|
آپاردیلار گولومی - ائیله دیله ر ظولومی- نه قویدولار دانیشام - نه کسدیله ر دیلیمی
|
möcüz şəbistəriyə bir namə
möcüz elə bir millət-i iran ayılıbdır
qalx gör ki min illik yuxusundan ayılıbdır
indi ağa baş vurmamağı əmr eliyibdir
başdan başa hammı qara köynəkdi geyibdir
,,get sən uzağa ,, hər nə xurafatə deyiblər
o görduyu işdən də pəşiman ayılıbdır
möcüz elə bir millət-i iran ayılıbdır
daş kuçələrə indi ki asvatdı vurublar
hər cüm,ə guni kuçədə heyətdi qurublar
hammı elə yorqun, niyə? zəncirdə vurublar
səsdəndi ki qonşi nə hərasan ayılıbdər
möcüz elə bir millət-i iran ayılıbdır
ruxsari açıblar bizim eldə nə xanımlar
öz dilləri yox özgə dilində danışillar
farsi ərəbi ingilisi yaxşı qanıllar
təsdiqi alıb sürmağa peykan ayılıbdır
möcüz elə bir millət-i iran ayılıbdır
onda şahınan şeyx biridi o talanda
şahı aşırıb guldi bir imam-i zamanda
indi şahımız şeyxidi əlbəttə imamda
tanrı ediri hər yerə fərman ayılıbdır
möcüz elə bir millət-i iran ayılıbdır
irza xanın oğlun nəvəsin sürgün ediblər
hər nə gecədir döndərərək və!gun ediblər
məhtabı çıraxlari vurub düzgün ediblər
mulla gətirib ta edə tuğyan ayılıbdır
möcüz elə bir millət-i iran ayılıbdır
mən bir nəfərəm dəftərini gəzdirərəm mən
çindən gəlirəm armağanın əzdirərəm mən
farsı danışan kətdiləri bezdirərəm mən
əllidi yatan buxcada divan ayılıbdır
möcüz elə bir millət-i iran ayılıbdır
indi daha da sən görən o toplar açılmır
indi ətomun vaxtıdı yollar qaçırılmır
muşək aparir eylədə zəhmət çəkirilmir
birdən görusən küfrüdə tufan ayılıbdır
möcüz elə bir millət-i iran ayılıbdır
vəhdət guni vəhdət qoparıllar bizim ellər
elmiylə sənət güllər açıb cəhlə gülüllər
covcuxlarımız səfdədə təsbeh çövurullər
farsi duvalardan sora quran ayılıbdır
möcüz elə bir millət-i iran ayılıbdır
hərdən deyilir azəribaycan da oyaxdır
iranlılara cəng güni yaxşı dayaxdır
fas qardaşına can verər o yaxşı uşaxdır
indi daha o azəribaycaz ayılıbdır
möcüz elə bir millət-i iran ayılıbdır
düşdi qələmim bilgi sayarın qırağınnan
sındı kağazın qəlbi bu naməm sorağinnan
ağlaadı uşax mən bətər oldum uşağımnan
yeerin batirib vay bizim oğlan ayılıbdır
möcüz elə bir millət-i iran ayılıbdır
elçi 2007.12