تبليغاتX
پاییز یاپراغلاری - Bizim koroğlu 1
آپاردیلار گولومی - ائیله دیله ر ظولومی- نه قویدولار دانیشام - نه کسدیله ر دیلیمی

Bizim koroğlu 1

Bir gün varıydi bir gün yoxuydu. Bir evdə dörd adam yaşırdılar .Ata  ana bir oğln bir qız.Qızın adı ədalət oğlanın adı birlik iydi.Ata işçiydi . O hər gün dan yeri sökməmiş  işçilər meydanına gedərdi .Ogün ki iş düşəndə sevicək işliyib  əlinin əməyin alıb bazardan ev adamlarına yeyib işmək alardi amma o gün ki iş olmazdı mayıl müşkül evə qayıdardı.Uşağlar atasının əliboşluğuna baxmadan qaçıb atalarınin boynunu qucaxlayıb yorulmayasan deyərdilər.İllər günlər boylə keçirdi.Uşaxlar yavaş yavaş boyatıb böyüyürdülər amma ata ana tez tez yaşlanıb qocalırdılar.Ata bir soyux dəymədən sonar ösgürməsi kəsilmədi. Günu günə zəyiflirdi .Daha onu bir kəs işə aparmırdı.günləri yaman keçirdi.Dunyada tək varlıxları bir böyük ev ləri varıydi ki oda dədə mallarıydi.Çox gecələr o evdə ac yatıb ac yuxudan dururdular.ƏDALƏT ilk kilasda dərsə gedirdi və BİRLİK  orta oxulda .Bir gün evin anası ata dedi –

-          Ay kişi axı geçinənmirik.Deyirəm BİRLİK daha oxula getməsin axı indi heç kim kasıblarda dərs oxuyub ondan çörək yiyənmir hər kəs partı var o gedib bir idarədə nə bilim bir bankada işə başlır ancax bizlərin qisməti bir tikə qanlı çörəkdir yavanlığıda göz yaşı.

Evin atasının bu sözdən ürəyi qıjıldayıb qan beyninə daşlandı

-          Nə deyirsən xanım .Uşağa indidən bu sözü deyib onun əlin söyutma.Mən hələ ölməmişəm  mən öləndən sonra hətmən bu işi gör amma ta diriyəm o dərs oxumalıdır.Birdə bu sözü eşitməyəcəyəm.

-          Nə deyrəm ki axı....

-          Bulurəm.

O gecə BİRLİK  ilə ƏDALƏT yatanmırdılar .Özözlərinə  deyirdilər ki axı biz ata anamızdan nə istirik ki bunlar bir belə  düşgündulər?

Sonki gün uşağlar mədrəsəyə gedəndən sonra evin atası bir yer bonqaha gedib evin yarısın satıb bir tükan almağ istirdi. uşağlar mədrəsədən qayıdandan sonra elə ki gördülər atası evlərinin yarısın satıb ,cox üzüldülər .Axı onlar harda oynayacağlar cəx sürəcəklər .Oxulda böylə diyirdilər ,hər uşağın oynamağa haqqı var.

Günlər keçdi evin atası bir bala tükan alıb sevinə svinə bazardan hər nə gətirib orda satmağa başladı. Tükanın adında BİRLİK SUPER MARKET yazdi.Yazıçı yazmamış polislər yetirib evin atasına dedilər

-          O adı dəyiş

-          Niyə ki?

-          Məgər bülmürsən türkü ad  yasaxdır?

-          Yox BİRLİK mənim oğlumun adıdır

-          Onu dəyiş yoxsa marketin bağlanacağ

-          Olsun dəyişib qızımın adin qoyaram

-          Qızın adı nədir ?

-          ƏDALƏT

-          Nə ???????????

-          O  ki türkü deyil fas bir addı.

-          Fas deyil ərəbdir o gərək heç yerdə tapılmasın

Polis getdi ancağ BİRLİK i silib SUPER MARKET qaldi.Yavaş yavaş müştərilər çoxalırdı  ta bir gün bir ağa qapıdan girib salamdan sonra dedi:

-          Burdan bir yol vuracayıx və sizin tukanız yola gedəcık hətmən şəhrdari idarəsinə gələrsiz

Evin atasının ürəyi tez tez vururdu.Məmur gedəndən sonra tez qapəni baglayıb şəhrdarıya qaçdı .şəhrdar bir saqqalı bir qaşqabağlı bir ağaydı.ev atası əsə-əsə gördüyün dedi :

-Mən neyləməliyəm?

- siz   işlamağa heç mücəvviziz yoxdur amma biz sizə bir az pul verərik ta ayrı bir iş gürəsiz

- nə qədər

- yarım…..

- mən onunla heş bir iş görənmərəm

-sənin al verə haqqın yoxdur

Ev atası cox yalvardı  şəhrdar az eşiddi .axırda bir polisə dedi ,,at eşiyə bunu,,

Ev atası evə gəldi kefsiz qapıdan girdi .xanım soruşdu:

-          Nəolub?

-          Tükani da əlimizdən alıllar.yığışdırmalıyıx

-          Yox??????

-          Yol vuracaqlar tukanın yerinə bir az pul verillər  ki tukanın ondanbir dəyəri olmur

Günlər teztez keçirdi ta divarlar bir bir yıxıldı . Bir az pul verib evatasıni tükandan eşiyə ötürdülər.

Daha sahat tələsmirdi yavaə yavaş qolları dolanırdı dunənki sabahkı kimi .Ev atası evdə oturub dizlərin qucaxlayıb fikirdəydi.Neyləsin   neyləməsin?evdən heç səs gəlmirdi.təkcə xanımın ahhh səsi və uşağların cəxlərinin cırcır səsi ki həyətin dalanında sonsuz qədər dövr vururdular. Bir fikir vurdu beyninə amma qurur qoymadı qalanın fikirləşsin . Dilənsin !!!!

Bir gün bu qurur sınacağmı?

******************************* 

Qar ağır yaəırdı.Bir   kişi başına paltov örtu üzün gizlədib əlin açmışdı.Hər keçən bir söz beyirdi:

-Bura bax yazığın əli donub

-yox ey bunlar şarlatan qırışmaldılar

-…..

Biri bir pul əlinə qoyub tanrının yanında özuni üzi ağ bulurdi.biri çox pul verəndə vijdaninın yanına özün rahat hiss edirdi.biridə heç bülmürdu niyə pul Verdi

Amma hamı istirdi görsənsin bizim boyumuzun qəhrəmanı istirdi gizlənsin hatta öz oğluda onu oxuldan gələndə hər gün gorürdi amma atasın tanımırdı

Ta bir gün bir kişi ev atasının donmuş əlindən yapışıb isti əlləriylə qızdırmağa başladı.Sonra dedi:

-          A kişi utanmirsan?

-          Niyə utanıram

-          Niyə  dilənirsən?

-          Mənə bir iş verəcəksən ?

-          Yox .bülmək istirım

-          Nə olsun ki ?

-          Bəlkə əlimdən bir iş gəldi

bizim boyumuzun qəhrəmanı başına gələnlərin bir azın söylədi .O kişi başını aşağı salmışdı .başın qovzayanda ev atası gördü ki o boyda kişinin gözləri dolub.heş yaraşmırd.O kişi bir tük papağ bığı bırma uca boy bir cavanıydı.dedi:

-mən sabah gələcəyəm birlikdə gedib sənin pulunu şəhrdardan allam

- sən?haha

O kişi mobaylın çıxadıb zəng vurub dedi:

-          Hei dəli  sabah 8 də şəhrdarinin qabağında ol

******* 

Sabah ev atası xiyabanın qırağında oturub üzün gizlədib əlin açıb dilənirdi ki bir nəfər əlindən yapışıb dur gedək söylədi

-          Hara? Sən kimsən?

-          Mən dünənki adamam

-          Axı dünənki ayrı….

-          His!üzümi deyişmişəm

Ev   atası özözünə belə fikirləşirdi ki :elə bil işimiz işdir

Bir azdan sonar şəhdarın otağındaydılar.şəhrdar telefonla danışırdı.bir az dözdulər bəlkə ağa şəhrdar qurtulsun amma olmadı ki olmadı.axırda o kişi durub telefonu şəhrdarın əlindən alıb qodu yerinə. şəhrdar hislənib dedi:

-          Nə edirsən?

-          Bizim işimiz var axı

-          Ged eşiyə

-          Bizim işimiz var axı

şəhrdar gördi bu qərə o qərələrdən deyil.dedi:

-          Işin nədir

-          Bu kişinin tükanın alıbsan pulun ver

-          Siz kim olasız

-          Mən koroğlu yam

şəhrdar qahqah gülürdi.elə ki hatta gözlərindəndə yaş gəlirdi.o halda dedi:

-          Koroğlu çoxdan olübdür .hahhahhah….

-          Yeni koroğlu .

-          hahhahhah….pul mul yoxdur Yeni koroğlu  hahahaha

Ev atasi qorxa qorxa onların hər ikisinə baxırdı.koroğlunun hovsələsi qaçıb bir əlin şəhrdarin ağzına qoyub bir əliynən biləyin dutub elə sıxdı ki şəhrdar çabalırdı.koroğlu dedi :

-          evində rahat yatanmayacaqsan əgər bu kişinin haqqın verməsən

sonar şəhrdarı ötürdi. şəhrdar çığırırdı:

-          sərbaz ay sərbaz

koroğlu aqqışqadan eşiyə atıldı .polis qapıdan içəri girib Nə olub qurban soruşdu.şəhrdar daha gülmürdi .pəncərədən eşiyə baxırdı .gördü ki bir motorcu koroğlunu uzağlaşdırdı. Qolun ova-ova ev atasına dedi:

de görüm nə qədər istirsən .pulun al gözdən itil. Daha onda sonar koroğlu dilənçini heş vaxda görmədi

******************

Bizim koroğlu 2

Xiyabanda bir hay duşdi.Maşınlar durdular .Yol bağlandı.Hamı yığışdı əllərində mobayl film götürürlər.

+  87/07/06     ائلچی  |