diliyəm mən
haqqa doğru nə qaranlığsa , el məşəliyam mən
əbədiyyət gülüyəm mən
nisgil ol çərçiyə qalsın ki cəvahir nədi qanmır
mədəniyyə dəbin eylir bədəviyyət bir üsanmır
gün gedir az qala batsın gecəsindən bir usanmır
bir öz əhvalına yanmır
atar insanlığı amma yalan ənsabı atanmaz
fitnə qovzanmasa gün gecə aasudə yatanmaz
başı başlarə qatanmaz
Amma məndə sarı sən arxayın ol şanlı səhəndim
Dəli ceyranlı səhəndim
Mən daha ərşi əla kölgəsi tək başda tacım var
Hərəcim yox fərəcim var
Mən əli oğltam , azadələrin mərdi muradi
O qaranlığlara məşəl o ışığlığlara hadi
Həqqə imanə munadi
Başda sənmaz sipərim əldə kütəlməz qələcım var
Son ata şəhriyar
سهندیه
شاه داغیم، چال پاپاغیم، ائل دایاغیم، شانلی سهند´یم
باشی توفانلی سهند´یم
باشدا حئیدر بابا تک قارلا، قیروولا قاریشیبسان
سون ایپک تئللی بولودلارلا اوفوقده ساریشیبسان
ساواشارکن باریشیبسان
گؤیدن ایلهام آلالی سیرری سماواتا دییه رسه ن
هله آغ کورکو بورون، یازدا یاشیل دون دا گییه رسه ن
قورادان حالوا یییه رسه ن
دؤشلرینده سونالار سينه سي تک شوخ ممه لرده
نه سرین چئشمه لرین وار
او یاشیل تئللری، یئل هؤرمه ده آینالی سحه رده
عیشوه لی ائشمه لرین وار
قوی یاغیش یاغسا دا یاغسین
سئل اولوب آخسا دا آخسین
یانلاریندا دره لر وار
قوی قلم قاشلارین اوچسون فره لرله، هامی باخسین
باشلاریندا هئره لر وار
سیلدیریملار، سره لر وار
او اتکلرده نه قیزلار یاناغی لاله لرین وار
قوزولار اوتلایاراق نئیده نه خوش ناله لرین وار
آی کیمی هاله لرین وار
گول- چیچکدن بزه نه نده، نه گلینلر کیمی نازین
یئل اسه نده او سولاردا نه درین راز-و نیازین
اوینایار گوللو قوتازین
تیتره ییر ساز تئلی تک شاخه لرین چایدا چمنده
یئل او تئللرده گزه نده، نه کوراوغلو چالی سازین
اؤرده یین خلوت ائدیب گؤلده پریلرله چیمه نده
قول-قاناددان اونا آغ هووله آچار غمزه لی قازین
قیش گئده ر، قوی گله یازین
هله نووروز گولو وار، قار چیچه یین وار، گله جکلر
اوزلرین تئز سیله جکلر
قیشدا کهلیک هوسیله، چؤله قاچدیقدا جاوانلار
قاردا قاققیلدایاراق نازلی قلمقاشلارین اولسون
یاز، او دؤشلرده ناهار منده سین آچدیقدا چوبانلار
بوللو سودلو سورولر، دادلی قاووتماشلارین اولسون
آد آلیر سندن او شاعیر کی سن اوندان آد آلارسان
اونا هر داد وئره سه ن، یوز او موقابیل داد آلارسان
تاریدان هر زاد آلارسان
آداق اولدوقدا، سن اونلا داها آرتیق اوجالارسان
باش اوجالدیقدا دماوند داغیندان باج آلارسان
شئر الیندن تاج آلارسان
او دا شئعرین، ادبین شاه داغیدیر، شانلی سهند´یم
او دا سن تک آتار اولدوزلارا شئعریله کمندی
او دا سیمورغدان آلماقدادی فندی
شئعر یازاندا قلمیندن باخاسان دورر سپه له ندی
سانکی اولدوزلار اله ندی
سؤز دییه نده گؤره سه ن قاتدی گولو، پوسته نی، قندی
یاشاسین شاعیر افندی
او نه شاعیر، کی داغین وصفینه میصداق اونو گؤردوم
من سنین تک اوجالیق مشقینه مششاق اونو گؤردوم
عئشقه، عئشق اهلینه موشتاق اونو گؤردوم
او نه شاعیر، کی خیال مرکبینه شووشیغایاندا
او نهنگ آت، آیاغین توزلو بولودلاردا قویاندا
لوله له نمکده دی یئر-گؤی، نئجه تومار سارییاندا
گؤره جکسه ن او زاماندا
نه زامان وارسا، مکان وارسا کسیب بیچدی بیر آندا
گئچه جکلر، گله جکلر نه بویاندا، نه او یاندا
نه بليلم قالدي هاياندا؟
باخ نه حٶرمت وار اونون اؤز دئمیشی توک پاپاغیندا
شهريیار´ین تاجي اه یيلمیش باشی دورموش قاباغیندا
باشینا ساوریلان اینجی، چاریق اولموش آیاغیندا
وحیدیر شئعری، ملکلردی پیچیلدار قولاغیندا
آیه لردیر دوداغیندا
شهدي وار بال دوداغيندا
او دا داغلار کیمی شانینده نه یازسام یاراشاندیر
او دا ظالیم قوپاران قارلا، کولکله دوروشاندیر
قودوزا، ظالیمه قارشی سینه گرمیش، ووروشاندیر
قودوزون کورکونه، ظالیم بیره لر تک داراشاندیر
آمما واختیندا فقیر خالقی اه ییلمیش سوروشاندیر
قارا میللتده هونر بولسا، هونرله آراشاندیر
قارالارلا قاریشاندیر
ساریشاندیر
گئجه حاققین گؤزودور، طور تؤره تمیش اوجاغیندا
اریییب باغ تک اوره کلردی یانارلار چیراغیندا
مئی، محببتدن ایچیب لاله بیتیبدیر یاناغیندا
او بیر اوغلان کی، پریلر سو ایچه رلر چاناغیندا
اینجی قاینار بولاغیندا
طبعی بیر سئوگیلی بولبول کی، اوخور گول بوداغیندا
ساری سونبول قوجاغیندا
سولار افسانه دی سؤیله ر اونون افسونلو باغیندا
سحه رین چنلی چاغیندا
شاعیرین ذٶوقو، نه افسونلو، نه افسانه لی باغلار
آی نه باغلار کی "الیف لئیلی" ده افسانه ده باغلار
اود یاخیب، داغلاری داغلار
گول گوله رسه بولاق آغلار
شاعیرین عالمی اؤلمه ز، اونا عالمده زاوال یوخ
آرزولار اوردا نه، نه خاطیرله یه ایمکاندی، ماحال یوخ
باغ-ي جننت کیمی اوردا "او حارامدیر، بو حالال" یوخ
او محببتده ملال یوخ
اوردا حالدیر، داها قال یوخ
گئجه لر اوردا گوموشدندی، قیزیلدان نه گونوزلر
نه زوموررود کیمی داغلاردی، نه مرمر کیمی دوزلر
نه ساری تئللی اینه کلر، نه آلا گؤزلو اؤکوزلر
آی نئجه آی کیمی اوزلر
گول آغاجلاری نه طاووس کیمی چترین آچیب الوان
حولله کروانیدی، چؤللر، بزه نه ر سورسه بو کروان
دوه کروانی دا داغلار، یوکو اطلسدی بو حئیوان
صابیر´ین شهرینه دوغرو، قاتاری چکمه ده سروان
او خیالیمداکی شیروان
اوردا قار دا یاغار، آمما داها گوللر سولابیلمه ز
بو طبیعت، او طراوتده ماحالدیر، اولابیلمه ز
عؤمر پئیمانه سی اوردا دولابیلمه ز
او اوفوقلرده باخارسان نه دنیزلر، نه بوغازلار
نه پری لر کیمی قولار، قونوب-اوچماقدا نه قازلار
گؤلده چیممه کده نه قیزلار
بالیق اولدوز کیمی گؤللرده، دنیزلرده پاریلدار
آبشار مورواریسین سئل کیمی تؤکدوکده خاریلدار
یئل کوشولدار، سو شاریلدار
قصریلر واردی قیزیلدان، قالالار واردی عقیقدن
رافائل تابلوسو تک، صحنه لری عهد-ي عتیقدن
دویماسان کؤهنه رفیقدن
جننتین باغلاری تک باغلارینین حورو قوصورو
الده حوریلرینین جام-ی بولورو
تونگونون گول کیمی صهبا-يی طهورو
نه ماراقلار کی، آییق گؤزلره رؤیادی دئییرسه ن
نه شافاقلار کی، دیرن باخمادا دریادی دئییرسه ن
اویدوران جننت-ي مأوادی دئییرسه ن
زٶهره نین قصری بیریلیان، حيصار نرده سی یاقوت
قصر-ی جادودو، موهندیسلری هاروت ایله ماروت
اوردا مانی دایانیب قالمیش او صورتلره مبهوت
قاپی قوللوقچوسو هاروت
اوردا شئعرین، موزیکین منبعی سرچئشمه دی قاینار
نه پریلر کیمی فه وواره دن افشان اولوب اوینار
شاعیر آنجاق اونو آنلار
دولو مهتاب کیمی ایستخریدی فه وواره لر ایله
ملکه اوردا چیمیر، آی کیمی مهپاره لر ایله
گوللو گوشواره لر ایله
شئعر-و موسیقی شاباش اولمادا، افشاندی پریشان
سانکی آغ شاهیدیر اولماقدا گلین باشینا افشان
نه گلینلر کی، نه انلیک اوزه سورته رلر، نه کیرشان
یاخا نه تولکو نه دووشان
آغ پریلر، ساری کؤینه کلی بولودلاردان ائنیرلر
سود گؤلونده ملکه ایله چیمه رکن سئوینیرلر
سئوینیرلر، اؤیونورلر
قووزاناندا هله الده دولو بیر جام آپاریرلار
سانکی چنگیلره، شاعیرلره ایلهام آپاریرلار
دریا قیزلارینا پئیغام آپاریرلار
دنیزین اؤرتویو ماوی، اوفوقون سقفی سماوی
آینادیر هر نه باخیرسان: یئر اولوب گؤیله موساوی
غرق اونون شئعرینه راوی
غورفه لر، آی، بولود آلتیندا اولار تک گؤرونورلر
گؤز آچیب-یومما، چیراقلار کیمی یاندیقدا سؤنورلر
صحنه لر چرخ-ی فلک تک بورونوب، گاه دا چؤنورلر
کؤلگه لیکلر سورونورلر
زوهره ائیواندا ايلاهه شینئلینده گؤرونه رکن
باخسان حافيظ´ی ده اوردا صلابتله گؤره رسه ن
نه سئوه رسه ن
گاه گؤره ن حافظ-ي شیراز ایله بالکاندا دوروبلار
گاه گؤره ن اورتادا شطرنج قورارکن اوتوروبلار
گاه گؤره ن سازیله، آوازیله ائیله نجه قوروبلار
سانکی ساغر ده ووروبلار
خاجه الحان اوخویاندا، هامی ایشدن دایانیرلار
او نوالرله پریلر گاه اویوب گاه اویانیرلار
لاله لر شٶعله سی، الوان شیشه رنگی بویانیرلار
نه خومار گؤزلو یانیرلار
قاناد ایسته ر بو اوفوق، قوی قالا ترلانلی سهند´یم
ائشیت اؤز قیصصه می، دستانیمی، دستانلی سهند´یم
سنی حئیدر بابا او نعره لر ایله چاغیراندا
او سفیل داردا قالان تولکو قووان شئر باغیراندا
شئیطانین شیللاغا قالخان قاتیری نوخدا قیراندا
بابا قورقور (؟) سسین آلدیم، دئدیم آرخامدی، ایناندیم
آرخا دوردوقدا سهند´یم ساوالان تک هاوالاندیم
سئله قارشی قووالاندیم
جوشقون´ون دا قانی داشدی، منه بیر هایلی سس اولدو
هر سسیز بیر نفس اولدو
باکی داغلاری دا، های وئردی سسه، قیها اوجالدی
او تایین نعره سی سانکی بو تایدان دا باج آلدی
قورد آجالدیقدا قوجالدی
راحیم´ین نعره سی قووزاندی، دییه ن توپلار آتیلدی
سئل گلیب نهره قاتیلدی
روستم´ین توپلاری سسله ندی، دییه ن بوملار آچیلدی
بیزه گول-غونچا ساچیلدی
قورخما گلدیم دییه، سسلرده منه جان دئدی قارداش
منه جان-جان دییه ره ک، دوشمنه قان-قان دئدی قارداش
شهریيار سؤیله مه دن گاه منه سولطان دئدی قارداش
من ده جانیم چیغیریب: جان سنه قوربان دئدی قارداش
یاشا اوغلان سیزه داغ-داش دلی جئیران دئدی قارداش
ائل، سیزه قافلان دئدی قارداش
داغ، سیزه آسلان دئدی قارداش
داغلی حئیدربابا´نین آرخاسی هر یئرده داغ اولدو
داغا داغلار دایاق اولدو
آراز´یم آینا-چیراق قویمادا،آیدین شافاق اولدو
او تایین نغمه سی قووزاندی، اوره کلر قولاق اولدو
یئنه قارداش دییه ره ک قاچمادا باشلار آیاق اولدو
قاچدیق، اوزله شدیک آرازدا، یئنه گؤزلر بولاق اولدو
یئنه غملر قالاق اولدو
یئنه قارداش سایاغی سؤزلریمیز بیر سایاق اولدو
وصل اییین آلمادا، ال چاتمادی عئشقیم داماق اولدو
هله لیک غم سارالارکن قارالار دؤندو آغ اولدو
آراز´ین سو گؤلو داشدی، قایالیقلار دا باغ اولدو
ساری سونبوللره زولف ایچره اوراقلار داراق اولدو
یونجالیقلار یئنه بیلدیرچینه یای-یاز یاتاق اولدو
گؤزده یاشلار چیراق اولدو
لاله بیتدی یاناق اولدو
غونچا گولدو، دوداق اولدو
نه سول اولدو، نه ساغ اولدو
ائلیمی آرخامی گؤردوکده ظالیم اووچو قیسیلدی
سئل کیمی ظولمو باسیلدی، زینه آرخ اولدو، کسیلدی
گول گؤزوندن یاشی سیلدی
تور قوران اووچو آتين قوومادا سیندی، گئری قالدی
اؤزو گئتدی، تورو قالدی
آمما حئیدربابا دا بیلدی کی، بیز تک هامی داغلار
باغلانیب قول-قولا زنجیرده، بولودلار اودور آغلار
نه بیلیم بلکه طبیعت اؤزو نامرده گون آغلار
ایری یوللاری آچارکن، دوز اولان قوللاری باغلار
صاف اولان سینه نی داغلار
داغلارین هر نه قوچو، ترلانی، جئیرانی، مارالی
هامی دوشگون، هامی پوزغون، سینه لر داغلی، یارالی
گول آچان یئرده سارالی
آمما ظن ائتمه کی، داغلار یئنه قالخان اولاجاقدیر
محشر اولماقدادی بونلار داها وولقان اولاجاقدیر
ظولم دونیاسی یانارکن ده تیلیت قان اولاجاقدیر
وای ...! نه توفان اولاجاقدیر
دردیمیز سانما کی، بیر تبریز-و تئهران´دیر عزیزیم
یا کی، بیز تورک´ه جهننم اولان ایران´دير عزیزیم
یوخ بو دین داعواسیدیر، دونیا تیلیت قاندیر عزیزیم
تورک اولا، فارس اولا دوزلوک داها تالاندیر عزیزیم
بیز آتان دیندیر، آتان دا بیزی ایماندیر عزیزیم
سامیری مروتد ائدیب هه نه (؟) موسلماندیر عزیزیم
اوممه تین هارون´و من تک، له له گیریاندی عزیزم
هر طرفدن قیلیج ائندیرسه لر (؟) قالخاندیر عزیزیم
بیر بیزیم درمانیمیز موسی-يي عيمران´دیر عزیزیم
گله جک شوبهه سی یوخ، آیه-يی قورآندیر عزیزیم
او هامی دردلره درماندیر عزیزیم
دوقتور اولدوقدا بشر بو یارانی ساغلاماق اولماز
اولماسا آللاه الی دین مرضین چاغلاماق اولماز
داغلاماق دا علاج اولسا بیر ائلی داغلاماق اولماز
دینی آتمیش ائله یاوروم داها بئل باغلاماق اولماز
او گولوب آغلایا دا، اونلا گولوب آغلاماق اولماز
شئیطانی یاغلاماق اولماز
دئدین: آذر ائلینین بیر یارالی نیسگیلییه م من
نیسگیل اولسام دا گولوم بیر ابدی سئوگیلییه م من
ائل منی آتسا دا اؤز گوللریمین بولبولویه م من
ائلیمین فارسیجا دا دردینی سؤیله ر دیلییه م من
دینه دوغرو نه قارانلیق ایسه ائل مشعلییه م من
ادبیيات گولویه م من
نیسگیل اول چرچییه قالسین کی جواهیر نه دی قانمیر
مدنیيت دبین ائیلیر بدويیت، بیر اوتانمیر
گون گئدیر آز قالا باتسین گئجه سیندن بیر اویانمیر
بیر اؤز احوالینا یانمیر
آتار اینسانلیغی آمما یالان انسابی آتانماز
فیتنه قووزانماسا بیر گون گئجه آسوده یاتانماز
باشی باشلارا قاتانماز
آمما مندن ساری، سن آرخایین اول شانلی سهند´یم
دلی جئیرانلی سهند´یم
من داها عرش-ي اعلا کؤلگه سی تک باشدا تاجیم وار
الده فيرعون´ا قنیم بیر آغاجیم وار
حرجیم یوخ، فرجیم وار
من علی اوغلویام، آزاده لرین مرد-و مورادی
او قارانلیقلارا مشعل
او ایشیقلیقلارا هادی
حاققا، ایمانا مونادی
باشدا سینماز سیپریم، الده کوته لمه ز قیلیجیم وار
سون
آتا شهریار
حیدر بابایا بیر سلام
(١ )
حيدربابا ، ايلديريملار شاخاندا
سئللر ، سولار ، شاققيلدييوب آخاندا
قيزلار اوْنا صف باغلييوب باخاندا
سلام اولسون شوْکتوْزه ، ائلوْزه !
منيم دا بير آديم گلسين ديلوْزه
(٢)
حيدربابا ، کهليک لروْن اوچاندا
کوْل ديبينَّن دوْشان قالخوب ، قاچاندا
باخچالارون چيچکلنوْب ، آچاندا
بيزدن ده بير موْمکوْن اوْلسا ياد ائله
آچيلميان اوْرکلرى شاد ائله
(٣)
بايرام يئلى چارداخلارى ييخاندا
نوْروز گوْلى ، قارچيچکى ، چيخاندا
آغ بولوتلار کؤينکلرين سيخاندا
بيزدن ده بير ياد ائلييه ن ساغ اوْلسون
دردلريميز قوْى ديّکلسين ، داغ اوْلسون
(٤)
حيدربابا ، گوْن دالووى داغلاسين !
اوْزوْن گوْلسوْن ، بولاخلارون آغلاسين !
اوشاخلارون بير دسته گوْل باغلاسين !
يئل گلنده ، وئر گتيرسين بويانا
بلکه منيم ياتميش بختيم اوْيانا
(٥)
حيدربابا ، سنوْن اوْزوْن آغ اوْلسون !
دؤرت بير يانون بولاغ اوْلسون باغ اوْلسون !
بيزدن سوْرا سنوْن باشون ساغ اوْلسون !
دوْنيا قضوْ-قدر ، اؤلوْم-ايتيمدى
دوْنيا بوْيى اوْغولسوزدى ، يئتيمدى
(6)
حيدربابا ، يوْلوم سنَّن کج اوْلدى
عؤمروْم کئچدى ، گلممه ديم ، گئج اوْلدى
هئچ بيلمه ديم گؤزللروْن نئج اوْلدى
بيلمزيديم دؤنگه لر وار ، دؤنوْم وار
ايتگين ليک وار ، آيريليق وار ، اوْلوْم وار
(7)
حيدربابا ، ايگيت اَمَک ايتيرمز
عؤموْر کئچر ، افسوس بَرَه بيتيرمز
نامرد اوْلان عؤمرى باشا يئتيرمز
بيزده ، واللاه ، اونوتماريق سيزلرى
گؤرنمسک حلال ائدوْن بيزلرى
(8)
حيدربابا ، ميراژدر سَسلننده
کَند ايچينه سسدن - کوْيدن دوْشنده
عاشيق رستم سازين ديللنديرنده
يادوندادى نه هؤلَسَک قاچارديم
قوشلار تکين قاناد آچيب اوچارديم
(9)
شنگيل آوا يوردى ، عاشيق آلماسى
گاهدان گئدوب ، اوْردا قوْناق قالماسى
داش آتماسى ، آلما ، هيوا سالماسى
قاليب شيرين يوخى کيمين ياديمدا
اثر قويوب روحومدا ، هر زاديمدا
(10)
حيدربابا ، قورى گؤلوْن قازلارى
گديکلرين سازاخ چالان سازلارى
کَت کؤشنين پاييزلارى ، يازلارى
بير سينما پرده سى دير گؤزوْمده
تک اوْتوروب ، سئير ائده رم اؤزوْمده
(11)
حيدربابا ، قره چمن جاداسى
چْووشلارين گَلَر سسى ، صداسى
کربليا گئدنلرين قاداسى
دوْشسون بو آج يوْلسوزلارين گؤزوْنه
تمدّونون اويدوخ يالان سؤزوْنه
(12)
حيدربابا ، شيطان بيزى آزديريب
محبتى اوْرکلردن قازديريب
قره گوْنوْن سرنوشتين يازديريب
ساليب خلقى بير-بيرينن جانينا
باريشيغى بلشديريب قانينا
(13)
گؤز ياشينا باخان اوْلسا ، قان آخماز
انسان اوْلان بئلينه تاخماز
آمما حئييف کوْر توتدوغون بوراخماز
بهشتيميز جهنّم اوْلماقدادير !
ذى حجّه ميز محرّم اوْلماقدادير
(14)
خزان يئلى يارپاخلارى تؤکنده
بولوت داغدان يئنيب ، کنده چؤکنده
شيخ الاسلام گؤزل سسين چکنده
نيسگيللى سؤز اوْرکلره دَيَردى
آغاشلار دا آللاها باش اَيَردى
(15)
داشلى بولاخ داش-قومونان دوْلماسين !
باخچالارى سارالماسين ، سوْلماسين !
اوْردان کئچن آتلى سوسوز اولماسين !
دينه : بولاخ ، خيرون اوْلسون آخارسان
افقلره خُمار-خُمار باخارسان
(16)
حيدر بابا ، داغين ، داشين ، سره سى
کهليک اوْخور ، داليسيندا فره سى
قوزولارين آغى ، بوْزى ، قره سى
بير گئديديم داغ-دره لر اوزونى
اوْخويئديم : « چوْبان ، قيتر قوزونى »
(17)
حيدر بابا ، سولى يئرين دوْزوْنده
بولاخ قئنير چاى چمنين گؤزونده
بولاغ اوْتى اوْزَر سويون اوْزوْنده
گؤزل قوشلار اوْردان گليب ، گئچللر
خلوتليوْب ، بولاخدان سو ايچللر
(18)
بيچين اوْستى ، سونبول بيچن اوْراخلار
ايله بيل کى ، زوْلفى دارار داراخلار
شکارچيلار بيلديرچينى سوْراخلار
بيچين چيلر آيرانلارين ايچللر
بيرهوشلانيب ، سوْننان دوروب ، بيچللر
(19)
حيدربابا ، کندين گوْنى باتاندا
اوشاقلارون شامين ئييوب ، ياتاندا
آى بولوتدان چيخوب ، قاش-گؤز آتاندا
بيزدن ده بير سن اوْنلارا قصّه ده
قصّه ميزده چوخلى غم و غصّه ده
(20)
قارى ننه گئجه ناغيل دييَنده
کوْلک قالخيب ، قاپ-باجانى دؤيَنده
قورد گئچينين شنگوْلوْسون يينده
من قاييديب ، بيرده اوشاق اوْلئيديم
بير گوْل آچيب ، اوْندان سوْرا سوْلئيديم
(21)
عمّه جانين بال بلله سين ييه رديم
سوْننان دوروب ، اوْس دوْنومى گييه رديم
باخچالاردا تيرينگَنى دييه رديم
آى اؤزومى اوْ ازديرن گوْنلريم !
آغاج مينيپ ، آت گزديرن گوْنلريم !
(22)
هَچى خالا چايدا پالتار يوواردى
مَمَد صادق داملارينى سوواردى
هئچ بيلمزديک داغدى ، داشدى ، دوواردى
هريان گلدى شيلاغ آتيب ، آشارديق
آللاه ، نه خوْش غمسيز-غمسيز ياشارديق
(23)
شيخ الاسلام مُناجاتى دييه ردى
مَشَدرحيم لبّاده نى گييه ردى
مشْدآجلى بوْز باشلارى ييه ردى
بيز خوْشودوق خيرات اوْلسون ، توْى اوْلسون
فرق ائلَمَز ، هر نوْلاجاق ، قوْى اولسون
(24)
ملک نياز ورنديلين سالاردى
آتين چاپوپ قئيقاجيدان چالاردى
قيرقى تکين گديک باشين آلاردى
دوْلائيا قيزلار آچيپ پنجره
پنجره لرده نه گؤزل منظره !
(25)
حيدربابا ، کندين توْيون توتاندا
قيز-گلينلر ، حنا-پيلته ساتاندا
بيگ گلينه دامنان آلما آتاندا
منيم ده اوْ قيزلاروندا گؤزوم وار
عاشيقلارين سازلاريندا سؤزوم وار
(26)
حيدربابا ، بولاخلارين يارپيزى
بوْستانلارين گوْل بَسَرى ، قارپيزى
چرچيلرين آغ ناباتى ، ساققيزى
ايندى ده وار داماغيمدا ، داد وئرر
ايتگين گئدن گوْنلريمدن ياد وئرر
(27)
بايراميدى ، گئجه قوشى اوخوردى
آداخلى قيز ، بيگ جوْرابى توْخوردى
هرکس شالين بير باجادان سوْخوردى
آى نه گؤزل قايدادى شال ساللاماق !
بيگ شالينا بايرامليغين باغلاماق !
(28)
شال ايسته ديم منده ائوده آغلاديم
بير شال آليب ، تئز بئليمه باغلاديم
غلام گيله قاشديم ، شالى ساللاديم
فاطمه خالا منه جوراب باغلادى
خان ننه مى يادا ساليب ، آغلادى
(29)
حيدربابا ، ميرزَممدين باخچاسى
باخچالارين تورشا-شيرين آلچاسى
گلينلرين دوْزمه لرى ، طاخچاسى
هى دوْزوْلر گؤزلريمين رفينده
خيمه وورار خاطره لر صفينده
(30)
بايرام اوْلوب ، قيزيل پالچيق اَزَللر
ناققيش ووروب ، اوتاقلارى بَزَلل
رطاخچالارا دوْزمه لرى دوْزللر
قيز-گلينين فندقچاسى ، حناسى
هَوَسله نر آناسى ، قايناناسى
(31)
باکى چى نين سؤزى ، سوْوى ، کاغيذى
اينکلرين بولاماسى ، آغوزى
چرشنبه نين گيردکانى ، مويزى
قيزلار دييه ر : « آتيل ماتيل چرشنبه
آينا تکين بختيم آچيل چرشنبه »
(32)
يومورتانى گؤيچک ، گوللى بوْيارديق
چاققيشديريب ، سينانلارين سوْيارديق
اوْيناماقدان بيرجه مگر دوْيارديق ؟
على منه ياشيل آشيق وئرردى
ارضا منه نوروزگوْلى درردى
(33)
نوْروز على خرمنده وَل سوْرردى
گاهدان يئنوب ، کوْلشلرى کوْرردى
داغدان دا بير چوْبان ايتى هوْرردى
اوندا ، گؤردن ، اولاخ اياخ ساخلادى
داغا باخيب ، قولاخلارين شاخلادى
(34)
آخشام باشى ناخيرينان گلنده
قوْدوخلارى چکيب ، ووراديق بنده
ناخير گئچيب ، گئديب ، يئتنده کنده
حيوانلارى چيلپاق مينيب ، قوْوارديق
سؤز چيخسايدى ، سينه گريب ، سوْوارديق
(35)
ياز گئجه سى چايدا سولار شاريلدار
داش-قَيه لر سئلده آشيب خاريلدار
قارانليقدا قوردون گؤزى پاريلدار
ايتلر ، گؤردوْن ، قوردى سئچيب ، اولاشدى
قورددا ، گؤردوْن ، قالخيب ، گديکدن آشدى
(36)
قيش گئجه سى طؤله لرين اوْتاغى
کتليلرين اوْتوراغى ، ياتاغى
بوخاريدا يانار اوْتون ياناغى
شبچره سى ، گيردکانى ، ايده سى
کنده باسار گوْلوْب - دانيشماق سسى
(37)
شجاع خال اوْغلونون باکى سوْقتى
دامدا قوران سماوارى ، صحبتى
ياديمدادى شسلى قدى ، قامتى
جؤنممه گين توْيى دؤندى ، ياس اوْلدى
ننه قيزين بخت آيناسى کاس اوْلدى
(38)
حيدربابا ، ننه قيزين گؤزلرى
رخشنده نين شيرين-شيرين سؤزلرى
ترکى دئديم اوْخوسونلار اؤزلرى
بيلسينلر کى ، آدام گئدر ، آد قالار
ياخشى-پيسدن آغيزدا بير داد قالار
(39)
ياز قاباغى گوْن گوْنئيى دؤيَنده
کند اوشاغى قار گوْلله سين سؤيَنده
کوْرکچى لر داغدا کوْرک زوْيَنده
منيم روحوم ، ايله بيلوْن اوْردادور
کهليک کيمين باتيب ، قاليب ، قاردادور
(40)
قارى ننه اوزاداندا ايشينى
گوْن بولوتدا اَييرردى تشينى
قورد قوْجاليب ، چکديرنده ديشينى
سوْرى قالخيب ، دوْلائيدان آشاردى
بايدالارين سوْتى آشيب ، داشاردى
(41)
خجّه سلطان عمّه ديشين قيساردى
ملا باقر عم اوغلى تئز ميساردى
تندير يانيب ، توْسسى ائوى باساردى
چايدانيميز ارسين اوْسته قايناردى
قوْورقاميز ساج ايچينده اوْيناردى
(42)
بوْستان پوْزوب ، گتيررديک آشاغى
دوْلدوريرديق ائوده تاختا-طاباغى
تنديرلرده پيشيررديک قاباغى
اؤزوْن ئييوْب ، توخوملارين چيتدارديق
چوْخ يئمکدن ، لاپ آز قالا چاتدارديق
(43)
ورزغان نان آرموت ساتان گلنده
اوشاقلارين سسى دوْشردى کنده
بيزده بوياننان ائشيديب ، بيلنده
شيللاق آتيب ، بير قيشقريق سالارديق
بوغدا وئريب ، آرموتلاردان آلارديق
(44)
ميرزاتاغى نان گئجه گئتديک چايا
من باخيرام سئلده بوْغولموش آيا
بيردن ايشيق دوْشدى اوْتاى باخچايا
اى واى دئديک قورددى ، قئيتديک قاشديق
هئچ بيلمه ديک نه وقت کوْللوکدن آشديق
(45)
حيدربابا ، آغاجلارون اوجالدى
آمما حئييف ، جوانلارون قوْجالدى
توْخليلارون آريخلييب ، آجالدى
کؤلگه دؤندى ، گوْن باتدى ، قاش قَرَلدى
قوردون گؤزى قارانليقدا بَرَلدى
(46)
ائشيتميشم يانير آللاه چيراغى
داير اوْلوب مسجديزوْن بولاغى
راحت اوْلوب کندين ائوى ، اوشاغى
منصورخانين الي-قوْلى وار اوْلسون
هاردا قالسا ، آللاه اوْنا يار اوْلسون
(47)
حيدربابا ، ملا ابراهيم وار ، يا يوْخ ؟
مکتب آچار ، اوْخور اوشاقلار ، يا يوْخ ؟
خرمن اوْستى مکتبى باغلار ، يا يوْخ ؟
مندن آخوندا يتيررسن سلام
ادبلى بير سلامِ مالاکلام
(48)
خجّه سلطان عمّه گئديب تبريزه
آمما ، نه تبريز ، کى گلممير بيزه
بالام ، دورون قوْياخ گئداخ ائمميزه
آقا اؤلدى ، تو فاقيميز داغيلدى
قوْيون اوْلان ، ياد گئدوْبَن ساغيلدى
(49)
حيدربابا ، دوْنيا يالان دوْنيادى
سليماننان ، نوحدان قالان دوْنيادى
اوغول دوْغان ، درده سالان دوْنيادى
هر کيمسَيه هر نه وئريب ، آليبدى
افلاطوننان بير قورى آد قاليبدى
(50)
حيدربابا ، يار و يولداش دؤندوْلر
بير-بير منى چؤلده قوْيوب ، چؤندوْلر
چشمه لريم ، چيراخلاريم ، سؤندوْلر
يامان يئرده گؤن دؤندى ، آخشام اوْلدى
دوْنيا منه خرابه شام اوْلدى
(51)
عم اوْغلينان گئدن گئجه قيپچاغا
آى کى چيخدى ، آتلار گلدى اوْيناغا
ديرماشيرديق ، داغلان آشيرديق داغا
مش ممى خان گؤى آتينى اوْيناتدى
تفنگينى آشيردى ، شاققيلداتدى
(52)
حيدربابا ، قره کوْلون دره سى
خشگنابين يوْلى ، بندى ، بره سى
اوْردا دوْشَر چيل کهليگين فره سى
اوْردان گئچر يوردوموزون اؤزوْنه
بيزده گئچک يوردوموزون سؤزوْنه
(53)
خشگنابى يامان گوْنه کيم ساليب ؟
سيدلردن کيم قيريليب ، کيم قاليب ؟
آميرغفار دام-داشينى کيم آليب ؟
بولاخ گنه گليب ، گؤلى دوْلدورور ؟
ياقورويوب ، باخچالارى سوْلدورور ؟
(54)
آمير غفار سيدلرين تاجييدى
شاهلار شکار ائتمه سى قيقاجييدى
مَرده شيرين ، نامرده چوْخ آجييدى
مظلوملارين حقّى اوْسته اَسَردى
ظالم لرى قيليش تکين کَسَردى
(55)
مير مصطفا دايى ، اوجابوْى بابا
هيکللى ،ساققاللى ، توْلستوْى بابا
ائيلردى ياس مجلسينى توْى بابا
خشگنابين آبروسى ، اَردَمى
مسجدلرين ، مجلسلرين گؤرکَمى
(56)
مجدالسّادات گوْلردى باغلارکيمى
گوْروْلدردى بولوتلى داغلارکيمى
سؤز آغزيندا اريردى ياغلارکيمى
آلنى آچيق ، ياخشى درين قاناردى
ياشيل گؤزلر چيراغ تکين ياناردى
(57)
منيم آتام سفره لى بير کيشييدى
ائل اليندن توتماق اوْنون ايشييدى
گؤزللرين آخره قالميشييدى
اوْننان سوْرا دؤنرگه لر دؤنوْبلر
محبّتين چيراخلارى سؤنوْبلر
(58)
ميرصالحين دلى سوْلوق ائتمه سى
مير عزيزين شيرين شاخسِى گئتمه سى
ميرممّدين قورولماسى ، بيتمه سى
ايندى دئسک ، احوالاتدى ، ناغيلدى
گئچدى ، گئتدى ، ايتدى ، باتدى ، داغيلدى
(59)
مير عبدوْلوْن آيناداقاش ياخماسى
جؤجيلريندن قاشينين آخماسى
بوْيلانماسى ، دام-دوواردان باخماسى
شاه عبّاسين دوْربوْنى ، يادش بخير !
خشگنابين خوْش گوْنى ، يادش بخير !
(60)
ستاره عمّه نزيک لرى ياپاردى
ميرقادر ده ، هر دم بيرين قاپاردى
قاپيپ ، يئيوْب ، دايچاتکين چاپاردى
گوْلمه ليدى اوْنون نزيک قاپپاسى
عمّه مينده ارسينينين شاپپاسى
(61)
حيدربابا ، آمير حيدر نئينيوْر ؟
يقين گنه سماوارى قئينيوْر
داى قوْجاليب ، آلت انگينن چئينيوْر
قولاخ باتيب ، گؤزى گيريب قاشينا
يازيق عمّه ، هاوا گليب باشينا
(62)
خانم عمّه ميرعبدوْلوْن سؤزوْنى
ائشيدنده ، ايه ر آغز-گؤزوْنى
مَلْکامِدا وئرر اوْنون اؤزوْنى
دعوالارين شوخلوغيلان قاتاللار
اتى يئيوْب ، باشى آتيب ، ياتاللار
(63)
فضّه خانم خشگنابين گوْلييدى
آميريحيا عمقزينون قولييدى
رُخساره آرتيستيدى ، سؤگوْلييدى
سيّد حسين ، مير صالحى يانسيلار
آميرجعفر غيرتلى دير ، قان سالار
(64)
سحر تئزدن ناخيرچيلار گَلَردى
قوْيون-قوزى دام باجادا مَلَردى
عمّه جانيم کؤرپه لرين بَلَردى
تنديرلرين قوْزاناردى توْسيسى
چؤرکلرين گؤزل اييى ، ايسيسى
(65)
گؤيرچينلر دسته قالخيب ، اوچاللار
گوْن ساچاندا ، قيزيل پرده آچاللار
قيزيل پرده آچيب ، ييغيب ، قاچاللار
گوْن اوجاليب ، آرتارداغين جلالى
طبيعتين جوانلانار جمالى
(66)
حيدربابا ، قارلى داغلار آشاندا
گئجه کروان يوْلون آزيب ، چاشاندا
من هارداسام ، تهراندا يا کاشاندا
اوزاقلاردان گؤزوم سئچر اوْنلارى
خيال گليب ، آشيب ، گئچر اوْنلارى
(67)
بير چيخئيديم دام قيه نين داشينا
بير باخئيديم گئچميشينه ، ياشينا
بير گورئيديم نه لر گلميش باشينا
منده اْونون قارلاريلان آغلارديم
قيش دوْندوران اوْرکلرى داغلارديم
(68)
حيدربابا ، گوْل غنچه سى خنداندى
آمما حئيف ، اوْرک غذاسى قاندى
زندگانليق بير قارانليق زينداندى
بو زيندانين دربچه سين آچان يوْخ
بو دارليقدان بيرقورتولوب ، قاچان يوْخ
(69)
حيدربابا گؤيلر بوْتوْن دوماندى
گونلريميز بير-بيريندن ياماندى
بير-بيروْزدن آيريلمايون ، آماندى
ياخشيليغى اليميزدن آليبلار
ياخشى بيزى يامان گوْنه ساليبلار
(70)
بير سوْروشون بو قارقينميش فلکدن
نه ايستيوْر بو قوردوغى کلکدن ؟
دينه گئچيرت اولدوزلارى الکدن
قوْى تؤکوْلسوْن ، بو يئر اوْزى داغيلسين
بو شيطانليق قورقوسى بير ييغيلسين
(71)
بير اوچئيديم بو چيرپينان يئلينن
باغلاشئيديم داغدان آشان سئلينن
آغلاشئيديم اوزاق دوْشَن ائلينن
بير گؤرئيديم آيريليغى کيم سالدى
اؤلکه ميزده کيم قيريلدى ، کيم قالدى
(72)
من سنون تک داغا سالديم نَفَسى
سنده قئيتر ، گوْيلره سال بوسَسى
بايقوشوندا دار اوْلماسين قفسى
بوردا بير شئر داردا قاليب ، باغيرير
مروّت سيز انسانلارى چاغيرير
(73)
حيدربابا ، غيرت قانون قاينارکن
قره قوشلار سنَّن قوْپوپ ، قالخارکن
اوْ سيلديريم داشلارينان اوْينارکن
قوْزان ، منيم همّتيمى اوْردا گؤر
اوردان اَييل ، قامتيمى داردا گؤر
(74)
حيدربابا . گئجه دورنا گئچنده
کوْراوْغلونون گؤزى قارا سئچنده
قير آتينى مينيب ، کسيب ، بيچنده
منده بوردان تئز مطلبه چاتمارام
ايوز گليب ، چاتميونجان ياتمارام(75)
حيدربابا ، مرد اوْغوللار دوْغگينان
نامردلرين بورونلارين اوْغگينان
گديکلرده قوردلارى توت ، بوْغگينان
قوْى قوزولار آيين-شايين اوْتلاسين
قوْيونلارون قويروقلارين قاتلاسين
(76)
حيدربابا ، سنوْن گؤيلوْن شاد اوْلسون
دوْنيا وارکن ، آغزون دوْلى داد اوْلسون
سنَّن گئچن تانيش اوْلسون ، ياد اوْلسون
دينه منيم شاعر اوْغلوم شهريار
بير عمر دوْر غم اوْستوْنه غم قالار
(۱) حيدربابا گلديم سنى يوخليام
بير ده ياتام قوجاغوندا يوخليام
عمرى قوام بلكه بوردا حاخليام
اوشاقليغا ديم بيزه گلسن بير
ايدين گونلر آغلار يوزه گلسن بير
(۲) حيدربابا چكدون منى گتيردون
يوردوموزا، يواميزا يتيردون
يوسفوى اوشاق ايكن ايتيردون
قوجا يعقوب ايتميشسمده تاپوپسان
قاواليوب قورد آغزينان قاپوپسان
(۳) گدنلرين يرى بوردا، گورونور
خانم ننم آغ كقنين بورونور
داليمجادور، هارا گديم سورونور
بالا گلدون؟ نيه بله گژ گلدون
صبريم سنن گلشدى سن گوژ گلدون
(۴) من گوردوگوم كروان چاتوپ كچپدى
آيريليغن شربتنى ايچيپدى
عمرموزون كچى بوردان گچيپدى
گچيپ گديپ گدر گلمز يولارا
توزى قونوپ بو داشلارا كولارا
(۵) بوردا شيرين خاطرهلر ياتوپلار
داشلاريلان باشى باشا چاتوپلار
آشناليغين داشين بيزدن آتوپلار
من باخاندا قاوزايلار باخيلار
بيرده ياتوپ ياندريلار ياخيلار
(۶) قبيله ميز بوردا قوروپ اجاغى
ايندى اولموش قورد قوشلارون ياتاغى
گون باتاندا سونر بوتون چراغى
و بلدة ليس لها انيس
الا اليعافير و الا العيس
(۷) زمان گچير افق لرده توز قالير
كروان كيمى اوزاقلاردا توز سالير
دومان گلير يوركلرى چولقلير
يورك دير زمان كچمه، آمان دور
كچنلرده گوزوم وار بير داياندور
(۸) روزگارين دگرمانى فيرلانير
مخلوق اونون ديشلرينه تولانير
باخ كه گنه بشر نجه آلانير
هميشه ليك شادليق اومور اوزينه
قبرى گورور توز قوندورمور يوزينه
(۹) كهنه لرين سور سموكى دارتلوپ
قورتولانون چول چوخاسى يرتلوپ
ملا ابراهيم لاپ اريوب قورتلوپ
شيخ الاسلام سهمان قالوپ قبراخدى
نوروز على قاچاق گچيپ قوچاخدى
(۱۰) عاهيلارون يتمش كفن چورودوپ
جاهيلارى دنيا غمى كريدوپ
قيز گلينلر ات جانلارى اريدوپ
رخشندهنين نوه دوتور الينى
ننه قذين كوركنى گلينى
(۱۱) چوق شكرى وار، گنه گلدوخ گوروشدوخ
ايتنلردن بيتنلردن سوروشدوخ
كوسموشدوخدا آلله قويسا باريشدوخ
بيرده گوروش قسمت اولا، اولميه
عمرلرده فرصت اولا، اولميه
(۱۲) بوردا خيال ميدانلارى گنيشدى
داغلار داشلار بوتون منله تانيشدى
گورجك منى حيدربابا دانيشدى
بو نه سسدر سن عالمه سالوپسان
گل بير گورك اوزون هاردا قالوپسان
(۱۳) كجاويله بو چايدان چوق گچميشيك
بو چشمهلردن نه سولار ايچميشيك
بو يونجاليقلاردا كسوب بيچميشيك
چپيشلرى قيديخليان گونلريم
چپيش گيمى اويناخليان گونلريم
(۱۴) بو خرمنده آرادان خير اوينارديخ
جومالاشوب قاريشقا تك قاينارديخ
يواش يواش باخچالارا آغنارديخ
آغاجلاردان چلينك آغاج كسرديك
قوروخجونون قورخوسوندان اسرديك
(۱۵) بو طوله ده سارى اينك دوغاردى
خانم نم اينكلرى ساغاردى
آنا ايسى دام ديواردان ياغاردى
من بزوى قوجاقلارديم قاشماسين
ديردى باخ بايدا دولسين داشماسين
(۱۶) بو داملاردا چوخلى جزيخ آتمشام
اوشاقلارين آشيقلارين اوتمشام
قورقوشوملى سقه آلوپ ساتمشام
اوشاق نجه هيچ زادينان شاد اولار
ايندى بيزيم غمى دوتمور دنيالار
(۱۷) مكتب قالير اوشاقلار درس آليلار
هى يازيلار هىپوزيلار، ياليلار
ملا ابراهيم اوزى اوى قاليلار
آما بيزيم يولداشلاردان قالان يوق
بونلاردان بير بيزى يادا سالان يوق
(۱۸) بير وقتينده بو مكتب پرگار ايدى
بير مسيب بير ممدسن وار ايدى
بيرى خلفه، بيرى ورزشكار ايدى
آخود بيزله اويناماغا گدردى
ازى بيزه اويناماق ارگدردى
(۱۹) دديم بالام او مدسن نولوپدى
معلوم اولدى طفيل جوان الوپدى
نه وار نه وار، بورنونان قان گلوپدى
بير يل اسير باخيرسان ممدسن يوق
بو كتده بير بورون قانين كسن يوق
(۲۰) ديم ديون مسيبه نه گكدى
غلام گوردوم آغلار گوزيله گلدى
دى اودا بهاليق دوشدى الدى
ديم يازيق بيزله حاسل بلنلر
بيتمينده آجلارينان النلر
(۲۱) بو مكتبده شعرين شهدين دادمشام
آخوندون آغزيندان قاپوپ اودمشام
گاهداندا بير آخوندى آلادمشام
باشيم آغرير ديوپ قاچوپ گتميشم
باخچالاردا گدوب گوزدن ايتميشم
(۲۲) آزاد اولاندا مكتبرن چخارديخ
هجوم وروپ بيرىبرين سخارديخ
يولدا هر نه گلدى وروب يخارديخ
اوشاق ديمه ايپين قرميش دانا ده
بير دانادا ديمه اللى دانا ده
(۲۳) ملك نياز ايتگين گدوپ يوخ اولوب
امير اصلان سكته ايله يخلوب
هره قاچوپ بير دره ده سيخلوب
چرك غمى چيخوپ خلقين آينا
هر كس قالوب اوز جاننين هاينا
(۲۴) كتدى يازيق چراغ تاپير يانديرا
گوروم سيزون برقوز قالسين آندرا
كيم بو سوزى اربابلارا قاندرا
نه دور آخر بو ملتين گناهى
دوتسون سيزى گوروم مظلوملار آهى
(۲۵) هر نه آلير بها ورير قيمتى
اوجوز فقط اكينچينون زحمتى
بيتندن آرتيق بيچنون اجرتى
كند اوشاقى گدير يولدا ايشليه
اوردا بلكه قندى باپا ديشليه
(۲۶) كتدى گلين كيمى دنيانى بزر
اوز عورتى ياماخ ياماغه دزر
ايگنه بزر خلقى ازى لوت گزر
اينديده وار چرشابلارى آلباخدى
اوشاكلارون قيش پاچاسى چلپاخدى
(۲۷) بو باخچادا آش ترهسى اكرديك
هى سو آچوپ كرديه گوز تكرديك
چيقماق همين دريپ آشا تكرديك
فينقلشلار قاشيقلاردان آسلانى
ياغلى ديسم قورى آغزون ايسلانى
(۲۸) بو دشلرده قوزيلارى يايارديخ
آخماسونلار اولدز تكين سايارديخ
قوش قوانى چكوب داشا دايارديخ
قوش قوان دا ايله بيل كه قاباندى
قورد اوزاقدان دير بس كه چوباندى
(۲۹) خانم ننم ناخوش اولان ايليدى
قيش وار ايكن گولگيدى، يليدى
قيشدا چيقدى ياغيشيدى سليدى
يوك ياپنى هى چاتيردوخ كه گداخ
سل چيمخروب، مجبوريدوخ قيداخ
(۳۰) نيسان دوشدى بيزده دوشدوخ ياغيشا
كيم باجارا سيللريله بوغيشا
هى ديردوخ بلكه ياغيش يغيشا
بالا كيشى فايطونچميز گلميشدى
اماميه قهوهسنده قاكميشدى
(۳۱) بو زميده گدوپ گوزدن اترديك
تونقال قوروپ ستلرى اترديك
ديوپ گولمك مرادينه يترديك
ايلده گولسون، مرادينه يتشسون
يوركلرين يارالارى بتشسون
(۳۲) خلورچيلر بوردا خلور داشيردى
بو كولوكدن الاخلار ديرماشيردى
سلر كيمى، نعمت آشوپ داشيردى
هر ايش دييدون هر كيمه گورردى
جان درمانى ايستييدون وردى
(۳۳) ايندى بشر آج قورد تكين اودوخوپ
چمبلنتى، گوز قجردوپ، دوروخوپ
باخيلار كه گورسونر كيم سينخوپ
توكولسنلر اونون لشين يرتسونلار
هره بر ديش انسه سيندن قيرتسونلار
(۳۴) حيدربابا سنده دفينهلر وار
داغلار وديعهسى، خزينهلر وار
آما سنه بنزرده سينه لر وار
بو سينه لر داغلاريله دانشور
داغلار كيمى گوگلريله قونشور
(۳۵) گور هاردان من سنه سالديم نفسى
دديم قيتر سال عالمه بو سسى
سنده ياخشى سيمرغ ايتدون مگسى
سان كه قاناد وردون يله نسمه
هر طرفدن سس وردلر سسمه
(۳۶) حيدربابا سنى وطن بيلميشديم
وطن ديوب باش گتوروپ گلميشديم
سنى گوروب گوزياشيمى سيلميشديم
حلبو كه لاپ غملى غربت سنديميش
قارا زندان، آجى شربت سنديميش
(۳۷) كيم قالدى كه بذه بوغون بورمادى
آتدان آتدان بزه كلك قورمادى
بير مرد اوغول بزه هاوار دورمادى
شيطانلارى قوجاقليوب گزديز سيز
انسانلارى اياخليوب ازديز سيز
(۳۸) ديوار اوجالدى گون بيزه دوشمدى
زندان قارالدى گوز گوزى سشمدى
گوندوز گوزى منيم لامپام گشمدى
سلده باسدى امز دولوپ گول اولدى
چوق يازيغين اوى چونوپ چول اولدى
(۳۹) اول باشى مندن استقبال ايتديز
سونان چونوب ايشيمده اخلال ايتديز
اوز ظنوزجه استادى اغفال ايتديز
عيبى يوقدور كچر گدر عمردور
قيشدا چيقار، يوزى قارا كمردور
(۴۰) منيم يولوم محبت جاده سيدى
سون سوزلريم حقون ارادهسيدى
محبتون، رسالت وعده سيرى
يوقسا منده بير كسيله قرض يوق
سياست آدلى منده بير مرض يوق
(۴۱) حق نه ديور؟ كفره قارشى گتميوز
نوردان چيقوب ظلمات ايچره ايتميوز
فريلداغا فرفرا تك بتميوز
گوردوزده كه اولمادى كفرين ديبى
پولدا ورسه آلماغا تيكميش جيبى
(۴۲) شيطان بيزيم قبله ميزى چوندريب
آلله دين يولدان بيزى دوندريب
ايلانلى چشمه يه بيزى گندريب
منت قويور كه آرخوز نهر اولوب
بيز گوروروك سولار بيزه زهر اولوب
(۴۳) حيدربابا گليليخ دان نه چيقار
ظامون اوين صبر و تحمل يخار
درويش اولان صبرون الين برك سيخار
گل قيداخ چيقاق آقا دوزينه
گچاق گنه محبتون سوزينه
(۴۴) دينه اوشاق بيربريله ساذ اولسون
بلكه بو قيش برده چونوب ياز اولسون
چاى چمنلر، اردك اولسون غز اولسون
بيزده باخوب فرحلنوب بير اوچاق
سنيق سالخاخ قانادلارى بير آچاق
(۴۵) بو باخچادان آلچالارى دررديك
قيش آدينا چيقوب دامدا سررديك
هى ده چيقوپ يالانان چوندررديك
قيش زومارين يايدا ييوب دويارديق
بير كلى ده منت خلقه قويارديق
(۴۶) اولر قالير اوصاحبى يوق اوزى
اجاقلارين آنجاق ايشيلدير گوزى
گدنلرين چوق قليپدور سوزى
بيزدنده بير سوز قالاجاق آى آمان
كيملر بيزدن سالاجاق آى آمان
(۴۷) بيزدن سورا كرسيلرين تويندا
كندين ناغيلاريندا سوز سويندا
قار ننهنين چاخماغيندا قويندا
حيدربابا ازين قاتار سوزلره
ايشگى كيمى خمار ورر گوزلره
(۴۸) عاشيق دير بير نازلى يار واريميش
عشقيندن اودلانوب يانار واريميش
بير سازلى، سوزلى شهريار واريميش
اودلار سونوب اونون اودى سونميوپ
فلك چونوپ اونون چرخى چونميوپ
(۴۹) حيدربابا آلچاقلارون كشگ اولسون
بيزدن سورا قالانلارا عشق اولسون
كشمشلرون گلنلره مشق اولسون
اولاديميز مزهبنى دانماسون
هر ايچى بوش سوزلره آلدنماسون
آتــــــــــــا شهریار