تبليغاتX
پاییز یاپراغلاری - Ikinci ərmağan
آپاردیلار گولومی - ائیله دیله ر ظولومی- نه قویدولار دانیشام - نه کسدیله ر دیلیمی

Ikinci ərmağan

Təəssübsüz millət gərək xar olsun

Qаrğış zəmаnənin qаnunlаrınа,
Qаrğış ürəkləri аyırаnlаrа
Qаrğış insаnlаrı qəfəsə sаlıb
Bəşər huququndаn dəm vurаnlаrа.

Kimə deməliyik dərdimizi biz

Dət bilən kimdir söz anlayan kimdir.

əsir bir millətə məhkum bir elə

qayğı cəkən kimdir ağlayan kimdir

kora gecə gündüz yəqin ki birdir

nədən qorxuram , qoy deyim sözümü

mən ki baxar koram ,qoyun dostaxban

heç əsirgəməsin oysun gözumi

dilimi dalımdan çıxatsalarda

qoy gardaş dərdimi deyim barı bil

güneydən quzeyə , şərqidən qərbə

hansı xalqı gördün bizim tək zəlil

milli azadlıxlar əsri olsada

hər yerdə hər yanda adı bu əsrin

nə etmək dünyanı buğda tutsada

kəhliyin ruzusu çınqıldır həmin

bu şərəf , bu şövkət, bu şöhrət , bu şan

hurra , doğurdanda bizə aar olsun

milli təəssübdən danışdım olsun

əslini itirən haramzadadir

mər oğul vətənin haqqın itirməz

vətən insana ən böyük anadır

qoyun məhkum olum millətçiliyə

dünyada millətin sevməyən kimdir

dilin , elin , yurdun talan etsələr

acıyıb başına döyməyən kimdir

gərək gözlərindən göz örtə bir kəs

qarqa yuvasına yanaşa əgər

niyə vətənimi sevməyim niyə

mən bir qarqadanda əsgiyəm məyə

Mən demirəm üstün nəjaddanam mən
demirəm elim ellərdən başdır
Mənim məsləkimdə, mənim yolumda
millətlər hamısı dostdur, qardaşdır
Çapmaq istəmirəm mən heç milləti
nə dilin nə yurdun nə də əməyin
Təhqir eləmirəm, hədələmirəm
keçmişin, indisin ya gələcəyin
Mən ayırmıram, ayrı salmıram
qardaşı qardaşdan, arvadı ərdən
Ananı baladan, əti dırnaqdan
ürəyi ürəkdən, qanadı pərdən
Pozmaq istəmirəm mən birlikləri
insanlıq birliyi idealımdır
Qardaşlıq, yoldaşlıq, ədəbi barış
dünyada ən böyük arzularımdır
Ancaq bir sözüm var "mən də insanam"
dilim var, xalqım var, yurdum-yuvam var
Yerdən çıxmamışam göbələk kimi
adamam, haqqım var, elim-obam var
Qul yaranmamışam yarananda mən
heç kəsə olmaram nə qul nə əsir
Qurtuluş əsridir insana bu əsr
əsir olanlarda zəncirin kəsir

Ey doğma yurdumun namuslu oğlu

Ağlama gözünün yaşına qurban

Gəldiyin  o doğma əziz diyarın

Olum toprağına daşına qorban

Kürə , veyitnam, alman bölündü

Dünya büldü belə bölünmələr var

Söz gəlib çatanda azərbaycana

Fasda bir məsəl var,,hnqaaar nə inqaar,,

ərəb əlifbasında devamını klik et

+  87/09/12     ائلچی  |